Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-323/2025 18.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq müəyyənetdim Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi bir ildə ikinci dəfə icra etməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində tərtib edilmiş 18 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda Şəxs barəsində məlumatlarvətəndaşlığı,doğulduğu tarix,vergi ödəyicisi olmasına baxmayaraq bu barədə eyniləşdirmə nömrəsi,habelə inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. Bundan başqa “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydası müəyyən olunmuşdur. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. 2016-cı il 1 mart tarixində qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, borclu Şəxs Balakən Rayon Məhkəməsinin 3(019)- 148/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən yenidən icra üçün vaxt müəyyən edilməmiş, Şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Balakən Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Şəxs xx.xx.2025-ci il tarixə kimi icra sənədini icra etməmiş, lakin onun barəsində toplanmış materiallar cinayət işinin başlanması üçün göndərilməmişdir. Bundan başqa iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)- 5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilmişdir ki, Şəxs tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində “instagram”, “Youtube” və “Tiktok” sosial şəbəkəsində yayılmış “Azestetikin nə qədər dolandırıcı, ikiüzlü olduğunu bizim kimi dolandırılanlar bilir, müştərilərinə atdıqları küçə qadınları kimi danışan tərbiyəsiz danışıqlarını da biz çox gözəl bilirik. Videolar üçün kimlərə nə qədər pul verdiklərini, şikayət etmiyək deyə yalvarıb elədikləri təklifləri də gözəl bilirik sadəcə hardan necə dəstək alırlarsa maddi cəhətdən güclüdülər, güclüdülər ki şikayət olunmasın deye necə müştərinin kreditini bağladılar. Onlarda dürüstlük, vicdan bu kimi şeylər yoxdu yaxşı daydayıları var kimdisə, əslində layiq olduqları sözlər tam başqadı etikanı pozmamaqçün qalıb”, “Azestetik ne qeder biabır edəcək görəsən özunu, biri onlara ne qədər gülünc olduqlarını başa salmalı, bu videonun bənzərinin çəkilişini mənə də təklif etmişdilər əvəzində yeni cihaz və dəymiş ziyanın ödənməsi, çox şükür biz şerefimizi, vicdanımızı pula satmırıq”, “Ne bilək ne qədər şirinlik veriblər, azestetik oyrenib onsuzda 3-5 min kredit borcu silərək şikayətləri öz lehinə çevirməyə”, “Siz bir də menim səhifəmə baxın, dolandırıcılıqlarından fraqmentlər paylaşmışam, sürü halında yığılıblar bir binada mütəşəkkil dəstədilər. Allah bəlalarını versin”, “Azestetik fakt menim özümə işlənmiş cihaz satıb modelin adını da gizlədərək, utanmadan cihazın içinə də gps yerləşdirib iki il ərzində cihazı qıraqdan keyfi istəyən cürə idarə edib pulumu yeyiblər, uzun sözün qısası mən o dələduzlara görə 30.000 ziyandayam, yalandan ekran xarabdı deyə 2500 manata ekran satıblar, cihazın ustunde verilməli olan filteri oğurlayıb 190 manatdan satıblar, cihazın en baha detalı olan barı temir adı ilə məndən oğurlayıb yerinə işlənmiş sroku bitmiş bar qoyublar, daha ne sayım?” kimi məlumatlar, həmin məlumatların paylaşıldığı sosial şəbəkələrdə cavabdeh Şəxs tərəfindən təkzib edilsin. İcra sənədində təkzibin hansı qaydada həyata keçirilməli olması müəyyən olunmamışdır. Borclu Şəxs 18 avqust 2025-ci il tarixdə verdiyi izahatında icra sənədini icra etdiyini bildirərək, təkzib verməsinə dair sosial şəbəkələrdəki səhifəsindən çıxarışları icra məmuruna təqdim etmişdir.Həmin çıxarışların məzmununda “Mən, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-5/2024 saylı qərarına əsasən “Azestetikin nə qədər dolandırıcı,ikiüzlü olduğunu bizim kimi dolandırılanlar bilir, müştərilərinə atdıqları küçə qadınları kimi danışan tərbiyəsiz danışıqlarını da biz çox gözəl bilirik.Videolar üçün kimlərə nə qədər pul verdiklərini, şikayət etmiyək deyə yalvarıb elədikləri təklifləri də gözəl bilirik sadəcə hardan necə dəstək alırlarsa maddi cəhətdən güclüdülər, güclüdülər ki şikayət olunmasın deye necə müştərinin kreditini bağıladılar. Onlarda dürüstlük, vicdan bu kimi şeylər yoxdu yaxşı daydayıları var kimdisə, əslində layiq olduqları sözlər tam başqadı etikanı pozmamaqçün qalıb”, “Azestetik ne qeder biabır edəcək görəsən özunu, biri onlara ne qədər gülünc olduqlarını başa salmalı, bu videonun bənzərinin çəkilişini mənə də təklif etmişdilər əvəzində yeni cihaz və dəymiş ziyanın ödənməsi, çox şükür biz şerefimizi, vicdanımızı pula satmırıq”, “Ne bilək ne qədər şirinlik veriblər, azestetik oyrenib onsuzda 3- 5 min kredit borcu silərək şikayətləri öz lehinə çevirməyə”, “Siz bir də menim səhifəmə baxın, dolandırıcılıqlarından fraqmentlər paylaşmışam, sürü halında yığılıblar bir binada mütəşəkkil dəstədilər. Allah bəlalarını versin”, “Azestetik fakt menim özümə işlənmiş cihaz satıb modelin adını da gizlədərək, utamadan cihazın içinə də gps yerləşdirib iki il ərzində cihazı qıraqdan keyfi istəyən cürə idarə edib pulumu yeyiblər, uzun sözün qısası mən o dələduzlara görə 30.000 ziyandayam, yalandan ekran xarabdı deyə 2500 manata ekran satıblar, cihazın ustunde verilməli olan filteri oğurlayıb 190 manatdan satıblar, cihazın en baha detalı olan barı temir adı ilə məndən oğurlayıb yerinə işlənmiş sroku bitmiş bar qoyublar, daha nə sayım?” rəylərimi təkzib edirəm.” göstərilmişdir. Tələbkarın nümayəndələri ərizə ilə Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borclunun öz səhifəsindən təqdim etdiyi çıxarışları qəbul etmədiklərini, onlardan heç vaxt məlumatlarının olmadığını, bu şəkildə icranın baş tutduğunu qəbul etmədiklərini göstərərək borclu barəsində müvafiq protokol tərtib edilib məhkəməyə müraciət edilməsini xahiş etmişlər. Qanunvericiliyin tələbinə əsasən Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 borclu Şəxs təqdim etdiyi sosial şəbəkələrdəki səhifəsindən çıxarışların həqiqəti əks etdirib-etdirməməsini,bu məlumatların “instagram”, “Youtube” və “Tiktok” sosial şəbəkəsində yayılıb yayılmamasını aydınlaşdırmalı, bununla da icra sənədinin icra olunubolunmamasına qiymət verməli idi.Əgər borclunun təqdim etdiyi sənədlər həqiqəti əks etdirirsə icra sənədinin icra olunmuş hesab olunmalı, eyni zamanda tələbkarın nümayəndələrinə Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsində borclu tərəfindən təkzibin onlara məlumat verilməklə icra olunmasının nəzərdə tutulmamasını; icra sənədində təkzibin qaydasının müəyyən olunmamasını izah etməli idi. Əgər borclunun təqdim etdiyi sənədlər həqiqəti əks etdirmirsə,onun icra sənədini qərəzli olaraq icra etməməsi nəticəsinə gəlməli, onun barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərməli idi. Yaxud da icra qaydası ilə bağlı mübahisə olduğuna görə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına icra sənədinin izahı ilə bağlı müraciət etməli idi. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 isə bu hərəkətlərin heç birini etmədən, qanunsuz və əsassız olaraq tələbkar tərəfin “istəyinə” uyğun olaraq borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Beləliklə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, 18 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış,təqdim edilmiş materiallar işə baxılarkən tamamlamaq mümkün olmayacaq dərəcədə natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İşin qeyd edilən hallarını, inzibati xəta haqqında protokolun düzgün tərtib olunmamasını,təqdim edilmiş materialların işə baxılarkən tamamlamaq mümkün olmayacaq dərəcədə natamam olmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qəraraaldım: Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-323/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-323/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver