Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-308/2020 09.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Qazaxıstan Respublikasının Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Sarıbulaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində insanların toplaşdığı yerdə maskadan istifadə etməyərək, müəyyən edilmiş sosial məsafə qorumadan sanitar-epidemiya və karantin rejiminə əməl etməmiş, ictimaiqaydanı bərpa edən Balakən rayon Polis Şöbəsinin əməkdaşlarına maneçilik törədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Balakən rayon Qabaqçöl qəsəbəsində işlədiyi mağazada olduğu zaman qəsəbədə camaatın toplaşdığını görmüşdür. Həmin yerə gələrkən orada olanlardan nə baş verdiyini soruşmuşdur. Orada olan şəxslər ona bibisi oğlu Oloxan Qantayevlə polis əməkdaşları arasında mübahisə olduğunu bildirmişlər. Sonra polis əməkdaşları oraya toplaşmış insanları kənarlaşdırmışdır. Həmin vaxt özü qoruyucu tibbi maskadan istifadə etməmiş və insanların toplaşdığı yerdə ara məsafəsi gözləmədən iştirak etmişdir. Eyni zamanda oloxanın anasının vəziyyəti pis olduğundan o, polis əməkdaşlarına bildirmişdir ki, Oloxanın anası ilə görüşməsini təmin etsinlər. Lakin polis əməkdaşları buna imkan verməmişlər. Bundan sonra o, öz mağazasına getmişdir. Əməlindən peşimandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPX-nin polis serjantıdır. xx.xx.2020-ci il tarixdə Balakən rayon Polis Şöbəsini PPX-nin polis serjantı Şahid1lə Balakən rayonu Qabaqçöl qəsəbəsində xidmətdə olarkən qəsəbədə karonavirusa qarşı mübarizə ilə bağlı qoruyucu tibbi maskaların istifadəsi ilə bağli reyd keçirilən zaman qəsəbədə mağazaların birində bir nəfər şəxsin mağazanın daxilində-yəni qapalı məkanda tibbi maskadan istifadə etmədiyini görmüşlər. Sonradan adını bildikləri Oloxan Qantayev qoruyucu tibbi maskadan istifadə etmydiyinə görə onun şəkilini çəkmişlər. Bu zaman həmin şəxs ayağa qalxaraq onun qolundan tutaraq çölə çıxarmış və kobud şəkildə ona “mənim şəklimi niyə çəkirsiz» demişdir. Ona izah edilmişdir ki, karantin qaydaları ilə bağlı qapalı məkanda qoruyucu tibbi maskadan istifadə edilməlidir. O, onların sözlərinə məhəl qoymamış, ucadan küçə söyüşləri söyməyə başlamışdır. Həmin şəxs onların qanuni tələblərinə tabe olmadığına görə növbətçi hissəyə məlumat vermişlər. Daha sonra onların olduğu yerə Oloxanın atası Rəfael Qantayev gəlmiş və onlara «gedin işinizlə məşğul olun» demişdir. Onlar Rəfaelə onların işinə mane olmamalarını bildirmiş, lakin o, onların sözünə məhəl qoymamış və küçə söyüşləri söyməyə başlamış və onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra onların olduqları yerə digər vətəndaşlar da toplaşmışlar. Bu zaman onlar həmin vətəndaşlara karatin qaydaları ilə bağlı oraya toplaşmamalarını, ara məsafəsini qorumalarını və qoruyucu tibbi maskalardan istifadə etmələrini bildirmişlər. Şəxs həmin vaxt tibbi maskadan istifadə etmədən və sosial məsafə gözləmədən adamların yanında olmuş,həmçinin onlara ictimai qaydanı pozmuş X1 rayon Polis Şöbəsinə gətimələrinə maneçilik törətmişdir. Bundan sonra onlarla mübahisə edən həmin şəxsləri rayon Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Aydın oğlu xx.xx.2020-ci il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuş, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində azad edilmişdlir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Aydın oğlu Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirlidir, onun əməli İXM-nin 211.1 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə eyni dərəcədə ciddidir. İşin hallarını nəzərə alaraq Şəxs Aydın oğluna Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh verilməsini qanuni və əsaslı hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Aydın oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Onun xx xxxxxxxx 2020-ci il tarixdən saat 19:25-dən xx xxxxxxxx 2020-ci il tarixə saat 14:00-a kimi tutulduğu 1 (bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 14 (on dörd) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-308/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-308/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver