Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-318/2023 25.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X3 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi, polis mayoru X4,zərərçəkmiş şəxs X11 nümayəndəsi X5, müdafiəçi-Balakən rayonu Vəkil Bürosunun vəkili X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 13.04.195-ci ildə Balakən rayonu Katex kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və yaşayan- Məmmədov Nurtən Eldar oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157 və 232-1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X17 xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Balakən rayonu Katex kəndində aralarında yaranmış mübahisə zamanı X1 bir dəfə sillə ilə vuraraq ona fiziki ağrı yetirməklə ona sağlamlığına zərər vurmayan dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmiş, həmçinin xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Balakən rayonu Katex kəndində X18 məxsus Toyota Camry markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobilin ön şüşəsinə, arxa sağ qanadına, arxa buferinə zərbələr vuraraq əmlakını qəsdən zədələmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X12 tərəfindən X17 barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 25 iyul 2023-cü il tarixli MN ******* nömrəli və 25 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşadığını, Əziz Bayramovun onun keçmiş həyat yoldaşı olduğunu, onunla Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşandıqlarını, evlilikdən onların 1 azyaşlı oğlan uşaqlarının olduğunu, xx.xx.2023-cü il tarixdə keçmiş baldızı Nigar Bayramovanın ona vatsap ani mesajlaşma sistemindən oğlu Afəri götürməyə gəlməsini dediyini, cavabında Afərin ad günü olduğuna görə götürməyə icazə vermədiyini, başqa vaxt gəlib götürmələrini dediyini, artıq-əksik şeylər yazdığına görə Nigar Bayramovanı blokladığını, bundan sonra onunla əlaqə saxlaya bilmədikləri üçün keçmiş həyat yoldaşı Əziz Bayramovun bütün ailə üzvlərinə zəng edərək narahat etməsini, eyni zamanda söyüş-təhqir ifadəli sözlər işlətdiyini, qardaşı Amid Parabaşova zəng edərək “mən uşağa aliment verirəm, nə vaxt istəsəm gələrəm də, götürərəm də” dediyini, cavabında qardaşının ona “görüş vaxtları üçün məhkəmənin qərarını al, qərara uyğun vaxtlarda gəl apar gör” dediyini, bundan sonra onlara heç bir xəbər etmədən qeyd edilən tarixdə saat 15 radələrində atasına məxsus Balakən rayon Katex kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək azyaşlı oğlu Afər Bayramovu aparacaqlarını bildirdiklərini, qarşılığında onlara “məhkəmə qərarı ilə gəl indi icazə vermirəm” dediyini, bundan sonra Əziz Bayramov, onun bacısı Nigar Bayramova və anası Yaxşı Bayramovanın onunla mübahisə etməyə başladıqlarını, keçmiş həyat yoldaşı Əziz Bayramovun onu telefona çəkdiyini görən zaman əsəbləşərək telefonuna əl atdığını, bu zaman telefonun əlindən yerə düşdüyünü, bundan sonra qardaşı Elvin Məmmədov ilə mübahisə etməyə başladığını, daha sonra qardaşını yola saldığını, yolda olan hadisələrdən heç bir xəbərinin olmadığını bildirmiş, keçmiş həyat yoldaşının maşınının yan güzgüsünə bir dəfə təpiklə çıxıb getməsi üçün vurduğunu, həqiqətən də Əziz Bayramovun üz nahiyyəsindən sillə ilə vurduğunu, lakin bu zaman baldızının onun belinə yumruq ilə vuraraq saçından tutub dartdığını, qardaşı X26 Bayramovu vurmadığını, deyilənlərin şər-böhtan xarakteri daşıdığını, hadisə baş verən zaman onların yanında qeyd edilən şəxslərdən başqa heç kimin olmadığını, qeyd edilən mübahisənin təxminən 30 dəqiqə davam etdiyini, bədənində xəsarətin olmadığını bildirmiş və məhkəmə tibbi ekspertizasında tibbi müayinədən keçməkdən könüllü olaraq imtina etdiyini qeyd etmişdir. O, həmçinin inzibati xətaları törətməsini etiraf edib bu xətaları törətməsindən səmimi peşmançılıq çəkdiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 nümayəndəsi qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla qızı ilə birlikdə yaşayır. Şəxs onun X32un keçmiş həyat yoldaşıdır. Əziz və Nurtən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Onların bir azyaşlı oğlu vardır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində X32 və qızı Nigar Bayramova ilə birlikdə nəvəsinin ad günü münasibəti ilə onun oğlunun keçmiş həyat yoldaşının yaşadığı Balakən rayonu Katex kəndinə getmişlər. Oğlunun keçmiş həyat yoldaşı təxminən iki ay müddətdir ki, nəvəsi Afər Bayramzadəni ona göstərmir, onunla görüşməyə icazə vermir. Qeyd edilən tarixdə nəvəsini görmək və aparıb ad gününü qeyd etmək istəsələr də, Şəxs onlara imkan verməyərək, onlarla mübahisə etməyə və onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Şəxs X32a məxsus Toyota Kamry markalı **-CM-*** dövlət qeydiyyatlı avtomobilə zərbələr endirmiş, onu sakitləşdirməyə çalışmasına baxmayaraq, Şəxs və onun qardaşı Elvin Məmmədov onların ünvanına nalayiq ifadələr işlətmişlər. Elvin Məmmədov maşınına əyləşib getmək istəyən zaman oğlunun və onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Əziz ona iradını bildirdikdə, Elvin maşından düşərək Əzizin üzərinə gəlmiş, Əzizə yumruq, təpik və sillə atmış, bu zərbələrdən oğlunun barmağı zədələnmişdir. Bundan sonra Əziz Bayramov qaçıb maşina əyləşmiş, lakin Şəxs gələrək, Əzizin avtomobilinin yan güzgüsünə və ön şüşəsinə zərbələr endirərək, oğluna maddi, mənəvi və psixoloji ziyan vurmuşdur. Eyni zamanda Elvin Məmmədov əlində bıçaqla Əziz Bayramovu ölümlə hədələmiş, bu zaman onun qarşısını Elvinin anası və bacısı almışlar. Sonra Əziz avtomaşını sürən zaman oğlunun keçmiş qayınları Amid Parabaşov və Elvin Məmmədov onların qarşısını kəsmiş, lakin Əziz Bayramov avtomaşını sürmüş, bu zaman Elvin oğlunun avtomaşınına təpiklə vuraraq ona maddi zyan vurmuşdur. X32 keçmiş qaynanası Eldar Parabaşov, onun oğlu Elvin Məmmədov və keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülmüşdür. Araşdırması zamanı izahatı alınmış zərərçəkmiş şəxs X23 izahatında göstərmişdir ki, Kürdəmir rayon 1 Saylı Hərbi Şəhərcikdə müvəqqəti olaraq qeydiyyatda olmaqla tək yaşayır. Şəxs onun keçmiş həyat yoldaşıdır. Keçmiş həyat yoldaşı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşanmışlar, onların 1 azyaşlı oğlan uşaqları vardır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində bacısı Nigar Bayramova və anası Yaxşı Bayramova ilə birlikdə oğlunun ad günü münasibətilə keçmiş həyat yoldaşının yaşadığı Balakən rayonu Katex kəndinə getmişlər. Keçmiş həyat yoldaşı təxminən 2 ay müddətdir ki, oğlu Afər Bayramovu ona göstərmir, onunla görüşməyə icazə vermir. Qeyd edilən tarixdə oğlunu görmək və aparıb ad gününü qeyd etmək istəsələr də, keçmiş həyat yoldaşı Şəxs onlara imkan verməyərək onlarla mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra özünə məxsus “Toyota Camry” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərbələr endirmiş, anası Yaxşı Bayramova onu sakitləşdirməyə çalışmasına baxmayaraq, Şəxs və qardaşı Elvin Məmmədov onların ünvanına nalayiq ifadələr işlətmişlər. Elvin Məmmədov maşınına əyləşib getmək istəyən zaman, onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, qarşılığında “sən kimsən mənim ünvanıma nalayiq ifadələr işlədirsən?” dedikdə maşından düşərək üstünə gəlmiş, ona yumruq və sillə atmağa başlamış, bu zaman barmağı zədələnmiş, bundan sonra qaçıb maşınına əyləşmişdir. Lakin keçmiş həyat yoldaşı Şəxs gələrək, qeyd edilən avtomobilin yan güzgüsünə və ön şüşəsinə zərbələr endirmiş, ona maddi, mənəvi və psixoloji ziyan vurmuşdur. Eyni zamanda keçmiş həyat yoldaşının qardaşı Elvin əlində bıçaqla onu ölümlə hədələmiş, bu zaman onun qarşısını keçmiş qaynanası və bacısı almışlar. Oradan avtomobili sürərək çıxıb gedən zaman keçmiş qayınları Amid Parabaşov və Elvin Məmmədov onun qarşısını kəsmiş, lakin maşından düşməyərək sürmüş, bu zaman onun avtomaşınına təpiklə vuraraq maddi ziyan vurmuşlar. Keçmş qaynatası Eldar Parabaşov və onun oğlu Elvin Məmmədov tərəfindən döyülmüş, onu döydükləri zaman yanında anası Yaxşı Bayramova, bacısı Nigar Bayramova, keçmiş həyat yoldaşı Şəxs, keçmiş qaynanası Rəsmiyyə Parabaşova və digər tanımadığı qohumlar olmuşlar. Araşdırma zamanı izahatı alınmış X2 şəhəri Azərbaycan prospekti, ev 104, mənzil 12 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə yaşadığını, Şəxs onun qardaşının keçmiş həyat yoldaşı olduğunu, onların Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşandıqlarını, 1 azyaşlı oğlan uşaqlarının olduğunu, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qardaşı Əziz Bayramov və anası Yaxşı Bayramova ilə birlikdə qardaşının oğlunun ad günü münasibətilə onun keçmiş həyat yoldaşının yaşadığı Balakən rayonu Katex kəndinə getdiklərini, qardaşının keçmiş həyat yoldaşının təxminən 2 ay müddətdir ki, oğlu Afər Bayramovu ona göstərmədiyini, onunla görüşməyə icazə vermədiyini, qeyd edilən tarixdə qardaşının oğlunu görmək və aparıb ad gününü qeyd etmək istəsələr də, qardaşının keçmiş həyat yoldaşı Şəxs onlara imkan verməyərək, onlar ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başladığını, daha sonra qardaşı Əziz Bayramova məxsus “Toyota Camry” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərbələr endirdiyini, anası Yaxşı Bayramovanın onu sakitləşdirməyə çalışmasına baxmayaraq, Şəxs və qardaşı Elvin Məmmədovun onların ünvanına nalayiq ifadələr işlədiklərini, Elvin Məmmədov maşınına əyləşib getmək istəyən zaman, qardaşının və onların ünvanına nalayiq ifadələr işlətdiyini, qarşılığında qardaşının “sən kimsən mənim ünvanıma nalayiq ifadələr işlədirsən?” dediyi zaman maşından düşərək onun üstünə gəldiyini, ona yumruq və sillə atmağa başladığını, bu zaman qardaşının barmağının zədələndiyini, bundan sonra Əziz Bayramovun qaçıb maşınına əyləşdiyini, lakin keçmiş həyat yoldaşı Şəxs gələrək qeyd edilən avtomobilin yan güzgüsünə və ön şüşəsinə zərbələr endirərək, qardaşına maddi, mənəvi və psixoloji ziyan vurduğunu, eyni zamanda keçmiş həyat yoldaşının qardaşı Elvinin əlində bıçaqla Əziz Bayramovu ölümlə hədələdiyini, bu zaman onun qarşısını qardaşının keçmiş qaynanası və bacısının aldığını, oradan avtomobili sürərək çıxıb gedən zaman qardaşının keçmiş qayınları Amid Parabaşov və Elvin Məmmədovun onların qarşısını kəsdiklərini, lakin Əziz Bayramovun maşından düşməyərək sürdüyünü, bu zaman onların avtomaşına təpiklə vuraraq maddi ziyan vurduqlarını, qardaşını keçmiş qaynatası Eldar Parabaşov, onun oğlu Elvin Məmmədov və keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyüldüyünü, onu döydükləri zaman yanında anası Yaxşı Bayramova, qardaşının keçmiş həyat yoldaşı Şəxs, qardaşının keçmiş qaynanası Rəsmiyyə Parabaşova və digər tanımadığı qohumlarının olduğunu bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X17 izahatında göstərmişdir, Balakən şəhəri Katex kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Biləcəri qəsəbəsində yaşayır. X23 onun bacısı Nurtən Məmədovanın keçmiş həyat yoldaşıdır, Əziz və Nurtən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşanmışlar. xx.xx.2023-cü il tarixdə saat 15 raədəlrində Balakən rayonu Katex kəndində yerləşən atasına məxsus fərdi yaşayış evindən çıxaraq qaynatasıgilə getmək istəyən zaman qapının qarşısında keçmiş yeznələri Əziz Bayramovu, onun anasını və bacısını görmüş, bu zaman Əziz Bayramov əlində telefon onları video ilə qeydə almışdır. Daha sonra Əziz bacısı Şəxs çağıraraq, uşağı aparmaq üçün gətirməsini bildirmiş, bacısı Nurtən də onlara görüş üçün məhkəmə qərarını gətirmələrini və sonra onlara uşaq verəcəyini demişdir. Bacısını qıcıqlandırıb videosunu çəkdiyinə və onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə maşından düşərək Əzizin üzərinə getmiş, lakin anası və bacısı ona Əziz Bayramovu vurmasına imkan verməmişlər. Sonradan Əziz yenidən onun ünvanına ağır nalayiq ifadələr işlətdiyinə görə əlinə daş alaraq onun üzərinə getmiş, gedən zamanonu öldürəcək deməklə Əzizi vurmaq istəmiş, lakin anası və bacısı Əzizi vurmağına imkan verməmişlər. Əlində daş Əziz Bayramovun üzərinə gedərək onu öldürmək istəmədiyini, lakin öldürəcəyini deyib çıxıb getmək üçün qorxutmaq istəmişdir. O və atası Eldar Parabaşov Əziz Bayramovu vurmamış və onun avtomaşınını zədələməmişlər. Əziz Bayramov onları təhqir etdiyinə görə o da qarşılığında Əzizi təhqir etmişdir. Araşdırma zamanı izahatı alınmış ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Hökməli qəsəbəsində ailəsi ilə birlikdə yaşadığını, Əziz Bayramovun onun bacısının keçmiş həyat yoldaşı olduğunu, onların Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşandıqlarını, evlilikdən onların 1 azyaşlı oğlan uşaqlarının olduğunu, xx.xx.2023-cü il tarixdə bacısının keçmiş həyat yoldaşı Əziz Bayramovun ona ən azı 20-25 dəfə zəng etdiyini, lakin danışmaq istəmədiyinə görə telefonu açmadığını, daha sonra yad bir nömrədən zəng gəldiyini, telefonu açarkən zəng edən şəxsin Əziz Bayramov olduğunun ona məlum olduğunu, zəng edərək ona “uşağa aliment ödəyirəm, ürəyim istəyən vaxt gəlib görəcəm də, aparacam da” dediyini, qarşılığında ona “sən zəhmət olmasa get məhkəmənin görüşlə bağlı qərarını gətir təqdim elə bacıma, qeyd edilən görüş vaxtlarında apar Afəri yanına” dediyini, küçədə baş vermiş mübahisədən heç bir məlumatının olmadığını, mübahisənin baş vermə səbəbini öyrənmək üçün Əziz Bayramova məxsus maşını saxlaması üçün ona əl uzatdığını, lakin əhəmiyyət verməyərək az qalsın onun özünü də vuracağını, onların arxasınca getmədiyini, eyni istiqamətdə gedən qardaşı Elvin Məmmədovun arxasınca getdiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşadığını, Əziz Bayramovun onun keçmiş kürəkəni olduğunu, qızı Şəxs ilə X22 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşandıqlarını, onların 1 azyaşlı oğlan uşaqlarının olduğunu, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində keçmiş kürəkəni Əziz Bayramovun, anası və bacısı ilə birlikdə nəvəsi Afər Bayramovu aparmaq üçün gəldiklərini, onunla qarşılaşmamaq üçün çölə çıxmadığını, qızı Şəxs “çıx gör nə istəyirlər” dediyini, bundan təxminən 15 dəqiqə sonra səs-küyün çoxaldığı üçün həyat yoldaşı ilə oraya getdiyini, onları həyat yoldaşı ilə birlikdə sakitləşdirtməyə çalışsalar da, nalayiq ifadələr işlədərək daha da məsələni böyütməyə çalışdıqlarını, daha sonra Əziz Bayramov və onun anası ilə bacısını sakitləşdirib yola saldığını, qızının keçmiş yeznəsini döydüyünü görmədiyini, bu zaman içəridə olduğunu, oğlu Elvin Məmmədovun sadəcə Əziz Bayramovu qorxutmaq məqsədilə əlində daş onu üzərinə getdiyini, Əziz Bayramovun onu vurması barədə dediklərinin həqiqəti əks etdirmədiyini, hadisə baş verən zaman onların yanında qeyd edilən şəxslərdən başqa heç kimin olmadığını, qeyd edilən mübahisənin təxminən 30 dəqiqə davam etdiyini qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşadığını, Əziz Bayramovun onun keçmiş kürəkəni olduğunu, qızı Şəxs ilə X22 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşandıqlarını, onların 1 azyaşlı oğlan uşaqlarının olduğunu, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində keçmiş kürəkəni Əziz Bayramovun, anası və bacısı ilə birlikdə nəvəsi Afər Bayramovu aparmaq üçün gəldiklərini, onunla qarşılaşmamaq üçün çölə çıxmadıqlarını, həyat yoldaşı Eldar Parabaşovun qızı Şəxs “çıx gör nə istəyirlər” dediyini, bundan təxminən 15 dəqiqə sonra səs-küyün çoxaldığı üçün həyat yoldaşı ilə oraya getdiklərini, onları yoldaşı ilə birlikdə sakitləşdirtməyə çalışsalar da, nalayiq ifadələr işlədərək daha da məsələni böyütməyə çalışdıqlarını, daha sonra Əziz Bayramov və onun anası ilə bacısını sakitləşdirib yola saldıqlarını, qızının keçmiş yeznəsini döydüyünü görmədiyini, bu zaman içəridə olduğunu, oğlu Elvin Məmmədovun sadəcə Əziz Bayramovu qorxutmaq məqsədilə əlində daş onu üzərinə getdiyini, Əziz Bayramovun həyat yoldaşı Eldar Parabaşovun onu vurması barədə dediklərinin həqiqəti əks etdirmədiyini, hadisə baş verən zaman onların yanında qeyd edilən şəxslərdən başqa heç kimin olmadığını, qeyd edilən mübahisənin təxminən 30 dəqiqə davam etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli 137 №li rəyindən görünür ki, X14 müəyyən edilmiş xəsarət-sol əlin 4-cü barmağınını şişkinliyi-küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Zaqatala rayonu «Avtoservis 100» sexlərinin rəhbəri X7 29 may 2023-cü il tarixli 57 nömrəli arayışından görünür ki, «Toyota Camry» markalı, 77-CM 458 dövlət qeydiyyat nişanlı avtomaşının ön aynasının (podpress) qiyməti 250 manat, ayna yapışdıran qermeturun qiyməti 50 manat, arxa sol döngə göstəricisinin qiyməti 160 manat, dəmirçi xərci 130 manat, rəngsaz 500 manat və polirovka butoş 15 manat olmaqla dəyəni ziyannı cəmi məbləği 1105 manat hesablanmışdır. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Balakən rayonu Katex kənd sakini Şəxs və Zaqatala rayon sakinləri X23 və onun bacısı X8 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə müraciətləri əsasında toplanmış NK-1-322 və NK-1/323 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Balakən rayonu Katex kənd sakinləri X9 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) və 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrinin tərkib əlamətləri olduğundan həmin şəxslərin qeyd edilən maddələr əsasında inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilmiş, toplanmış material üzrə Azərbaycan Respulikası CM-nin 221.1-ci maddəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əsas kimi Balakən rayonu Katex kənd sakini X9 xx.xx.2023-cü il tarixdə saat 15 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı atası Eldar Parabaşova məxsus evin qarşısında X11 əlinə qəsdən təpiklə vuraraq onun sağlamlığına zərər vurmayan xəsarət yetirməsi faktının toplanmış materialda öz təsdiqini tapması, həmçinin onun bacısı Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısındakı küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Əziz Bayramovun sifətinə 1 dəfə sillə ilə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirməsi faktının toplanmış materialda öz təsdiqini tapması, bu səbəbdən X9 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətlərinin olmasının müəyyən edilməsi, eyni zamanda Əziz Bayramov tərəfindən təqdim edilmiş videogötüntülər və avtomobilə dəymiş zərər aktına əsasən X9 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətlərinin olmasının da müəyyən edilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs portal məlumat bazasından edilən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X20 olmaqla Şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində isə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdlə tutulmuşdur (inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə nəzərdə tutulur). Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, 29 may 2023-cü il tarixli 57 saylı arayışda zərərçəkmiş şəxs X18 məxsus «Toyota Camry» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşında ön aynanın (podpresin), ayna yapışdıran qermetura və arxa sol döngə göstəricisinin zədələndiyi göstərilmişdir ki, onların da qiyməti cəmi 460 manat təşkil edir. Belə olan halda zərərçəkmiş şəxs X18 məxsus «Toyota Camry» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşının (əmlakın) qəsdən zədələnməsinə görə vurulan ziyanın məbləğinin həmin məbləğdə ifadə olunması ağlabandır. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında isə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və 32.1.3-cü maddəsində inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətaları törətməsindən səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağın olmasını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətaları törətməsindən səmimi peşmançılığı, himayəsində bir azyaşlı uşağın olması və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə ona daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin hesab edirəm ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğu və əmlak zərərinin hansı məbləğdə olması barədə müvafiq mötəbər sübutlar təqdim edilmədiyi üçün inzibati tənbeh etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxılması mümkün sayılmır. Ancaq zərərçəkmiş şəxs vurulmuş zərər tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir ki, bu da ona izah edilməlidir. Belə ki, Azərbaycan Repsublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Repsublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X15 inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş zərər tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili X15 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-318/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-318/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver