Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-319/2024 12.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan BALXURMA” MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixdə **********8054 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 108108.0 ABŞ dolları olan 10810,00 kq dəyərində “qurudulmuş xurma” yükünü Balakən Gömrük İdarəsində rəsmiləşdirərək Rusiya Respublikasında qeydiyyatda olan “GRAND-TRADE” şirkətin ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malların müqabilində 100080,79 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 8027,21 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin Şəxs MMC (VÖEN **********) heç bir üzürlü səbəb olmadan təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə hüquqi şəxs “Şəxs MMC-nin (VÖEN **********) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) nümayəndəsi-vəkili Vəkil məhkəməyə vəsatət verərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işin materiallarından görünür ki, bu fəaliyyət nəticəsində protokolda qeyd olunan xarici valyuta əldə edilməmişdir.Belə ki, Şəxs MMC ilə "xxxx" Şirkəti arasında 19 oktyabr 2022- ci il tarixdə 0/36775/22 saylı alqı-satqı müqavilə bağlanmışdır.Həmin Müqavilənin şərtlərinə əsasən göndərilən mallar bu müqavilədə göstərilən keyfiyyətə uyğun gəlməlidir.Həmin Müqavilənin əsasən göndərilən malların keyfiyyətində uyğunsuzluq olduqda alıcı tərəfindən bu barədə pretenziya verilir və əgər satıcı bu pretenziyaya cavab vermədikdə, pretenziya qəbul edilmiş hesab edilir.19 oktyabr 2022-ci il tarixli 0/36775/22 saylı tərəflər arasında bağlanılmış müqaviləyə əsasən **********8054 nömrəli 13 noyabr 2023-cü il tarixli Gömrük bəyannaməsi ilə aşağıda göstərilən məhsul ixrac olunmuşdur:1. Qurudulmuş xurma dilimləri: 4158 ədəd karton qutuda, dəyəri, 108108,00 ABŞ dolları dəyərində Qurudulmuş xurma dilimləri məhsulun 2 783,97 ABŞ dolları həcmində aşağı keyfiyyətdə olması barədə alıcı tərəfindən 15 yanvar 2024-cü il tarixdə pretenziya daxil olmuşdur. Həmin pretenziya ilə və tərəflər arasında bağlanılmış yuxarıda göstərilən alqı-satqı müqaviləsinə əsasən satıcıya ödənilməli olan məbləğin hesabına ixrac olunmuş malların invoice dəyəri 2 783,97 ABŞ dolları məbləğində azaldılmışdır.Malların keyfiyyətinin aşağı olmasına dair ekspertiza rəyi də qeyd edilənləri təsdiq etməkdədir.Bundan başqa tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə əsasən Alıcıya ümumilikdə bu əməliyyat üzrə ixrac olunmuş malın dəyərinin 5% həcmində bonus ödənilmişdir. Bu da 5405 ABŞ dollar təşkil etmişdir.Belə olan təqdirdə ölkəyə qaytarılması tələb olunan 80821,27 ABŞ dollar olan vəsait müqavilə şərtlərinə əsasən Alıcı Şirkət tərəfindən ödənilməli olan vəsait hesabına silinmişdir. Göründüyü kimi **********1951 nömrəli 21 aprel 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə ixrac olunmuş məsulun ümumi dəyərindən ümumilikdə 5768.75 ABŞ dolları vəsait əldə olunmamışdır.Bundan başqa hesab edirik ki,Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərkibinin yaranması üçün ixrac olunan məhsullar yalnız konsiqnasiya ilə edilməlidir.Belə ki, həmin Fərmanın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.Hazırki halda isə konsiqnasiya yolu ilə mallar ixrac olunmadığından ona həmin Fərmanla nəzərdə tutulmuş 180 gün müddəti, yəni Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər müddəası tətbiq edilə bilməz.Bundan başqa bir sıra məhkəmələrdə oxşar məsələlər araşdırılmış və Şəxs MMC-nin hərəkətlərində İXMnin 483-cü maddəsinin tərkibi və əlamətləri omadığında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC-nin (VÖEN **********) 108108,00 ABŞ dolları olan 10810.00 kq “qurudulmuş xurma” yükünü Balakən Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********080054 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 108108,00 ABŞ dolları məbləğində xarici valyutadan 8027,21 ABŞ dollarını geri qaytarmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, həmin tarixdə Balakən Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsi ilə bağlı xəbərdar edilmiş, vəsaitlərin bankda olan hesaba köçürülməsi üçün 30 gün qaldığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur Sözügedən Qərarının 1-ci bəndinə əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Buna müvafiq olaraq “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi səkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qovulmur. Qanunun “Əsas anlayışlar” hissəsində cari valyuta əməliyyatlarına malların, islərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləsdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi də aiddir və resident dedikdə, həmçinin Azərbaycan Respublikasında qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslər basa düşülür. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitlərinin malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur İşin hallarını, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) tərəfindən ixrac olunan malların müqabilində 8027,21 ABŞ dolları məbləğində valyuta vəsaitin şirkətin müvəkkil bankı olan "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsinin təmin edilməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İşin icraatına xitam verilməsi barədə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil vəsatəti ilə bağlı qeyd edilməlidir ki, vəsatətə ingilis və rus dillərində yazılmış sənədlərin kserosurəti əlavə edilişdir. Odur ki, həmin sənədlər sübut kimi qəbul olunmur. Eyni zamanda vəsatətdə qeyd edilən hallar işin icraatına xitam verilməsi üçün əsas deyildir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-8027,21 ABŞ dollarının 30 faizi məbləğində 2408,16 ABŞ dolları (4093,87 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-319/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-319/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver