Məhkəmə qərarları › İş №3(019)-318/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-318/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-318/2025 11.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28063053 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 29450878 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarından X2 tərəfindən verilmiş şikayətə baxmağa hazırlıq zamanı, M Ü Ə Y Y Ə N E T D İ: DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli EQ 28063053 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 29450878 nömrəli elektron qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş materiallarını araşdırıb hesab edir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarından görünür ki, X2 tərəfindən 2 inzibati tənbeh vermə haqqında elektron qərardan bir şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin 2 inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə bir icraatda baxılması mümkün deyildir. Odur ki, o, hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə müraciət etməlidir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarlardan biri 20 may 2025-ci il tarixində qəbul edilmiş, X2 tərəfindən verilmiş şikayət ərizəsi isə 20 gündən artıq müddət keçdikdən sonra, yəni 07 avqust 2025-ci il tarixdə poçta təqdim edilmişdir. İş materiallarından onun inzibati tənbeh vermə haqqında elektron qərarı rəsmi qaydada aldığı vaxtı müəyyən etmək mümkün deyildir. Şikayət vermə müddətini buraxdıqda, müddətin bərpa edilməsi barədə vəsatət verməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28063053 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 29450878 nömrəli qərarlarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutub QƏRARAALDİ: DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28063053 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 29450878 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar