Məhkəmə qərarları › İş №3(019)-316/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-316/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-316/2020 21.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, orta təhsilli, subay, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonunun Faldarlı kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:00-radələrində Balakən şəhəri Gənclik küçəsində vət.Zərərçəkmiş şəxs məxsus «Mersedes» markalı **-BC-*** dövlət nömrə nişanlı mikroavtobusdan 140 manat dəyərində bir ədəd «Nokia-C 230» markalı mobil telefonu və 6 manat pulu gizli yolla oğurlamışdır. Eyni zamanda Şəxs xx.xx.2020-ci il tarixdə narkotik vasitə hesab edilən T2B AMP (amfetamin) istehlak etmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Zaqatala rayonunun Faldarlı kəndində yaşayır. xx.xx.2020-ci il tarixdə fəhlə işləmək üçün Balakən rayonuna gəlmişdir. Həmin gün Balakən şəhəri, Gənclik küçəsi ilə gedən zaman yolun kənarında dayanmış mikroavtobusun yanından keçərkən mikroavtobusun salonunda 1 ədəd mobil telefon görmüşdür. O, ətrafda heç kimin olmadığını görmüş və mikroavtobusun qapısını açaraq mikroavtobusun içərisinə daxil olmuşdur. O, mikroavtobusda olan 35 manat dəyərində «Nokia-C 230» markalı mobil telefonu və orada olan cəmi 6 manat olan qəpik pulları götürmüş və oradan uzaqlaşmışdır. Bundan sonra o, Zaqatala rayonuna getmiş və oğurladığı telefonu orada 18 manata satmışdır. xx.xx.2020-ci il tarixdə etdiyi oğurluqla əlaqədar rayon polis şöbəsinə gətirilmiş, orada onun narkotik vasitədən istifadə edib-etməməsini müəyyən etmək üçün rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada o, narkotik qəbul etdiyini demişdir. Bundan sonra o, Balakən rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloq tərəfindən müayinə olunmuş, onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Onun himayəsində iki azyaşlı uşağı vardır. İki ildir arvadı uşaqları onun yanında qoyub getmişdir. Uşaqlara özü tək baxır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1-478 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-ninin 227-ci (xırda talama) və Azərbaycan Respublikası İXM-nin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması) maddələrinin tərkibi olduğundan onun qeyd edilən maddələr üzrə inzibati məsuliyyəti cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti müvafiq olaraq Balakən rayon PŞ-ninin İTB-yə göndlərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli 219 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:05 radələrində T2B AMP (amfetamin) istehlak etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadəvə ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələri ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və üç ayadək müddətə inzibati həbs tənbehi, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. İşin hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh verilməsini qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, İXM-in 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ictimai işlər tənbehi tətbiq edilməlidir. Şəxs dərhal həbsdən azad edilməlidir. Həmin Məcəllənin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Telefonun qiyməti ilə bağlı mübahisə olduğundan və telefonun qiymətinə dair heç bir sübut təqdim edilmədiyindən hesab edirəm ki, hazırda vurulmuş zərərin ödənməsi ilə bağlı məsələyə baxılması mümkün deyildir, zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 206-cı maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 180 (bir yüz səksən) saat ictimai işlər tənbehi tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərarın icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar