Məhkəmə qərarları › İş №3(019)-318/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-318/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-318/2020 27.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yüzbaşıyeva Limona Murtuzəli qızının və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1974-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində yaşayan- Yüzbaşıyeva Limona Murtuzəli qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Yüzbaşıyeva X1 Məhkəməsinin 2-2(107)-50/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid tərəfindən Yüzbaşıyeva Limona Murtuzəli qızı haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yüzbaşıyeva Limona Murtuzəli qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-50/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 12353.71 (on iki min üç yüz əlli üç manat 71 qəpik) manat pulu iddiaçı “Mətanət A” şirkətinin hesabına ödəməlidir. İcra sənədi üzrə puldan 900 mana, sonra isə 50 manat ödəmişdir. Maddi imkanı olmadığına görə həmin pulu tam ödəyə bilmir. Belə ki, özü və həyat yoldaşı heç yerdə işləmir, qaynanası ağır xəstədir. Olan-qalan pullarını da qaynanasının müalicəsinə sərf edirlər. Əlilliyi yoxdur. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid göstərdi ki, Yüzbaşıyeva X6 Apellyasiya Məhkəməsinin 2-2(107)-50/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən “Mətanət A” şirkətinin hesabına 12353.71 (on iki min üç yüz əlli üç manat 71 qəpik) manat pul ödəməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq, Yüzbaşıyeva Limona Murtuzəli qızı həmin pulu tam ödəməkdən yayınmışdır. Hazırda da Yüzbaşıyeva Limona Murtuzəli qızı maddi imkanı olmadığını bildirərək, icra sənədini tam icra etmək istəmir. Yüzbaşıyeva Limona Murtuzəli qızı barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-50/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, iddiaçı “Mətanət A” şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-2(84)-447/2016 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, cavabdeh Yüzbaşıyeva Limona Murtuzəli qızından 13255,71 (on üç min iki yüz əlli beş manat 71 qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat cərimə və 31 manat dövlət rüsumunun tutularaq iddiaçı “Mətanət A” şirkətinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 3(019)-415/2018 nömrəli qərarından görünür ki, Yüzbaşıyeva Limona Murtuzəli qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarından həmçinin görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)- 50/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi icraya yönəldilmiş, həmin icra vərəqəsinin icrasıyla bağlı «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. . Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə xx xxxx 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "X3rşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X5 Haqqında" Avropa Konvensiyası müddəalarının və X8 Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışının müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsin icrası şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunan tələb Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından şəxsin mülkiyyət hüququ kateqoriyasına aid olduğu üçün, qətnamənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yüzbaşıyeva Limona Murtuzəli qızı maddi imkanının olmaması və əmlak vəziyyətinin ağırlığı ilə bağlı qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, həmçinin qətnamənin icra üsülu və qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmiş, icra sənədinin tam icra edilməməsinin onun ağır maddi vəziyyəti ilə bağlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədini üzrlü səbəb olmadan tam icra etmədiyini göstərir. Yüzbaşıyeva Limona Murtuzəli qızı icra sənədini tam icra etməkdən və icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Yüzbaşıyeva Limona Murtuzəli qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini və könüllü şəkildə vurulmuş zərərdən qismən ödəniş etməsin Yüzbaşıyeva Limona Murtuzəli qızının inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Yüzbaşıyeva Limona Murtuzəli qızının inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki,Yüzbaşıyeva Limona Murtuzəli qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat miqdarında inzibati qaydada cərimə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Yüzbaşıyeva Limona Murtuzəli qızının hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Yüzbaşıyeva Limona Murtuzəli qızına göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Yüzbaşıyeva Limona Murtuzəli qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Yüzbaşıyeva Limona Murtuzəli qızına göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar