Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-310/2021 16.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi , inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Xalatala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-2104/2017 nömrəli 23.11.2017-ci il tarixli icra sənədinə əsasən 27.10.2017-ci il tarixdən başlayaraq 09.06.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 100 (bir yüz ) manat sabit pul məbləğində alimenti Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına ödəməlidir. O alimenti ödəməmiş, onun 4020 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs oğlunun göstərilən inzibati xətanı törətməsi onun qismən etirafedici ifadəsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ifadəsi və iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə oğlu göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-2104/2017 nömrəli 23.11.2017-ci il tarixli icra sənədinə əsasən 27.10.2017-ci il tarixdən başlayaraq 09.06.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimenti Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına ödəməlidir.Şəxs 4020 manat aliment borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o, alimenti ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-2104/2017 nömrəli 23.11.2017-ci il tarixli icra sənədinə əsasən 27.10.2017-ci il tarixdən başlayaraq 09.06.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimenti Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına ödəməlidir. Onun hazırda 4020 manat aliment borcu vardır. İş yeri yoxdur. Xəstəliyi ilə bağlı aliment borcunu ödəyə bilmir. Gələcəkdə aliment borcunu az-az ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-2104/2017 nömrəli 23.11.2017-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs 27.10.2017-ci il tarixdən başlayaraq 09.06.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100(bir yüz) manat sabit pul məbləğində alimenti Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına ödəməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-310/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-310/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver