Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-320/2023 25.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 iyul 2023-cü il tarixdə saat 19:30 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı 2 ədəd su matorlarını sonuncunun bel nahiyəsinə vuraraq onu döymüş və ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun xx.xx.2023-cü il tarixli raportu və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və ünvan 1 ünvanında yaşayan xx.xx.1975-ci təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddətdir ki, o, Zərərçəkmiş şəxs bir şəxs ilə qeyri-rəsmi münasibətdə yaşadığını bilir və buna görə də Samirə ilə aralarında tez-tez mübahisələr baş verir. Onlar bir evdə yaşayırlar. O, xx.xx.2023-cü il tarixdə Balakən şəhəri ərazisində yerləşən mərkəzin bazarın yaxınlığındakı kafedə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Bundan sonra o, sərxoş vəziyyətdə yaşadığı evə gəlmişdir.O, evə gələrkən Samirənin evin pilləkənlərini təmizlədiyini görüb onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Həmin vaxt Samirə ilə aralarında sözlə mübahisələri düşmüş, mübahisə zamanı o, evin alt mərtəbəsində olan 2 ədəd su matorlarını götürüb Samirənin kürək nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2019-cu ildə əri Şəxs rəsmi boşanmışdır. Onlar boşansalar da Ariflə bir evdə yaşayırlar. Arif spirtli içki aludəçisidir, daima evdə spitli içki içib münaqişə yaradır. xx.xx.2023-cü-ci il tarixdə səhər saatlarında Arif evdən çıxıb getmişdir. Günorta saatlarında o evdə olan vaxtı evin pilləkanlarını təmizləyərkən Arif sərxoş vəziyyətdə evə gəlmiş və heç bir əsaslı səbəb olmadan onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Bu vaxt Ariflə onun arasında sözlə mübahisə baş vermişdir. Pilləkənları təmizləyərkən Arif ondan xəbərsiz iki dəfə ardıcıl olaraq 2 ədəd su matorunu onun kürək nahiyəsinə vurmuşdur. Bundan sonra o, Polis şöbəsinə zəng edərək polis əməkdaşlarını yaşadığı evə çağırmışdır.O, Şəxslə barışmamışdır, onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Balakən şəhər sakini Zərərçəkmiş şəxs şikayəti əsasında toplanılmış HK-1-424 nömrəli material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələləsinə baxılması üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan MəhkəməTibb Ekspertizası və X3 –Təcrübi və X2 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 186 nömrəli ekspert rəyində göstərilmişdir ki: Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol kürək və sağ bel nahiyəsində qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da tutulmuş xx.xx.2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 iyul 2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş və 25 iyul 2023-cü il tarixə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 1 (bir) gün müddət ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Onun 24 iyul 2023-cü il tarixdə saat 19:00-dan 25 iyul 2023-cü il tarixə saat 15:00-a kimi inzibati qaydada tutulduğu 1(bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 19 (on doqquz ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 25 iyul 2023-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-320/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-320/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver