Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-326/2023 31.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Şəxs barəsində Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i m: Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul olunmuş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə qəbul olunmuş 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər onu qəbul etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 398, 402, 406-409, 411, 411-1, 412, 413, 415,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarından görünür ki, 23 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarda Şəxs 7 iyun 2022-ci il tarixdən 17 iyul 2023-cü il tarixədək “Elit” kafesini işlədərkən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində əldə etdiyi gəlirin məbləği göstərilməmiş və bu barədə hər hansı sənəd qərara əlavə olunmamışdır. Hazırki inzibati xəta haqqında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində əldə edilmiş gəlirin məbləği inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarda dəqiq göstərilməsi və bununla bağlı müvafiq sənədin qərara əlavə olunması inzibati xəta haqqında işə düzgün baxılması və qanuni və ədalətli qərarın verilməsi üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə tənbehi nəzərdə tutulmuşdur. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləği müəyyən edilmədən İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsiri müəyyən edildiyi halında şəxs haqqında hansı məbləğdə ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək məbləğdə cərimə tənbehinin tətbiq edilməsi və ya şəxsin hansı vurulmuş ziyanı tamamilə ödəməsi və ya inzibati xəta nəticəsində əldə edilmiş hansı məbləğdə gəliri tamamilə dövlət büdcəsinə köçürməsi halında inzibati məsuliytədən azad edilməsi barədə qərarın qəbul edilməsi mümkün olmayacaqdır. Göründüyü kimi, Şəxs barəsində Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəmə iclasında tamamlana bilməyəcək dərəcədə natamamdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir; inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X1 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Balakən rayon prokuroru, baş ədliyyə müşaviri X1 geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-326/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-326/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver