Məhkəmə qərarları › İş №3(019)-311/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-311/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-311/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, xx.xx.1975-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, evli, ali təhsilli, sürücü işləyən, inzibati məsuliyyətə cəlb olunmamış, Gürcüstanının Marneuli rayonu, Qoqebaşvili küçəsi, ev 17 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, ev 16, mənzil 56-da yaşayan Şəxs barəsində Qərb ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx xxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələrkən idarə etdiyi “Mercedes-Benz” markalı, 99TJ765 nömrə nişanlı yük avtomobilinin sərnişin qapısının üzlüyündə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə və cizahlar panelinin üst hissəsindəki bardaçokda az miqdarda 14954 manat dəyərində 60 ədəd “Marlboro edge” markalı siqaret, 2 qutu-hər qutuda 15 konvalyut olmaqla üzərində “KAPEDA 500mg: 120 tablet” markalanma yazısı olan dərman preparatı, 2 qutu-qablaşdırma qutularının üzərində “MABTHERA 500mg/50ml” markalanma yazısı olan flakonlar, qablaşdırma qutusunda 8 konvalyut olmaqla 56 kapsuldan ibarət üzərində “SUTENT 50mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatı, 2 qutu-hər qablaşdırmada 6 konvalyut olmaqla 42 kapsul üzərində “SUTENT 25mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatlarını gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə, gömrük orqanına bəyan etməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, о, xx.xx.1975-ci il tarixdə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Marneuli rayonu Qoqebaşvili küçəsi, ev 17 ünvanında daimi qeydiyyatdadır. Milliyyətcə Azərbaycanlıdır, azərbaycan dilində sərbəst yazmağı və oxumağı, eyni zamanda latın qrafikası ilə yazmağı və oxumağı bacarır. Ailəlidir, iki övladı var. Təxminən 2000-ci ildən ailəsi ilə birlikdə Azərbaycana köçmüş və ünvan 2 ünvanında kirayədə qalır. Ali təhsilli olsa da uzun müddətdir sürücü kimi çalışır. Beş il olar ki, yük avtomobili idarə edir. Hazırda "Mercedes-Benz” markalı, 99TJ765 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Üç ildir Türkiyə Respublikasından Azərbaycana “Tekstil” yükü daşıyır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə idarə etdiyi "Mercedes-Benz” markalı, 99TJ765 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Qırmızı körpü” gömrük postundan keçib Türkiyənin İstanbul şəhərinə yola düşmüşdür. Hazırda sərhədlər bağlı olduğu üçün mal sifariş verən az olduğundan maşın bir aya yüklənmişdir. xx xxxx 2020-ci il tarixində İstanbuldan yola çıxmışdır. İstanbulda olarkən karqoda işləyən milliyyətcə azərbaycanlı olan tanış bir nəfər yaxınlaşaraq selofan paketdə dərmanlar verərək əmisi qızına çatdırmasını demişdir. O, da selofanı götürüb maşının salonuna qoymuş, Türkiyənin “Sarp” gömrük postunda 6 blok “Marlboro edge” markalı siqareti də almışdır. Gürcü gömrüyü bir blokdan artıq siqaret keçirməyə qoymadığı üçün Türkiyə gömrüyünü keçdikdən sonra, neytral zonada blokları açıb siqaretləri bölüşdürərək hər iki qapıdakı, həmçinin cihazlar panelinin üstündəki bardaçoka, bir hissəsini də iki oturacağın arasında, kuzanın arxa divarına bitişik olan əşya qoymaq üçün yerə doldurmuşdur. Dərmanları isə sürücü oturacağının arxasındakı rezin şlanqların altına qoymuşdur. xx xxxx 2020-ci il tarixində, gecə 01:47 radələrində “Mazımçay” gömrük postuna gəlib çatmış, posta daxil olub, maşını yük avtomobilləri üçün nəzərdə tutulmuş xətdə saxlamışdır. Avtomobilin və malın qeydiyyatının aparılması üçün sənədləri gömrük əməkdaşına təqdim etmişdir. Digər gömrük əməkdaşı yaxınlaşıb üzərində və maşında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olub-olmadığını soruşmuş, o, isə qanunla qadağan olunmuş heç bir şeyin olmadığını və şəxsi istifadə üçün iki qutu siqaretin, həmçinin bir qutu “kardiomagnil” və bir ədəd “Refresh” göz damlasının olduğunu demişdir. Bundan sonra gömrük əməkdaşı avtomobilə baxış keçirməyə başlamış, baxış zamanı gömrük əməkdaşı yuxarıda qeyd etdiyi kimi maşının salonunda müxtəlif yerlərə qoyduğu siqaretləri və dərmanları aşkar etmişdir. İnzibati materialda olan xx xxxx 2020-ci il tarixdə nəqliyyat vasitəsinin və malların yoxlanılması və götürmə haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 99TJ765 nömrə nişanlı yük avtomobilinə baxış keçirilən zaman yük avtomobilinin sərnişin qapısının üzlyündə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə və cizahlar panelinin üst hissəsindəki bardaçokda 60 ədəd “Marlboro edge” markalı siqaret, 2 qutu-hər qutuda 15 konvalyut olmaqla üzərində “KAPEDA 500mg: 120 tablet” markalanma yazısı olan dərman preparatı, 2 qutu-qablaşdırma qutularının üzərində “MABTHERA 500mg/50ml” markalanma yazısı olan flakonlar, qablaşdırma qutusunda 8 konvalyut olmaqla 56 kapsuldan ibarət üzərində “SUTENT 50mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatı, 2 qutu-hər qablaşdırmada 6 konvalyut olmaqla 42 kapsul üzərində “SUTENT 25mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatları aşkar olunmuşdur. İnzibati materialda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli 6/1580-9/3037 nömrəli ekspertiza aktından görünür ki, mərkəzə 007457 №li DGK-ə məxsus üzərində yazılar olan paketin içərisində təqdim olunmuş dərman vasitələri dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar (təsiredici maddələrin adları 1 №li cədvəldə göstərilmişdir) və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları»na daxil deyildirlər. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşdırılması üzərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçmişdir. Ekspertiza təqiqatına təqdim edilmiş 4 ədəd dərman preparatlarının və 1 ədəd siqaretin ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 14954,50 manat müəyyən edilir. Həmin dərman preparatlarının və siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri 2 №li cədvəldə göstərilmişdir. İnzibati materialda olan sənədlərdən görünür ki, 60 ədəd “Marlboro edge” markalı siqaret, 2 qutu-hər qutuda 15 konvalyut olmaqla üzərində “KAPEDA 500mg: 120 tablet” markalanma yazısı olan dərman preparatı, 2 qutu-qablaşdırma qutularının üzərində “MABTHERA 500mg/50ml” markalanma yazısı olan flakonlar, qablaşdırma qutusunda 8 konvalyut olmaqla 56 kapsuldan ibarət üzərində “SUTENT 50mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatı, 2 qutu-hər qablaşdırmada 6 konvalyut olmaqla 42 kapsul üzərində “SUTENT 25mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatları Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük postunda saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin müsadirə edilməsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilməsi, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin müsadirə edilməsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilməsi tənbehləri nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 150 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük postunda saxlanılan 60 ədəd “Marlboro edge” markalı siqaret, 2 qutu-hər qutuda 15 konvalyut olmaqla üzərində “KAPEDA 500mg: 120 tablet” markalanma yazısı olan dərman preparatı, 2 qutu- qablaşdırma qutularının üzərində “MABTHERA 500mg/50ml” markalanma yazısı olan flakonlar, qablaşdırma qutusunda 8 konvalyut olmaqla 56 kapsuldan ibarət üzərində “SUTENT 50mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatı, 2 qutu-hər qablaşdırmada 6 konvalyut olmaqla 42 kapsul üzərində “SUTENT 25mg: 14 kapsül” markalanma yazısı olan dərman preparatları müsadirə edilsin. 150 manat ekspertiza xərci barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulub dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesaba ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar