Məhkəmə qərarları › İş №3(019)-32/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-32/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-32/2021 02.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 iştirakı ilə X7 Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X17 məhkəməyə şikayət ərizəsi verərək, barəsində qəbul edilən xx.xx.2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi, barəsində aparılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi, inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. X17 şikayətini onunla əsaslandırmışdır ki, X4 Hüseyn Osman oğluna məxsus VAZ 2121 markalı, 9Q-TS-590 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021 -ci il tarixdə, gecə saatlarında su almaq üçün mağazaya getmişdir. Mağazadan su alıb çıxarkən mülki geyimdə olan Hüseyn adlı şəxs Balakən RPŞ-nin əməkdaşı olduğunu bildirmiş, səlahiyyət həddini aşaraq, yol patrul xidmətinin əməkdaşlarını dəvət etmədən avtomobili götürərək, polis şöbəsinə aparmışdır. Elə həmin gün X19 ona avtomobili polis şöbəsindən götürmək üçün getməyi xahiş etmişdir. Onlar birlikdə xx.xx.2021-ci il tarixdə, saat 16:30 radələrində polis şöbəsinə yaxınlaşmışlar. Bu zaman Yol Patrul Xidmətinin əməkdaşları onlardan izahat almadan, hər hansı bir vəsatətlərinin olub-olmadığını soruşmadan, avtomobilin saxlancda olması ilə bağlı akt tərtib etmədən, protokol tərtib etmişlər. Sonradan ona məxsus telefona sms gəlmiş və İXP3730442 saylı protokol əsasında qərar qəbul edilərək, 60 manat məbləğində cərimə olunduğu bildirilmişdir. Sözügedən avtomobil X14 etibarnamə əsasında verilmişdir və X10 istifadəsində və sahibliyindədir. Polis əməkdaşları işin hallarını araşdırmadan onun hüquqlarını kobud şəkildə pozaraq, qanunsuz və ədalətsiz qərar qəbul etmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2021 -ci il tarixli İXP3730442 saylı inzibati xəta haqqında qərarı qanunsuz, əsassız və ədalətsizdir. Barəsində tərtib olunan protokol əsasında inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, izahatı alınmamış, vəsatəti və etirazı olub-olmaması aydınlaşdırılmamışdır (İXM, maddələr 61,76,78); həmçinin qəbul edilən qərar ona təqdim olunmamış, şikayət vermək hüquqları izah edilməmişdir (İXM, maddə 115); protokol üzrə inzibati xəta haqqında məsələyə baxmaq qanunla məhkəmənin səlahiyyətinə aid edildiyi halda, Balakən Rayon Polis Şöbəsinin DYPB öz mülahizəsinə əsasən birtərəfli qaydada işə baxaraq, onun 60 (altmış) manat cərimə olunması qənaətinə gəlmişdir (İXM, maddələr 43.2, 81.3, 96). Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2021 -ci il tarixli, İXP3730442 saylı inzibati tənbeh vermə barədə qərarı qəbul edilərkən qanunvericiliyin yuxarıda sadalanan tələbləri kobud surətdə pozulmuşdur. Ona görə də hazırkı şikayətlə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsinə nail olmaq istəyir. Buna görə də barəsində qəbul edilən xx.xx.2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi, barəsində aparılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barənsiııdə xüsusi qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X17 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə, X17 sözügedən avtomobilə sahibliuk hüququ olan şəxs olduğundan, onun Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün X17 barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu və inzibati qaydada cərimə olunması barədə haqqında inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğunu bildirərək, şikayətin əsassız olduğunu göstərərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 və Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət qismən təmin edilməli, Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə X17 barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında protokol və qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sornra Azərbaycan Reublikası İXM) 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta təkibinin olmaması əsası ilə X17 barəsində həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında protokolda X7 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru Nümayəndə xx xxxxxx 2021-ci il tarixli, İXP3730442 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X17 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə olunmuş notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X24 mülkiyyətində olan VAZ 2121 markalı, 90TS590 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə səlahiyyətləri 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək X12 vermiş və həmin etibarnamədə bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi və bu etibarnamə üzrə dublikatın etibar edilən şəxsə verilə bilməsi göstərilmişdir. Şikayətə əlavə olunmuş xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X5 Hüseyn Osman oğluna VAZ 2121 markalı, 90TS590 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək barədə etibarnamə vermiş və etibarnamədə onun 11 ay 15 gün müddətinə verilməsi və xx.xx.2021-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə inzibati məsuliyyət müəyyən edilmiş və həmin maddənin sanksiyasında fiziki şəxslər üçün altmış manat məbləğində, vəzifəli şəxslər üçün iki yüz manat məbləğində, hüquqi şəxslər üçün isə iki min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. İş materiallarından görünür ki, Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru Nümayəndə tərəfindən X17 barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP3730427 saylı inzibati xəta haqqında protokol nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi əsas göstərilməklə Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsilə tərtib olunmuş, X3 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-cii il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin bu zaman nəzərə alınmamışdır ki, X17, xx.xx.2020-ci il tarixli etibarnamə üzrə VAZ 2121 mink markalı, 90 TS590 dövlət qeydiyyat nişanlı avtomaşına dair ona verilən səlahiyyətlərin, o cümlədən nəqliyyat vasitəsini idarə etmək hüququnun başqa şəxsə verilə bilməsi nəzərdə tutulduğu üçün, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında VAZ 2121 minik markalı, 90 TS590 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək səlahiyyətini 11 ay 15 gün müddətinə, yəni xx.xx.2021-ci il tarixədək X14 vermiş və xx xxxxxxxx 2020-ci il tarixdən həmin avtomaşına faktiki sahiblik və istifadə X1. Ona görə də xx.xx.2020-ci il tarixdən X19 həmin avtomaşına sahiblik hüququ olan şəxs sayılır. İş materiallarından həmçinin görünür ki, inzibati xəta hadisəsinin baş verdiyi xx xxxxxx 2021-ci il tarixdə X20, X8 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilməklə sahiblik hüququnun olduğu VAZ 2121 mink markalı, 90 TS590 dövlət qeydiyyat nişanlı avtomaşını X6 götürmüş və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomaşını idarə etmişdir. Göründüyü kimi, xx xxxxxx 2021-ci il tarixdə baş verməsi qeyd edilən və İXM-nin 335.1-ci maddəsilə tövsif edilən inzibati xətaya münasibətdə nəqliyyat vasitəsinə-VAZ 2121 mink markalı, 90 TS590 dövlət qeydiyyat nişanlı avtomaşına sahiblik hüququ olan şəxs X15r və məhz X19 tərəfindən göstərilən vaxtda həmin avtomaşın nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X16 verilmişdir. İş materialları ilə birmənalı şəkildə müəyyən olunur ki, göstərilən vaxtda-xx xxxxxx 2021-ci il tarixdə VAZ 2121 mink markalı, 90 TS590 dövlət qeydiyyat nişanlı avtomaşın X2 və istifadəsində olmamış və onun tərəfindən həmin avtomaşın nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X16 verilməmişdir. Belə olan halda X7 əməlində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin tərkibi olmamışdır. Lakin qanun normaları düzgün tətbiq edilmədən, yəni inzibati xəta hadisəsinin baş verdiyi vaxtda X19 deyil, X17 VAZ 2121 mink markalı, 90 TS590 dövlət qeydiyyat nişanlı avtomaşına sahiblik hüququ olan şəxs hesab edilməklə, o, əsassız və qanunsuz olaraq İXM-nin 335.1-ci maddəsilə məsuliyyətə cəlb edilmiş və 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin İXM-nin 335.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilərkən, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar verilərkən X7 bir sıra hüquqları pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda X12 istinad olunan həmin inzibati xətanın törədildiyi yer, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 izahatı göstərilməmiş, ona İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda qeyd aparılmamış, bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair Azərbaycan Respublikası İXM-nin 100.1.4, 100.1.7 və 100.2-ci maddələrinin tələbləri pozulmuşdur. X3 barəsində tərtib olunan protokol əsasında inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, izahatı alınmamış, vəsatəti və etirazı olub-olmaması aydınlaşdırılmamış, qəbul edilən qərar ona təqdim olunmamış, həmin qərardan şikayət vermək hüquqları ona izah edilməmiş, işə ədalətli məhkəmə araşdırmasının standartlarına uyğun olmayan şəkildə, yəni ilkin şərtlərin bərabərliyi prinsipi və çəkişmə prinsipi təmin edilmədən birtərəfli qaydada baxılaraq, müvafiq qərar qəbul edilmiş; bununla da müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 61, 76, 78, 81.3, 96 və 115-ci maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin və İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasnıda yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə X28 Avropa Məhkəməsi inzibati xətanın cinayət ittihamına bərabər sayılması üçün 3 meyar müəyyən etmişdir (Engel meyarları):1) əməlin daxili hüquqda təsnifatı; 2) hüquq pozuntusunun xarakteri; 3) mümkün və tətbiq edilən cəzanın ağırlığı. Bu xüsusda 2-ci və 3-cü Engel meyarlarına görə İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta cinayət ittihamına aid edilə bilər. Belə ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət müəyyən qrup insanların deyil, bütövlükdə əhalinin həmin xətanın törədilməsinin qarşısının alınmasına yönəlmişdir (2-ci Engel meyarı) və həmin xətanın sanksiyasında yüksək cərimə nəzərdə tutulmuşdur (3-cü Engel meyarı). Azərbaycan Respublikası İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Şikayətin inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması hissəsinə hüquqi qiymət verərək, hesab edirəm ki, həmin hissədə şikayət təmin edilməməlidir. Belə Azərbaycan Respublikasının İXM-də və başqa qanunvericilik aktlarında pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılması nəzərdə tutulmamışdır. Nəzərə çatdırılmalıdır ki, İXM-də bir sıra hallarda qərardadın çıxarılması müəyyən olunmuşdur, lakin xüsusi qərardadın çıxarılması həmin hallara aid deyildir. Məsələn İXM-nin 109.1, 109.1.1-109.1.7-ci maddələrində inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılması tarixinin və yerinin təyin edilməsi; işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; ekspertizanın təyin edilməsi; işə baxılmanın təxirə salınması; protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardadın qəbul edilməsi, İXM-nin 109.3-cu maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilməsi, İXM-nin 114.3-cü maddəsində inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi, İXM-nin 130.3-cü maddəsində buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatətin rədd edilməsi haqqında qərardadın qəbul edilməsi müəyyən olunmuşdur. Lakin İXM-də qanun pozuntusuna yol vermiş şəxslər barəsində xüsusi qərardadın çıxarılması proseduru və şərtləri nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 265.4-cü maddəsində məhkəmənin işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi nəzərdə tutulmuşdur. Ancaq bu qanun norması hazırki işdə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsi həmin Məcəllənin tələbləri daxilində mülki işə baxılarkən xüsusi qərardadın çıxarılmasını nəzərdə tutur. İnzibati xəta haqqında işə MPM əsasında deyil, İXM əsasında baxılır. Digər tərəfdən burada tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarıldığı təqdirdə bu barədə xüsusi qərardadın çıxarılması imperativ tələb kimi vurğulanmışdır. Hazırki iş üzrə işə kiminsə əməlində, o cümlədən inzibati xəta haqqında protokol tərtib edən və qərar çıxaran vəzifəli şəxsin əməlində (hərəkətində və ya hərəkətsizliyində) hər hansı cinayətin əlamətləri müəyyən olunmur. Ona görə də MPM-nin 265.4-cü maddəsi hazırki iş üzrə qaununun analogiyasına görə də tətbiq oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X7 şikayəti qismən təmin edilməli, Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə X17 barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında protokol və qərarı ləğv edilməli və X17 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta təkibinin olmaması əsası ilə xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X7 şikayəti qismən təmin edilsin. Balakən RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə X17 barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP3730442 saylı inzibati xəta haqqında protokol və qərarı ləğv edilsin; X17 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xəta təkibinin olmaması əsası ilə xitam verilsin; şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar