Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-315/2020 29.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis baş leytenantı X10, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 və müdafiəçi-Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X12 iştirakı ilə, X3 Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayətinin təmin edilməsini, Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 3000 (üç min) manat cərimə edilməsinə dair qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 məhkəmə iclasında şikayətini müdafiə edərək, göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Playstation” oyun zalında günü 10 manat ona ödənilməklə, işləyir. Həmin “Playstation” oyun zalının mülkiyyətçisi başqa şəxsdir və həmin şəxs ona gündə 10 manat pul verir. “Playstation” oyun zalını icarəyə götürməmiş, bu barədə mülkiyyətçi ilə icarə müqaviləsi bağlamamışdır. xx.xx.2020-ci il tarixdə Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Playstation” oyun zalında tanıdığı iki nəfər şəxs qəlyan aparatının yanında oturmuşlar. Bu vaxt Balakən Rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olmuş və karantin qaydalarının pozulub-pozulmaması ilə bağlı yoxlama aparmışlar. Tanıdığı iki nəfər şəxsin qəlyan aparatının yanında oturduğunu gördükdən sonra onların şəklini çəkmişlər. Bir qədər sonra isə polis əməkdaşları oradan uzaqlaşmışlar. xx xxxxxxxx 2020-ci ildə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları onu polis şöbəsinə çağırmış, saat ll:00-dan 17:00-dək polisdə saxlamış, orada ondan izahat alaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin müddətdə o, müdafiə hüququndan məhrum olunmuş və qorxusundan oradan tez çıxmaq üçün müştərilərə qəlyan verdiyini yazmışdır. Oradan çıxanda ona inzibati tənbeh vermə haqqında qərar vermişlər. Sonradan MN ******* nömrəli inzibati tənbeh haqqında qərarı oxuyarkən məlum olmuşdur ki, guya o, xx.xx.2020-ci ildə işlədiyi “Playstation” oyun zalında müştərilərə qəlyan verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 ci maddəsinə əsasən epidemiya əleyhinə qaydanı pozmuşdur. O, heç bir epidemiya əleyhinə qaydanı pozmamışdır. Müştərilərə qəlyanın verilməsi isə karantin qaydalarının pozulması hesab olunur. O, həmin tarixdə heç bir şəxsə qəlyan verməmişdir. İki nəfər şəxsin qəlyanın yanında oturduqları üçün onun barəsində protokol yazılmışdır. Lakin həmin şəxslər barəsində isə protokol yazılmamışdır. Əgər o, inzibati xəta törətmişsə, onlar da inzibati məsuliyyətə cəlb edilməli idi. Eyni zamanda şöbədə ondan xx.xx.2020-ci il tarixdə izahat almış, İV ******* nömrəli inzibati tənbeh haqqında qərarı isə xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etmişlər. Buradan da görünür ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qərəzli və əsassız olaraq barəsində protokol qəbul etmişlər. Barəsində yazılmış Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, XİN ******* nömrəli inzibati tənbeh haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsilə bağlı inzibati materialı tam araşdırmadan qəbul edilmişdir. Buna görə də sözügedən qərar ləğv edilməli, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını xahiş etdi. Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X15 məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 21:45 radələrində YYÇPİTQ inspertoru İlqar Həsənovla birlikdə Balakən şəhəri, R.Səmədov küçəsində olduqları zaman “Playstation" adlanar oyun zalında karantin rejimi qaydalarının pozulduğunu, yəni qapalı şəraitdə 2 nəfər şəxsin qəlyan qəbul etdiyini müəyyən etmişlər. Oranı işlədən şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra karantin rejimi dövründə qəlyan verməyin qanunsuz otduğuı bildirmişlər. Həmin şəxslər onlar tərəfindən Balakən RPŞ-yə dəvət olunmuşlar. Növbətçi hissədə «Playstation» oyun salonunda qəlyan verən şəxsin xx.xx.2002-ci il təvəllüdlü, ünvan 1-da yaşayan, X8, qəlyan qəbul edən şəxslərin isə 20.01 1977-ci il təvəllüdlü, Balakən şəhəri, Gənclik küçəsi, ev 17-də yaşayan X9 və xx.xx.1984cü il təvəllüdlü, Balakən şəhəri N.Nərimanov küçəsi, ev 8-də yaşayan X16 olması məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin olunmamasını xahiş etdi. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda X3 xx.xx.2020-ci il tarixdə, saat 21:45-də Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən «Playstation» oyun zalında qəlyan qəbul etməyə şərait yaradaraq, epidemiya əleyhinə xüsusi karantin rejimi qaydalarını pozması göstərilmişdir. İşdə olan Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 xx.xx.2020-ci il tarixdə işlədiyi «Playstation» oyun zalında müştərilərə qəlyan verərək, epidemiya əleyhinə qaydaları pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə 3000 (üç min) manat cərimə edilmişdir. İşə əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********998100 nömrəli məktubundan görünür ki, X8 VÖEN(**********) xx.xx.2020-ci il tarixdən vergi orqanında qeydiyyatdadır. İşə əlavə olunan Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X20 RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyevə ünvanlandığı raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 21:45 radələrində RPŞ-nin İTB-nin sahə rəisi Tale Bayramov və YYÇPİTQ inspektoru İlqar Həsənovla birlikdə Balakən şəhəri, R.Səmsdov küçəsində olduqları zaman “Playstation" adlanar oyun zalında karantin rejimi qaydalarının pozulduğunu, yəni qapalı şəraitdə 2 nəfər şəxsin qəlyan qəbul etdiyini müəyyən etmişlər. Oranı işlədən şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra karantin rejiminin dövründə qəlyan verməyin qanunsuz olduğunu bildirmişlər. Həmin şəxslər onlar tərəfindən Balakən RPŞ-yə dəvət olunmuşlar. Növbətçi hissədə məlum oldu ki, «Playstation» oyun salonunda qəlyan verən şəxs xx.xx.2002-ci il təvəllüdlü, ünvan 1-da yaşayan X8, qəlyan qəbul edən şəxslər isə 20.01 1977-ci il təvəllüdlü, Balakən şəhəri, Gənclik küçəsi, ev 17-də yaşayan X9 və xx.xx.1984-cü il təvəllüdlü, Balakən şəhəri N.Nərimanov küçəsi, ev 8-də yaşayan X13r. İşə əlavə olunan X11 izahatında göstərilir ki, Balakən şəhəri, N.Nərimanov küçəsi, ev 8-də ailəsi ilə birlikdə yaşayır. 07.08 2020-ci il tarixdə tanışı Vüqar ilə Balakən rayonunda Bayraq adlanan ərazidə görüşmüşlər. Onunla bir qədər söhbət etdikdən sonra çay içmək qərarına gəlmişlər. Buna görə də Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən internet kluba getmişlər. Orada olan otaqlardan birində əyləşib, çay sifariş vermişlər. Bundan sonra oranı işlədən şəxsdən qəlyanı olub-olmamasını soruşduqda, onlara qəlyan verəcəyini demiş, buna görə də qəlyan sifariş vermişlər. Qəlyan qəbul etdikləri zaman həmin otağa polis əməkdaşları daxil olmuşlar. Onlar da onların qəlyan qəbul etdiklərini görmüşlər. Karantin rejimi dövründə qəlyan çəkməyin qadağan olduğunu bilir. Səhvini etiraf edir, bir dana belə hallara yol verməyəcəyinə söz verir. İş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək, hesab edirəm ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 21:45-də Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən «Playstation» oyun zalında qəlyan qəbul etməyə şərait yaradaraq, epidemiya əleyhinə xüsusi karantin rejimi qaydalarını pozması əsas gətirilərək, o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X8 məhkəməyə şikayət verərək, Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 3000 (üç min) manat cərimə edilməsinə dair qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin «Qeyd» hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Ümumməlum faktdır ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi elan edilmiş və bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Belə ki, «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 189 saylı qərara əsasən-1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi; 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda-müəyyən edilmişdir. Həmin qərarın 2-ci bəndində tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etməməsi və həmin qoruyucu tədbirlərin görülməsinin davam etdirilməsi və 3-cü bəndində bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olması qeyd edilmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 237 №-li qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, həmin qərarın 2.1, 2.2, 2.3-cü bəndlərində müvafiq olaraq koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olması və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılması, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələrin isə 2 metrdən az olmaması, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normalarının göstərilməsi müəyyən edilmişdir. Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, X3 Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Playstation” oyun zalına hər hansı hüquqları, o cümlədən mülkiyyət, icarə və istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. X1 şəhəri, R.Səmədov küçəsində yerləşən “Playstation” oyun zalının mülkiyyətçisi, icarəçisi, istifadəçisi və sahibi deyildir və “Playstation” oyun zalı ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirməmiş; vergi orqanlarına hesabatlar verməmiş, vergilər və sosial ödəmələr həyata keçirməmişdir. Həmin “Playstation” oyun zalının mülkiyyətçisi başqa şəxsdir və X8 həmin oyun zalında günəmuzd işləməyə görə hər gün 10 manat əmək haqqı alır. İşdəki sübutlardan birmənalı görünür ki, X1 şəhəri, R.Səmədov küçəsində yerləşən “Playstation” oyun zalına münasibətdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində işləmir və belə funksiyalara malik deyildir. Ona görə də X1 şəhəri, R.Səmədov küçəsində yerləşən “Playstation” oyun zalına münasibətdə və orada törədilən inzibati xətaya görə vəzifəli şəxs hesab olunmur. X8 xx.xx.2020-ci il tarixdə, saat 21:45-də Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən «Playstation» oyun zalında qəlyan qəbul etməyə şərait yaratmaqla karantin rejimi qaydalarını pozmuş, lakin bunu vəzifəli şəxs kimi deyil, adi fiziki şəxs kimi etmişdir. Balakən Rayon Polis Şöbəsi haqlı olaraq X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsilə təqsirli bilsə də, ona qarşı İXM-nin 211-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehini düzgün tətbiq etməmişdir. Yəni inzibati tənbeh müəyyən edən qanun normasını düzgün tətbiq etməmiş, ona qarşı tətbiq edilən tənbeh qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, Balakən RPŞ X5 İXM-nin 211-ci maddəsində fiziki şəxslər üçün nəzərdə tutulmuş cərimə tənbehi məbləğini tətbiq etmək əvəzinə vəzifəli şəxslər üçün nəzərdə tutulan cəriməni tətbiq etmişdir. Bu da qanunun tələblərinə ziddir və şəxsin hüquqlarının pozuntusudur. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Balakən RPŞ tərəfindən X3 “Playstation” oyun zalında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində işləməsi və İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı vəzifəli şəxs olması və ona inzibati tənbehin düzgün tətbiq edilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarın ləğv edilərək, yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 135.1.2-135.1.5-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanun normasının düzgün tətbiq edilməməsi və tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, şikayət qismən təmin edilməklə, Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, X5 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə tətbiq edilən 3000 manat məbləğində inzibati cərimə 200 (iki yüz) manat məbləğində müəyyən olunmalı, qərar qalan hissədə dəyişdirilməməlidir. Məhkəmə şikayətin digər dəlillərinə hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının tamamilə ləğv edilməsi və X8 barəsində İXM-nin 211.1ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, işdəki sübutlardan görünür ki, işin bütün faktiki halları araşdırılmış, Əlixan Qarayevin İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri müyyən olunmuşdur. Qərarın tamamilə ləğvi və işin icraatına xitam verilməsi üçün qanunda (İXM-nin 134 və 135-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İşdəki sübutlarla X8 barəisndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün İXM-nin 53-cü maddəsində müəyyən olunmuş hallar yoxdur. Ona görə şikayət qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi hissəsində təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X18, hazırki inzibati xəta haqqında iş üzrə X3 hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, X5 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X12 X21 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X2 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət qismən təmin olunsun; Balakən Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin; X5 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə tətbiq edilən 3000 manat məbləğində inzibati cərimə 200 (iki yüz) manat məbləğində müəyyən olunsun; qərar qalan hissədə dəyişdirilməsin. X5 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X12 X21 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X2 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-315/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-315/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver