Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-321/2020 01.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Balakən rayonu Kortala kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Kortala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-770/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən 1003 (bir min üç) manatı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu-cəmi 1033 (bir min otuz üç) manat pulu X1 ödəməlidir. O, borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, icra məmurunun ifadəsi və iş materiallarındaolan sənədlərlə aşagıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Şəxs göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-770/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ondan 1003 (bir min üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu-cəmi 1033 (bir min otuz üç) manat pul alınıb X1 ödənməlidir. Heç yerdə işləmir, maddi imkanı olmadığına görə borcu ödəyə bilmir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)- 770/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən 1003 (bir min üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu-cəmi 1033 (bir min otuz üç) manat pulu X1 ödəməlidir. Şəxs borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o, borcunu ödəmir. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-770/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs 1003 (bir min üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu-cəmi 1033 (bir min otuz üç) manat pul alınıb X1 verilməlidir. İşdə olan xəbərdarlıqlardan və izahatlardan görünür ki, Şəxs borcun ödənməsi ilə bağlı xəəbərdar olunmasına və borcu ödəyəcəyinə söz versə də borcun ödənməsi ilə bağlı heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır və onun məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-321/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-321/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver