Məhkəmə qərarları › İş №3(019)-309/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-309/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-309/2024 31.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN-**********) nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri, Nəsimi rayonu,Neftçilər pr,ev 153 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) xx.xx.2023-cü il tarixdə **********2192 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 140000.0 ABŞ dolları olan 20000 kq dəyərində meşə fındığı yükünü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Slovakiya Respublikasında qeydiyyatda olan “Lakada” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində qaytarılmalı olan 140000.00 ABŞ dolları məbləğində vəsaitdən 464.00 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN-**********) həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında göstərdi ki,hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) xx.xx.2023-cü il tarixdə **********2192 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 140000.0 ABŞ dolları olan 20000 kq dəyərində meşə fındığı yükünü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Slovakiya Respublikasında qeydiyyatda olan “Lakada” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində qaytarılmalı olan 140000.00 ABŞ dolları məbləğində vəsaitdən 464.00 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim etməmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) nümayəndəsi X4 izahatında göstərdi ki, hazırda Şəxs MMC-nin Zaqatala rayonu, Lahıc kəndində yerləşən fındıq zavodunda gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışır və Şəxs MMC tərəfindən verilmiş etibarnamə əsasında sözügedən şirkəti təmsil edir. Şəxs MMC 2000-ci ildə təsis edilmişdir və hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153-dür. Şəxs MMC-nin Lahıc kəndində yerləşən fındıq zavodunun əsas fəliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 06 noyabr 2023-cü il tarixində Slovakiya Respublikasının “Lakada” şirkətinə ümumi dəyəri 280000 ABŞ dolları olan 40000,00 kiloqram həcmində, 11/13 ölçülü qabığı təmizlənmiş fındığın satılması üçün 030/2023 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə dəyəri 140000,00 ABŞ dolları olan 20000 kiloqram fındıq ləpəsi yükü 22 noyabr 2023-cü il tarixində **********2192 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək “Lakada” şirkətinin sifarişi əsasında Çexiya Respublikasına göndərilmişdir. İxrac etdikləri malların müqabilində qaytarılmalı olan 140000,00 ABŞ dolları məbləğində vəsaitdən 464,00 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Onu qeyd edir ki, fındıq doldurulmuş 50 kiloqramlıq kisələr palet paddonün üzərinə yığılaraq yola salınmış və nəqliyyat vasitəsi yolda olarkən kisələr paddonların üzrərindən dağılmışdır. Qarşı tərəf kisələri yenidən palet paddonların üzərinə yığmaq üçün 464,00 ABŞ dolları sərf etmiş, bu səbəbdən də, sözügedən məbləği ödəməkdən imtina etmişlər. Bu barədə “Kredit not"u da təqdim etmişdir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati materialda olan sənədlərdən görünür ki,Şəxs MMC (VÖEN-**********) 140000.00 ABŞ dolları olan 20000 kq fındlıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********2192 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 140000.00 ABŞ dolları məbləğində xarici valyutanı - 464.0 ABŞ dollarını geri qaytarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN-**********) Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir,Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Fındıq ləpəsinin doldurulduğu 50 kiloqramlıq kisələrin palet paddonun üzərinə yığılaraq yola salınması, nəqliyyat vasitəsi yolda olarkən kisələrin paddonların üzrərindən dağılması, qarşı tərəfin kisələri yenidən palet paddonların üzərinə yığmaq üçün 464,00 ABŞ dolları sərf etmələri,bu səbəbdən də, sözügedən məbləği ödəməkdən imtina etmələri barədə hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin etirazı ilə bağlı qeyd edilməlidir ki,nümayəndə göstərdiyi bu halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi “Kredit not" əcnəbi dildə olmaqla kserosurət olduğundan sübut kimi qəbul edilmir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki,Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-464 ABŞ dollarının 30 faizi məbləğində-139,20 ABŞ dolları (236.64 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar