Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-308/2021 15.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi , inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəsrulla oğlunun iştirakı ilə xx.xx.1985-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs Nəsrulla oğlu barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Nəsrulla oğlu Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli 30 may 2018-ci il tarixli icra sənədinə əsasən 09.04.2018-ci il tarixdən başlayaraq 04.04.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 115 (bir yüz on beş) manat sabit pul məbləğində alimenti X5 ödəməlidir. O alimenti ödəməmiş, onun 769 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs Nəsrulla oğlu aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Nəsrulla oğlunun göstərilən inzibati xətanı törətməsi onun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ifadəsi və iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 oğlu göstərdi ki, Şəxs Nəsrulla oğlu Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli 30 may 2018-ci il tarixli icra sənədinə əsasən 09.04.2018-ci il tarixdən başlayaraq 04.04.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 115 (bir yüz on beş) manat sabit pul məbləğində alimenti X5 ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 769 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o alimenti ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Nəsrulla oğlu göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli 30 may 2018-ci il tarixli icra sənədinə əsasən 09.04.2018-ci il tarixdən başlayaraq 04.04.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 115 (bir yüz on beş) manat sabit pul məbləğində alimenti X5 ödəməlidir. Maddi imkanın olmamasına,ikinci aləsindən himayəsində az yaşlı uşaqlarının olmasına görə alimenti tam ödəyə bilmir. Çalışıb tezliklə borcunu ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X7 göstərdi ki, Şəxs Nəsrulla oğlu Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli 30 may 2018-ci il tarixli icra sənədinə əsasən 09.04.2018-ci il tarixdən başlayaraq 04.04.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 115 (bir yüz on beş) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 769 manat borcu vardır. Hazırda da o alimenti ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, Şəxs Nəsrulla oğlu barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli 30 may 2018-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs Nəsrulla oğlundan 09.04.2018-ci il tarixdən başlayaraq 04.04.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 115 (bir yüz on beş) manat sabit pul məbləğində aliment alınıb X5 qızına ödənməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X12 oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs Nəsrulla oğlunun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs Nəsrulla oğlunun şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 8(səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 15 sentyabr 2021-ci il tarixdən saat 18:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-308/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-308/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver