Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-307/2024 31.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Zirvə-905” kafesinin (VÖEN:**********) sahibi Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,Balakən rayonunun Qazma kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: “Zirvə-905” kafesinin (VÖEN:**********) sahibi Şəxs xx.xx.2024-cü il tarixdə “Zirvə-905” kafesində istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X1 vəzifəli şəxsləri-X13 və X12 tərəfindən ŞZRB-YP-123 nömrəli, 23 may 2024-cü il tarixli yoxlamanın aparılması haqqında Qərara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY242111794 nömrəli xx.xx.2024-cü il tarixli çıxarış əsasında nəzarət qaydasında planlı yoxlamanın keçirilməsinə maneçilik törətmişdir. Hüquqi şəxs “Zirvə-905” kafesinin (VÖEN:**********) sahibi Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs “Zirvə- 905” kafesində (VÖEN:**********)xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2024-cü il tarixli KY242111794 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli ŞZRB- YP-123 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. “Zirvə-905” kafesinə (VÖEN:**********) xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə AQTA-nın Şəki-Zaqatala regional bölgəsinin əməkdaşları getmiş, lakin sahibkar Şəxs rayon daxilində olmadığı bildirilmiş, yoxlamada sahibkarın səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bu səbəbdən 06 iyun 2024-cü il tarixli ŞZRB-YP-123 nömrəli qərarla “Zirvə-905” kafesində aparılacaq yoxlamanın müddəti xx.xx.2024-cü il tarixədək 18 iş günü müddətinə dayandırılmışdır.Eyni zamanda “Zirvə- 905” kafesinin kimə məxsus olması ilə bağlı 13 saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərilmişdir.13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda Balakən rayonu Mahamalar kəndində yerləşən “Zirvə-905” kafesində vergi ödəyicisinin fiziki şəxs Şəxs olması müəyyən edilmişdir. Yoxlamanın son günü yəni xx.xx.2024-cü il tarixdə yenidən Balakən rayonu Mahamalar kəndində yerləşən “Zirvə-905” kafesinə gedilmiş,fiziki şəxs Şəxs və ya onun səlahiyyətli nümayəndəsi yoxlamanın keçirilməsi üçün şərait yaratmamışlar.Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir.”Zirvə-905” kafesinin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Balakən rayonu Mahamalar kəndində yerləşən “Zirvə-905” kafesini icarəyə götürərək işlətmişdir. Lakin bir neçə aydır ki, həmin kafeni işlətmək üçün xalası oğluna vermişdir. Həmin kafeni xalası oğlu işlədir.O,özü TİR maşını sürür. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin əməkdaşları yoxlama keçirəcəklərini ona bildirəndə o, rayonda olmamış, sonra isə Naftalanda sanatoriyada olmuşdur.Onun təyin ediləcək cəriməni ödəmək imkanı yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 23 may 2024cü il tarixli ŞZRB-YP-123 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki, həmin qərarla fiziki şəxs Şəxs məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən obyekdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yoxlama aparılması qərara alınmışdır. İşdə olan 23 may 2024-cü il tarixli KY242111794 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkar Şəxs məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən ”Zirvə-905” kafesində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yoxlama aparılması qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 06 iyun 2024cü il tarixli ŞZRB-YP-123 nömrəli yoxlamanın dayandırılması barədə qərardan görünür ki, yoxlama xx.xx.2024-cü il tarixədək (18 iş günü müddətində) dayandırılması və bu barədə məlumatın Azərbaycan Respublikası Ədlliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 08 iyul 2024-cü il tarixli 016 nömrəli əmrindən görünür ki, Balakən rayonu, Mahamalar kəndində fəaliyyət göstərən fiziki şəxs Şəxs məxsus “Zirvə-905” kafesində keçiriləcək yoxlama Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 böyük məsləhətçisi X10 və X8 həvalə olunmuşdur. İşdə olan 08 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 tərəfindən Balakən rayonunun Mahamalar kəndində fəliyyat göstərən Şəxs məxsus “Zirvə-905” ictimai iaşə müəssisəsində yoxlamaya şərait yaradılmamış, Sahibkar yoxlamaya şərait yaratmadığına görə İXM-nin 544.1-ci maddəsi ilə protokol tərtib edilməsi barədə xəbərdar edilmişdir. İşdə olan 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X7 X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli **********661600 nömrəli məktubdan görünür ki, Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən “Zirvə-905” adlı sahibkarlıq obyektində Şəxs (VÖEN:**********) fəaliyyət göstərir. İşdə olan xəstənin ambulator tibbi kartasından çıxarışdan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə sağ çiyin nahiyyəsində olan ağrılarla bağlı xəstəxanaya müraciət etmiş, ona sanatoriya şəraitində ambulator müalicə təyin edilmişdir. İşdə olan Sehirli Naftalan MMC-in müalicə kitabçasından görünür ki, Şəxs xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin sanatoriyada olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətatı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan sahibkar Şəxs ”Zirvə-905” kafesini işlətməməsi, kafeni işlətmək üçün xalası oğluna verməsi,sahibkarlıq fəaliyyətini dayandırması, sanatoriyada olduğu üçün yoxlamanın keçirilə bilməməsi barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Şəxs göstərdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materialları ilə müəyyən edilir ki,sözügedən kafe onun sahibliyində və istifadəsindədir, o, sahibkar kimi vergi orqanında qeydiyyatdadır.Onun sanatoriyada olması isə yoxlamanın keçirilməsini təmin etməsinə imkan verməyən hal hesab edilə bilməz. İşin bu halları ilə müəyyən edilir ki, Şəxs müxtəlif üsullarla yoxlamadan yayınmağa çalışmışdır. Ona görə də onun bu etirazları qəbul edilməmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən “Zirvə-905” kafesinin (VÖEN:**********) sahibi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinsin, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-307/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-307/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver