Məhkəmə qərarları › İş №3(019)-317/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-317/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-317/2024 19.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə1 və YPX-nin inspektoru Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1.3 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Opel-Astra markalı 99ON287 dövlət nömrə nişanlı avtomaşını son 1 il ərzində təkrar olaraq sərxoş vəziyyətdə Balakən şəhəri H.Əliyev prospektində idarə edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən , yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtomaşını qəflətən sürətləndirməklə təkərləri yolun səthi ilə sürtünməsi səslərini çıxarmış və əhalinin dincliyini pozaraq avtoxuliqanlıq etmiş, küçədə uca səslə qışqıraraq əsassız mübahisə yaradaraq ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşları X2 və X3 qanuni tələblərinə qəsdən tabe olmamışdır Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə1 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YRX-nin baş inspektoru ,polis baş serjantı X1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və Balakən rayonu Gərəkli kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YPXnin inspektoru, polis serjantı X5 məhkəmə iclasında göstərdi ki, 19 iyul 2024-cü il tarixdə təxminən saat 02:40 radələrində o və Balakən rayon Polis Şöbəsinin DYPB-nin YRX-nin baş inspektoru X4 **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı BMW markalı xidməti avtomobildə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman Opel-Astra markalı **-ON-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Bayraq meydanında avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini çıxartmasını, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını davamlı olaraq pozduğunu görmüşlər. Buna görə də həmin sürücüyə “saxla” işarəsi vermişlər, lakin sürücü onların “saxla” işərəsinə məhəl qoymamış, avtomobili sürətlə idarə edərək oradan uzaqlaşmışdır. Balakən rayonu Gərəkli kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 511.1.3-cü maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır. 19 iyul 2024-cü il tarixdə təxminən saat 02 rədələrində özünə məxsus olan **-ON-*** dövlət nömrə nişanlı “Opel-Astra” markalı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. O, Balakən şəhəri H.Əliyev prospektində Bayraq meydanı dairəsində idarə etdiyi avtomaşının əyləcini dartaraq avtomaşını fırlatmışdır. Həmin vaxt ona X15 əməkdaşları saxla əmri vermiş, lakin o, onların əmrinə əhəmiyyət verməyib hadisə yerindən uzaqlaşmış və avtomaşını aparıb əmisigilin həyətinə qoymuşdur. Bundan sonra o, polis əməkdaşlarının yanına gəlmiş,sonra polis əməkdaşları ilə birlikdə polis Şöbəsinə gəlmişdir. O, sərxoş olduğundan polis əməkdaşları ilə mübahisə etmiş, lakin nalayiq sözlər işlətməmişdir.Əməlindən peşimandır.Bir daha belə əməllər yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, 19 iyul 2024-cü il tarixdə təxminən saat 02:40 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Rəsul Qantayev **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı BMW markalı xidməti avtomobildə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman “Opel-Astra” markalı **-ON-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən Bayraq meydanında avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini çıxarmasını, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını davamlı olaraq pozduğunu görmüşlər. Buna görə də həmin sürücüyə “saxla” işarəsi vermiş, lakin sürücü onların “saxla” işarəsinə məhəl qoymamış, avtomobili sürətlə idarə edərək oradan uzaqlaşmışdır. Həmin vaxtdan təxminən yarım saat sonra, adının Şəxs olduğunu öyrəndiyi həmin sürücü başqa bir nəfər şəxsin idarə etdiyi avtomobildə sərnişin qismində əyləşərək “Bayraq meydanı” adlanan yerə gəlmiş və içkili vəziyyətdə avtoxuliqanlıq etdiyini etiraf etmişdir. Həmin şəxs onları görmədiyini, onları görərsə avtoxuliqanlıq etməyəcəyini və etdiyi əməldən peşman olduğunu blildirmişdir. Onlar Şəxs avtomobili duracağa yerləşdirəcəklərini və onlarla həkim müayinəsindən keçmək üçün RMX-na getməli olduğunu izah etmişlər. Laki Şəxs avtomobilini gizlədib gəldiyini, avtomobili onlara təhvil verməyəcəyini deyərək küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. O, məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozduğu üçün onu nizam-intizama dəvət etmişlər. Laki Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün onlar radioötürücü vasitəsi ilə həmin yerə PPXB-nin əməkdaşlarını dəvət etmişlər. Həmin vaxt Şəxs həmin yerdən qaçmağa çalışmış, lakin 20-30 metr qaçıb uşaqlaşdıqdan sonra içkili olduğu üçün yerə yıxılmış və bu zaman üzü yerə dəymişdir. Bundan sonra onlar onu yerdən qaldıraraq PPXB-ninin əməkdaşdlarının köməkliyi ilə Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra o, bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 03 radələrində o, RPŞ-nin polis nəfəri , polis kiçik serjantı Elvin Osmanov ilə Balakən şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman DYPB-nin YPX-nin inspektorları radioötürücü vasitəsi ilə efirə çıxaraq bir nəfər şəxin onlara tabe olmadığını bildirmiş və onları “Bayraq meydanı” adlı yerə çağırmışdır. Onlar həmin yerə çatan zaman bir nəfər şəxsin küçədə nalayiq ifadələr işlətdiyini və YPX-nin inspektorları ilə mübahisə etdiyini görmüşlər. Onlar xidməti avtomobildən yerə düşən zaman həmin şəxs onları görən kimi qaçmağa başlamış və içkili olduğu üçün təxminən 20-30 metr qaçdıqdan sonra yerə yıxılmış və həmin vaxt üzü yerə dəymişdir.Bundan sonra onlar həmin şəxsi yerdən qaldıraraq YPX-nin inspektorları ilə birlikdə Balakən rayon Polis Şöbəsinə gətirmişdilər. RPŞ-də olan zaman həmin şəxsin Balakən rayonu Gərəkli kənd sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində o və tanışı X12 şəhəri,H.Əliyev prospektində olan zaman “Opel-Astra” markalı bir avtomobilin sürücüsünün dairənin yaxınlığında əyləci basaraq maşını ilə avtoxuliqanlıq etdiyini görmüşdür. O, həmin vaxt təkərləri asvalt örtüyə sürtdürməklə yüksək səs çxartmışdır. Həmin vaxt YPX-nin əməkdaşları ona “saxla” işarəsi versə də həmin şəxs avtomaşını yüksək sürətlə sürərək oradan uzaqlaşmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024 -cü il tarixdə saat 04.00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:30-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyul 2024-cü il tarixli 942 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:20 radələrində sərxoş olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini, xx.xx.1991-cü il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində ,polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun avtoxuliqanlıq əməlini və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama əməllərini sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 maddəsinin sanksiyasında on beş günədək müddətə inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında on beş gündən bir ayadək müddətə inzibati həbs və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında 15 gündən bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halı , törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19 iyul 2024-cü il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuş və 19 iyul 2024-cü il tarixə saat 16:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 1 (bir) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs olunsun.Onun bir gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin müddətdən çıxılsın və üzərində nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 14 (on dörd ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 19 iyul 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar