Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-316/2021 30.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X2, zərərçəkmiş şəxs X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta ixtisas təhsilli, subay, X16 İnkişaf Mərkəzində dərnək rəhbəri-müəllimə işləyən, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 01.09.2021-ci il tarixdə, saat 11 radələrində ünvan 2 ünvanda yerləşən yaşadıqları evdə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində gəlini X1 yolub, boynunu və sinəsini cırmaqlayıb, həmçinin qarın boşluğuna yumruqla vurub ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29 sentyabr 2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən şəhəri M.Müşviq küçəsi ev 13 ünvanında yaşayır. Son vaxt yaşadıqları evdə oğlu Azərşən Məmmədov və onun həyat yoldaşı Vüsalə Məmmədova onunla yol getmirlər. Vüsalə evdə onunla kobud rəftar edir, onu söyüşlərlə təhqir edir. Sonuncu dəfə 01.09.2021-ci il tarixdə, saat 11 radələrində Vüsalə, o, təmizlik işləri apararkən evdə nimdaş tibbi qoruyucu maskanı masanın üstündən yerə atdığına görə onunla əsassız yerə mübahisə etmiş, sonra onu itələyərək yerə yıxmışdır. Həmin gün axşam saatlarında Vüsalə Məmmədova yaşadıqları evdə nə üçün onu oğlu Azərşən Məmmədova şikayət etməsini bəhanə edərək onun üzərinə gəlmiş, ayağındakı şəpitləri çıxararaq onun başına bir neçə dəfə vurmuş, tez ondan uzaqlaşaraq DİN-nin 102 xidmətinə şikayət etmişdir. Bu zaman Vüsalə Məmmədova onu sözlə öldürəcəyi ilə hədələmişdir. Azərşən Məmmədov və gəlini Vüsalə Məmmədova onunla amansız rəftar edərək, onun ləyaqətini alçaldaraq, hədə-qorxu gələrək onu özünü öldürmək həddinə çatdırmışlar. Mübahisə zamanı yanında başqa heç kim olmamış, səs-küy yaranmamış, mübahisə yaşadıqları evin içərisində baş vermiş, gəlini Vüsalə onu sözlə öldürəcəyi ilə hədələmişdir. O, mübahisə zamanı Vüsalə Məmmədovaya vuraraq hər hansı bir xəsarət yetirməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, yaşadıqları evdə qayınanası Şəxs onunla və əri Azərşən Məmmədovla yola getmir, evdə onlarla kobud rəftar edir, onları təhqir edir. Sonuncu dəfə 01.09.2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları evdə qaynanası Şəxs onunla əsassız yerə mübahisə edərək onu təhqir etmiş, sonra üzərinə hücum çəkərək saçını yolmuş, sonra isə boynuna və sinəsinə dırnaqları ilə xəsarət yetirmiş, qarın boşluğuna yumruqla vurmuşdur. Bu zaman özünü müdafiə etmək üçün Həliməti özündən kənara itələmiş, Həlimət ayağı ilişərək yerə yıxılmışdır. Sonra isə Şəxs əlinə bıçaq götürərək onun üzərinə gəlmiş, lakin bıçaqla ona vurmamış, daha sonra onu yenidən təhqir etmişdir. Mübahisə zamanı Azərşən Məmmədov onların yanında olmamış, Azərşən anası Şəxs döyməmiş, həmçinin o da Həliməti döyməmiş, sadəcə onu özündən kənara itələdikdə o, yerə yıxılmışdır. O və əri X12 Məmmədovanı özünü öldürmək həddinə çatdırmamışlar. O, yalan danışır. Mübahisə zamanı yanında azyaşlı uşaqları olmuş, yanında başqa heç kim olmamış, səs-küy yaranmamış, mübahisə evin içərisində baş vermişdir. O, Şəxs öldürməklə hədələməmişdir. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Natiq Muradovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 06.09.2021-ci il tarixli qərarından görünür ki, Balakən şəhəri, M.Müşviq küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs və X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında aparılmış araşdırma zamanı toplanmış HK-1-707 və HK-1-716 nömrəli materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs və X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi və gələcəkdə baş verə biləcək hüquqa zidd əməllərin qarşısının alınması məqsədilə Balakən şəhəri, M.Müşviq küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs İşrafil qızının ailəsinin münaqişəli ailə kimi Balakən RPŞ-də qeydiyyata götürülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə, Şəxs və X5 göndərilməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 396 nömrəli rəyində göstərilmişdir ki, X4 müəyyən edilmiş xəsarətlər-boynunda sıyırıqlar və döş qəfəsində qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, 01.09.2021-ci il tarixdə insanın bədənin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X11, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 55, 112-114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-316/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-316/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver