Məhkəmə qərarları › İş №3(019)-324/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-324/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-324/2023 11.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 485.1-ci maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Rayon Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində 26 iyul 2023-cü il tarixli 00500-00111/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Balakən Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 000546/2023 saylı raportunda xx.xx.2023-cü il tarixində Balakən Gömrük İdarəsinin «Mazımqara» gömrük postundan keçməklə Qax rayonu Qaxbaş kəndi ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN-**********) ünvanına 34TJ3445/20AJZ48 qeydiyyat nişanlı yük vasitəsilə idxal olunmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada tərtib olunan **********4421 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44-cü qrafasında gətirilən yükə aid olmayan E21-00010 nömrəli invoys qeyd olunmuşdur. Bununla da mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən malların gətirilməsi barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Qısa idxal bəyannaməsinin 14-cü (bəyannaməçi və ya təmsilçi) və 50-ci (məlumatları təsdiq edən) qrafalarında Şəxs MMC-nin adı qeyd edilmişdir. Həmçininin Balakən Rayon Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində 26 iyul 2023-cü il tarixli 00500-00110/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Balakən Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33- /3-1-000545/2023 saylı raportunda xx.xx.2023-cü il tarixində Balakən Gömrük İdarəsinin «Mazımqara» gömrük postundan keçməklə Qax rayonu Qaxbaş kəndi ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN-**********) ünvanına 14KM460/14AAF461 qeydiyyat nişanlı yük vasitəsilə idxal olunmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada tərtib olunan **********4427 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44-cü qrafasında gətirilən yükə aid olmayan E23-00024 nömrəli invoys qeyd edilmişdir. Bununla da mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən malların gətirilməsi barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Qısa idxal bəyannaməsinin 14-cü (bəyannaməçi və ya təmsilçi) və 50-ci (məlumatları təsdiq edən) qrafalarında Şəxs MMC-nin adı qeyd edilmişdir. Balakən Rayon Məhkəməsində 26 iyul 2023-cü il tarixli 00500-00111/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 3 (019)-324/2023 saylı və 26 iyul 2023-cü il tarixli 00500-00110/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər isə 3 (019)-325/2023 saylı iş altında qeydə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə instinad olunan həmin inzibati xəta haqqında protokollar üzrə işlərə baxılması eyni orqanın-məhkəmənin səlahiyətilərinə aid olduğundan Balakən Rayon Məhkəməsinin müvafiq qəradadı ilə həmin inzibati xəta haqqında işlər 3 (019)-25/2023 nömrəsi ilə bir icraatda birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilərək, izahatında göstərdi ki, Şəxs MMC-də kompüter operatoru vəzifəsində işləyir. MMC-nin əsas fəaliyyət istiqaməti gömrük brokerliyi, yəni fiziki və ya hüquqi şəxslər tərəfindən aparılan gömrük rəsmiləşdirilməsi zamanı onlarla aralarında bağlanmış müqavilə əsasında həmin şəxslərin adından elektron formada qısa idxal bəyannaməsinin, eləcə də gömrük bəyannaməsinin tərtib edilməsi və gömrük orqanına təqdim edilməsindən ibarətdir. xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən "xxxx" MMC-nin E21-00010 saylı invoys sənədi əsasında təkrar idxal etdiyi «kənd təsərrüfatında istifadə olunan badam yığma avadanlığı» yükünə dair "xxxx" MMC-nin təqdim etdiyi yük müşayiət (CMR, invoys) sənədləri əsasında elektron formada **********4427 saylı qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. Həmin vaxt "xxxx" MMC-nin ünvanına E-23-00024 saylı invoys sənədi əsasında idxal edilən «kənd təsərrüfatında istifadə olunan özü yeriyən quru meyvə yığma avadanlığı» yükünə dair də elektron formada **********4421 saylı qısa idxal bəyannaməsi tərtib edərək gömrük orqanına təqdim ediblər. Həmin qısa idxal bəyannamələrinin 14 və 50-ci qrafalarında Şəxs MMC-nin adı qeyd edildi və Şəxs MMC-nin adından qısa idxal bəyannaməsində olan məlumatlar təsdiq edildi. "xxxx" MMC tərəfindən hər iki yükün sənədləri onlara eyni vaxtda və qarışıq halda göndərildiyi üçün ehtiyatsızlıqdan invoys sənədlərinin nömrələrini qısa idxal bəyannamələrində səhv yazıblar. Belə ki, "xxxx" MMC tərəftindən təkrar idxal edilən «kənd təsərrüfatında istifadə olunan badam yığma avadanlığı» yükünə dair tərtib edilmiş **********4427 saylı qısa idxal bəyannaməsində E21- 00010 saylı invoys sənədi qeyd edilməli idi. Lakin Şəxs MMC tərəfindən yol verilən diqqətsizlik səbəbindən **********4427 saylı qısa idxal bəyannaməsində səhvən E23- 00024 saylı invoys sənədi qeyd edilmişdir. Həmçinin "xxxx" MMC-nin ünvanına E-23- 00024 saylı invoys sənədi əsasında idxal edilən «kənd təsərrüfatında istifadə olunan özüyeriyən quru meyvə yığma avadanlığı yükünə dair tərtib edilmiş **********4421 saylı qısa idxal bəyənnaməsində E23-00024 saylı invoys sənədi qeyd edilməli idi. Lakin yol verilmiş diqqətsizlik səbəbindən **********4421 saylı qısa idxal bəyənnaməsində səhvən E21-00010 saylı invoys sənədi qeyd edilmişdir. Şəxs MMC barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Balakən Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elçin Rüstəmova ünvanladığı xx.xx.2023-cü il tarixli raportlardan, xx.xx.2023-cü il tarixli 50 nömrəli müqavilədən, xx.xx.2023-cü il tarixli **********4421 saylı qısa idxal bəyannaməsindən, Şəxs MMC-nin nümayəndəsinin 26 iyul 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda qeyd olunan izahatından və məhkəmə iclasında verdiyi izahatından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 26 iyul 2023-cü il tarixli, 00500-00111/23 nömrəli inzibati xəta haqqında protokoldan, xx.xx.2023cü il tarixli **********4427 nömrəli qısa idxal bəyannaməsindən, 26 iyul 2023-cü il tarixli, 00500-00110/23 nömrəli inzibati xəta haqqında protokoldan və işdə olan digər sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixində Balakən Gömrük İdarəsinin «Mazımqara» gömrük postundan keçməklə Qax rayonu Qaxbaş kəndi ünvannıda yerləşən "xxxx" MMC-nin (VÖEN-**********) ünvanına 34TJ3445/20AJZ48 qeydiyyat nişanlı yük vasitəsilə idxl olunmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada tərtib olunan **********4421 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44cü qrafasında gətirilən yükə aid olmayan E21-00010 nömrəli invoys qeyd olunmuş, bununla da mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən malların gətirilməsi barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmiş, qısa idxal bəyannaməsinin 14-cü (bəyannaməçi və ya təmsilçi) və 50-ci (məlumatları təsdiq edən) qrafalarında Şəxs MMC-nin adı qeyd edilmiş, həmçininin xx.xx.2023-cü il tarixində Balakən Gömrük İdarəsinin «Mazımqara» gömrük postundan keçməklə Qax rayonu Qaxbaş kəndi ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN-**********) ünvanına 14KM460/14AAF461 qeydiyyat nişanlı yük vasitəsilə idxal olunmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada tərtib olunan **********4427 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44-cü qrafasında gətirilən yükə aid olmayan E23-00024 nömrəli invoys qeyd edilmiş, bununla da mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən malların gətirilməsi barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmiş, qısa idxal bəyannaməsinin 14-cü (bəyannaməçi və ya təmsilçi) və 50-ci (məlumatları təsdiq edən) qrafalarında Şəxs MMC-nin adı qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini,hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.3 və 34.4-cü maddələri tətbiq edilməklə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.2, 34.3 və 34.4-cü maddələri tətbiq edilməklə 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar