Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-313/2021 14.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 olan Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Bas Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: 16.06.2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə 52EM331/52EM925 qeydiyyat nişanlı yük avtomobilində hüquqi şəxs Şəxs-nin ünvanına Almaniya Federasiyasından daxil olmuş tikintidə istifadə olunan usta alətləri və cihazları 19.06.2020-ci il tarixli, **********3363 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda Balakən gömrük postunda rəsmiləşdirilmiş, malların bəyannamədə ölkə ərazisindən geriyə qaytarılma öhdəliyi 17.06.2021 -ci il tarixi göstərilmişdir. Şəxs tərəfindən gömrük qanunverciliyinin tələblərinə uyğun olaraq müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş mallar müəyyən olunmuş müddətdə ölkə ərazisindən geri aparılmamış və ya digər gömrük prosedurları altında yerləşdirilməmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 20.09.2021-ci il tarixli, 11000-1328/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Bas Gömrük idarəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxsnin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Balakən Gömrük postunun rəisi X3 Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rauf Rzayevə yazdığı 17.09.2021-ci il tarixli raportdan görünür ki, 16.06.2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçməklə 52EM331/52EM925 qeydiyyat nişanlı yük avtomobilində hüquqi şəxs Şəxs-nin ünvanına Almaniya Federasiyasından daxil olmuş tikintidə istifadə olunan usta alətləri və cihazları 19.06.2020-ci il tarixli, **********3363 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda Balakən gömrük postunda rəsmiləşdirilmişdir. Malların bəyannamədə ölkə ərazisindən geriyə qaytarılma öhdəliyi 17.06.2021 -ci il tarixi göstərilmişdir. Şəxs tərəfindən gömrük qanunverciliyinin tələblərinə uyğun olaraq müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş mallar müəyyən olunmuş müddətdə ölkə ərazisindən geri aparılmamış və ya digər gömrük prosedurları altında yerləşdirilməmişdir. İşdə olan "xxxx" MMC-nin satış üzrə meneceri X1 izahatında göstərilmişdir ki, Şəxsnin təsisçisi və direktoru tərəfindən verilmiş etibarnamə əsasında sözügedən şirkəti təmsil edir. Şəxs 2018-ci ildə təsis edilmişdir. 16 dekabr 2019-cu il tarixində Almaniya Federsaiyasının ‘Plattenhardt und Wirth” şirkətindən ümumi dəyəri 1083960.00 (bir milyon səksən üç min doqquz yüz altıs) avro olan 2600 ton həcmində fındıq məhsulunun saxlanılması nəzərdə tutulan avadanlıq alınması üçün ******* saylı müqavilə bağlanılmış və bu müqavilənin 3.2 bəndinə əsasən avadanlığın montaj işləri ödəniləcək məbləğə daxil edilmişdir. 16 iyun 2020-ci il tarixində Almaniya Federasiyasından sözügedən avadanlığın montajında istifadə olunacaq ümumi dəyəri 3571 ABŞ dolları olan 61 adda alət və cihazlar şirkətin ünvanına daxil olunmuşdur. 19 iyun 2020-ci il tarixində Şəxs Qərb Ərazi Baş Gömrük idarəsinə 005/2020 saylı yazılı müraciət ünvanlayaraq gətirdikləri alət və cihazları “müvəqqəti idxal” gömrük prosedurunda rəsmiləşdirilməsini xahiş etmiş, eyni zamanda gətirdikləri malları 17 iyun 2021-ci il tarixində geri aparacaqlarına zəmanət verdiklərini qeyd etmişlər. Həmin alət və cihazlar 19 iyun 2020-ci il tarixində **********3363 saylı gömrük bəyannaməsi ilə 17 iyun 2021-ci il tarixindək “müvəqqəti idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. X2 törədilən əməlin hüquqpozma olduğunu etiraf etmiş və qanunvericiliklə nəzərdə tutulan məsuliyyəti daşımağa hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs Şəxs-nin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-313/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-313/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver