Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-312/2022 02.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə xx.xx.1992-ci ildə Balakən rayonunun Şərif kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Yeni Şərif kəndində yaşayan X5 barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: X5 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-187/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti X4 ödəməlidir. O alimenti ödəməmiş, onun 5175 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X5 aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X2 göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşagıdakı qaydada tam sübuta Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə göstərdi ki, X5 Bakı şəhəri,Sabunçu Rayon Məhkəməsinin 2(008)-187/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti X4 ödəməlidir.Rəcəb Mutuxov alimenti ödəməmiş, hazırda onun 5175 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Rəcəb Mutuxov aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 göstərdi ki,o,Bakı şəhəri,Sabunçu Rayon Məhkəməsinin 2(008)-187/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti iddiaçı Mutuxova NisəxanımƏli qızına ödəməlidir. İş yeri və maddi imkanı olmadığına görə,habelə himayəsində digər nikahından iki azyaşlı uşağı olduğundan aliment borcunu ödəyə bilmir. Barəsində yüngül tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-187/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən X1 xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti alınıb X4 ödənməlidir. İşdə olan 17 iyun 2022-ci il tarixli aktdan görünür ki, 17 iyun 2022-cri il tarixdə borclu X2 qeydiyyatda olduğu ünvan 1i ünvanında baxış keçirilən zaman X2 həmin ünvanda yaşamaması məlum olmuşdur. İşdə olan 01 iyul 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu xx.xx.1992-ci il təvəllüdlü ünvan 2i ünvanında qeydiyyatda olan X5 barəsində axtarış elan edilmişdir. İşdə olan Balakən Rayon polis Şöbəsi tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-13651-1222 nömrəli məktubdan görünür ki, Balakən rayonu Yeni Şərif kənd sakini X2 tutularaq Sizə təqdim olunması məqsədi ilə barəsində ******* nömrəli axtarış işi açılmışdır. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Polis Şöbəsinə ünvanlanmış 01 sentyabr 2022-ci il tarixli 55016/2021-46-5 nömrəli məktubdan görünür ki, borclu X5 polis əməkdaşları tərəfindən gətirilərək Balakən rayon İcra və Probasiya Şöbəsinə təhsil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-312/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-312/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver