Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-321/2024 05.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, xx.xx.1982-ci ildə Türkiyə Respublikasının Mardin şəhəri Yeşilli ilçəsində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası,İstanbul şəhəri, Beylikdüzü ilçesi, Yakubu məhəlləsi 43 saylı küçə , bina 21, mənzil 6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Türkiyə Respublikasının vətəndaşı Şəxs Türkiyənin “Sarp” gömrük postundakı “FREE SHOP” mağazasından əldə etdiyi az miqdarda- ümumilikdə 420 manat dəyərində 60 qutu “PARLİAMENT PLATİNUM” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “VOLVO” markalı 22AAT272/47ACG866 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasının aşağı yatağın sağ və sol tərəfindəki divarlarındakı kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş plastik cibliklərdə gizlədərək xx.xx.2024-cü il tarixdə saat 16:18 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Barəsində inzibati xəta haqqında icraat aprılan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinə verdiyi izahatında göstərmişdir ki, halhazırda İstanbul şəhəri, Beylikdüzü ilçesi, Yakubu məhəlləsi, 43 saylı küçə, bina 21, mənzil 6 ünvanında həm də yaşayır, həm qeydiyyatdadır. Təxminən iki ildən artıq müddətdir ki, “Özbagaç” nəqliyyat şirkətində sürücü kimi çalışır və şirkətə məxsus “VOLVO” markalı, 22AAT272/27ACG866 qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Türkiyədən Azərbaycan müxtəlif yüklər daşıyır. 27 may 2024-cü il tarixində Bursa şəhərindəki limanda idarə etdiyi avtomobilə neft sənayesi üçün “Boru” yükü yüklənmiş və həmin gün də yola çıxmışdır. X2 “SARP” gömrük postundan keçir. Bu dəfə də Gürcüstana keçmək üçün “SARP” gömrük postuna gəlmişdir. Gömrük postunda olan “Free Shop” dükandan ümumilkdə 90 ABŞ dollara 6 blok “PARLİAMENT Platinum” markalı siqaret almışdır. Aldığı siqaretləri nəqliyyat vasitəsinin kabinəsinin aşağı yatağın sağ və sol yan tərəflərindəki kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş plastik ciblikləri çıxarıb, hər tərəfdə üç blok olmaqla arxasındakı boşluqda gizlətmişdir. Beləliklə də, Bakı şəhərinə gəlmək üçün yola çıxmışdır. 03 iyun 2024-cü il tarixində, təxminən saat 16:18 radələrində “Mazımqara” gömrük postuna gəlib çatmışdır. Postun idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra, burada əvvəlcə pasport qeydiyyatından keçmiş, sonra isə gömrükçü tərəfindən idarə etdiyi avtomobil qeydiyyyata alınmışdır. Daha sonra gömrük əməkdaşı ona yaxınlaşıb şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub- olmaması barədə sual vermiş, o, isə heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı maşını yoxlamağa başlamış və siqaretləri gizlətdiyi yerdən çıxartmışlar. Bundan sonra aşkar olunan 60 qutu “PARLİAMENT Platinum” markalı siqaret gömrük əməkdaşı tərəfindən müəyyən sənədlər tərtib edilərək götürülmüşdür. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli 9/4610 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş nümunələrə əsasən “PARLİAMENT PLATİNUM” markalı, ştrix koduna görə ( ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan 60 qutu (+6 blok) tütün məmulatlarının 03.06. 2024-cü il tarixə olan orta bazar qiyməti ümumilikdə təxminən 420,0 (60 qutu x7 mant) manat müəyyən edilir. Həmin tütün məmulutlarının ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 60 qutu aksiz markası ilə markalanmamış “PARLİAMENT PLATİNUM” markalı siqaretlər Balakən Gömrük İdarəsinin saxlanc anbarında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Faxri oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsinin saxlanc anbarında saxlanılan, 420,0 manat dəyərində aksiz markası ilə markalanmamış 60 qutu “PARLİAMENT PLATİNUM” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-321/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-321/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver