Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-308/2024 17.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş,orta təhsilli,evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o,Balakən Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iddiaçı X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Orucov X2 Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iddiaçı X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmalıdır. Şəxs torpaq sahəsindən çıxmamış və bundan imtina etmişdir.Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hal-hazıra icra sənədi tam icra olunmuş,borclu Şəxs tələbkar X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmışdır. İşin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki,o, Balakən Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmalıdır.Torpaq sahəsindən çıxmamasının səbəbi həmin torpaq sahəsinin onlara məxsus olmasıdır. Bağı özləri yetişdirmişlər.Həmin torpaq sahəsi qardaşı Nəsib Orucova verilmişdir. Hazırda mübahisəli torpaq sahəsindən çıxmışdır. İşin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilmişdir ki,cavabdeh Şəxs reyestr nömrəsi **********30 olan, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçı X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan (yerləşmə vəziyyəti, ölçüləri və koordinatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən) 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın; cavabdeh Şəxs qanunsuz istifadə etdiyi iddiaçı X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan həmin 0.7312 ha torpaq sahəsindən sahiblik və istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və ödənilmiş 95 manat mütəxəssis xərci cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilsin. İş üzrə 50 manat ekspertiza xərci cavabdeh Şəxs alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- 32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İşdə olan 17 iyul 2024-cü il tarixli Aktın surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs reyestr nömrəsi **********030 olan R.Daanovun ailə üzvlərinə məxsus 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, icra sənədi tam icra edildiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin e- 2(019)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs reyestr nömrəsi **********30 olan, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçı X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan (yerləşmə vəziyyəti, ölçüləri və koordinatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən) 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdr. Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, Orucov X2 Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini icra etməkdən imtina etmişdir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.Hazırda Balakən Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi tam icra edilmiş,Şəxs reyestr nömrəsi **********030 olan R.Daanovun ailə üzvlərinə məxsus 0.7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İşin hallarını, Balakən Rayon Məhkəməsinin e-2(019)-32/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin tam icra edilməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki,Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin “qeyd” hissəsinə əsasən xitam verilməli, o inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin “qeyd” hissəsinə əsasən xitam verilsin, o inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-308/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-308/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver