Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-313/2020 14.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X4, müdafiəçi:fərdi qaydada fəaliyyət göstərən vəkil X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Balakən rayonu Tülü kəndində qonşusu X4 həyətində X4 ünvanına söyüşlər söyərək, ictimai qaydanı pozmuşdur. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlilkdə yaşayır. X8 onun qonşusudur. Aralarında bəzən mübahisə olur. Sevil Sabirova onların həyətinə gələrək onu, arvadını təhqir və təhdid edir. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə evə gəlmişdir. Qonşusu Sevil ona şər atdığı üçün onların həyətinə gedib arvadını incitməməsini, sözü varsa ona deməsini bildirmişdir. Həmin vaxt onların arasında mübahisə olmuşdur. Mübahisə zamanı o, Sevil Sabirovanın ünvanına söyüşlər söymüşdür. Sonra arvadı Arzu Bodurova gəlib onu evlərinə aparmışdır. Əməlindən səmimi peşimandır. Gələcəkdə belə hərəkətlərə yol verməyəcəkdir. Himayəsində iki azyaşlı uşaq vardır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşayır. Qonşuluqda yaşayan Şəxs saxladığı it bir neçə dəfə onların həyətində daxil olub, onları narahat etmiş, həyətdə olan toyuqların üstünə hücum etmişdir. O, bununla bağlı Elçinə və ailəsinə bir neçə dəfə iradını bildirib, itin onların həyətinə keçməməsini xahiş etsə də, nəticəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Şəxs sərxoş vəziyyətdə onların həyətinə gəlib, ünvanına nalayiq söyüşlər söyərək mübahisə etməyə başlamışdır. Həyat yoldaşı onu sakitləşdirmək istəmiş, lakin Elçin sakitləşməmiş və yenidən onlarla mübahisə etməyə başlamışdır. O, bununla bağlı polis şöbəsinə müraciət etmişdir. Elçinin belə hərəkətləri bir neçə dəfə olmuşdur, lakin qonşusu olduğu üçün hər dəfə onu bağışlamışdır. Şəxs şikayətçidir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində həmkəndlisi Şəxs sərxoş vəziyyətdə onların həyətinə gəlib arvadı Sevil Sabirovanın ünvanına nalayiq söyüşlər söyərək mübahisə etmişdir. Sonra Elçinin arvadı Arzu Bodurova gəlib, onu aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. Şəxs onun əridir. Sevil Sabirova onun qonşusudur. Bir neçə dəfə onunla Sevil arasında mübahisə olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində həyat yoldaşı Şəxs sərxoş vəziyyətə evə gəlmişdir. O, Elçinə Sevilin onu təhqir etdiyini, onda onun kasetinin olduğunu demiş, Elçin də əsəbləşərək onların həyətinə getmişdir. X22 arasında söz-söhbət olmuşdur. Belə ki, onlar bir-birini nalayiq söyüşlərlə təhqir etmişlər. O, sonra Elçinin qolundan tutub evə gətirmişdir. İş materiallarına əsasən işin mübahisəsiz halı kimi Şəxs himayəsində iki azyaşlı uşağın olması müəyyən edilmişdir. Belə ki, işə əlavə edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 956629 nömrəli və AZ-İV seriyalı 367774 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə, X15 xx.xx.2019-cu il tarixdə doğulmuş, ataları Şəxs, anaları X14 yazılmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi və himayəsində iki azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X11, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X7 X17 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 60 (altmış) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X7 X17 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-313/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-313/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver