Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-327/2022 06.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 barəsində olan İXP ******* №-li protokoldan və 25 avqust 2022-ci il tarixli TP5234897 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan İXP ******* №-li protokolun və 25 avqust 2022-ci il tarixli TP5234897 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Balakən rayonu Poçtbinə kəndində şəxsi istifadəsində olan 08BK026 dövlət qeydiyyat nişanlı, VAZ 21093 minik markalı avtomobili idarə edərkən Balakən RPŞ DYPB-nin yol patrul xidməti tərəfindən saxlanılmışdır. Həmin vaxt Balakən RPŞ DYPB-nin yol patrul xidmətinin polis serjantı Temur Ağcayev ona yaxınlaşaraq, içkili olduğu şübhəsilə alkotestrdən keçməli olduğunu bildirmişdir. Həmin vaxt o, buna etiraz etməmiş və testdən keçmişdir. Alkotestr testi zamanı onun sərxoş olduğu bildirilmişdir. O, bununla razlaşmamış və həkim müayinəsi tələb etmişdir. Həmin vaxt onun maşınında sərnişinlər olmuşlar, onlar onun sərxoş olmadığı barədə faktı məhkəmə iclasında təsdiq edəcəklər. Çünki o, həmin günlərdə heç bir alkoqollu vasitə qəbul etməmişdir. Polis əməkdaşları ilə birlikdə Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada həmin alkotestrın işləmədiyini bildirmişlər. O, qandan analiz götürülməsini tələb etmişdir. Lakin bu da təmin edilməmişdir. Bundan sonra o, 102 qaynar xətt xidmətinə və Balakən Rayon Prokurorluğuna müraciət etmişdir. Lakin bunların heç bir nəticəsi olmamış, ona növbəti gün-12 avqust 2022-ci il tarixdə saat 11:14-də protokol tətbiq edilmişdir. Halbuki hadisə 11 avqust 2022-ci il tarixdə olmuşdur. 25 avqust 2022-ci il tarixdə həmin protokol barədə qərar verilmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində göstərilən xətaları törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, ona tərtib olunan protokol və qərar tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3cü maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Lakin ona heç bir protokol verilməmişdir. Eyni zamanda, polis əməkdaşı alkotestr cavabını həkimə vermiş, həkim onun əsasında rəy yazmışdır. Bu isə qanunun tələblərinin pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan İXP4817289 nömrəli protokolun və TP5234897 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 16 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Balakən RPŞ DYPB-nin yol patrul xidməti İnspektoru, polis serjantı X17 şikayətə etiraz edərək, göstərdi ki, şikayət əsassızdır. Belə ki, X12 barəsində düzgün olaraq xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin vaxt X12 işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş, həmçinin avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. X12 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunidir. Belə ki, X4 vaxt işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuşdur. Həmçinin istər alkotestr müayinəsi zamanı, istərsə də Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılan həkim-narkoloqun tibbi müayinəsi zamanı X6 0,432 promili alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Bu da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsilə təqsirli bilinərək, 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməsi üçün əsas verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi həmin Məcəllənin 329.3-cü maddəsindən daha ciddidir. Həmin 333.1-ci maddənin sanksiyasında da 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Şikayət əsassızdır, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilən Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X15 məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə hazırki şikayətə qərarı barəsində şikayət verilən Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, o, Balakən Rayon Mərkəzi X11 Şöbəsində işləyir. Xəstəxanada həkim-narkoloq vəzifəsini icra edən həkim tərəfindən sərxoş olan şəxslərin tibbi müayinəsi aparılır, o isə həmin müayinənin nəticələrini qeydiyyat jurnalında qeyd edir. 12 avqust 2022-ci il tarixdə Balakən Rayon Mərkəzi X1 həkim-narkoloq vəzifəsini icra edən həkim tərəfindən sərxoşluqla bağlı tibbi müayinədən keçirilmiş və həmin vaxt X6 0,432 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Bu fakt da sərxoşluq vəziyyətinin qeydiyyatı jurnalında qeyd olunmuşdur. İşdə olan Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X14 tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında potokoldan görünür ki, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşdə olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli 182 nömrəli protokoldan görünür ki, X5 idarə etdiyi VAZ 2109 minik markalı 08BK026 qeydiyyat nömrəli avtomaşın xx.xx.2022-ci il tarixdə avtonəqliyyat vasitəsinin saxlanma duracağına yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İşdə olan Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 xx.xx.2022-ci il tarixli TP5234897 nömrəli elektron qərarından görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş alkotestr məlumatından və xx.xx.2022-ci il tarixli, 182 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı X6 0,432 promili alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Mərkəzi Xəstəxanasının sərxoşluq vəziyyətinin qeydiyyatı jurnalından görünür ki, müayinə zamanı X6 0,432 promili alkoqol sərxoşluğunun müəyyən edilməsi həmin jurnalda qeyd edilmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və digər qanunvericilik aktlarında inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunda inzibati xəta haqqında protokol şikayətin və bu şikayət qaydasında ona baxılmasının predmeti kimi müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə qərar deyildir. İnzibati xəta haqqında protokol şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraatın başlanması üçün bir hüquqi aktdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qanunda inzibati xəta haqqında işə baxılarkən çıxarılmış qərarlardan, o cümlədən inzibati tənbeh vermə qərardan şikayət və ya protest vermək hüququ nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən hansı qərarların qəbul edilməsi göstərilmişdir. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi və inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən baxılması nəzərdə tutulmuşdur. Qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət və ya protestin verilməsi və inzibati xəta haqqında protokoldan şikayət və ya protestə baxılaraq müvafiq qərarın qəbul edilməsi təsbit edilməmişdir. Hazırki şikayət ərizəsindən görünür ki, X12 barəsində olan 25 avqust 2022-ci il tarixli TP5234897 saylı inzibati tənbeh vermə haqqında qərar ilə yanaşı, Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X17 tərəfindən tərtib olunmuş İXP ******* №-li inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş edir. Qanunvericilikdə isə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 haqqında tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət vermək və həmin protokolun ləğv olunmasını tələb etmək hüququ və belə şikayətə baxılması proseduru nəzərdə tutulmamışdır. Belə ki, İXP ******* №-li inzibati xəta haqqında protokol İsa Xurtunov barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olmuş, sonra həmin protokol əsasında onun haqqında 25 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İsa Xurtunov da həmin 25 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Ona görə də X5 barəsində İXP ******* №-li inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayəti heç bir faktoloji və hüquqi əsaslara malik olmamaqla əsassızdır. X5 barəsində olan 25 avqust 2022-ci il tarixli TP5234897 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə gəldikdə isə hesab edirəm ki, bu hissədə də şikayət əsassızdır və həmin 25 avqust 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 12 avqust 2022-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolda X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, 25 avqust 2022-ci il tarixli TP5234897 saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinin tələbləri qaydasında daha ciddi xəta sayılan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində inzibati tənbeh kimi otuz manat məbləğində cərimə, həmin Məcəllənin 333.1-ci maddəsində isə dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddir. Belə olan halda qanunvericilik bir neçə inzibati xətala dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halında şəxsin daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqnıda» 15 fevral 2016-cı il tarixli 795 №-li Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən baxılması müəyyən edilmişdir. Belə olan halda Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X15 tərəfindən bu xətalar haqqında işə baxılması və 25 avqust 2022-ci il tarixli TP5234897 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X12 haqqında daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə tənbehinin tətbiq olunması qanunun tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X2 vaxtda avtomaşını idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı və alkoqol sərxoşluğunda olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdəki sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İşdəki sübutlardan görünür ki, X12 qeyd olunan tarixdə Balakən rayonu Poçtbinə kəndində şəxsi istifadəsində olan 08BK026 dövlət qeydiyyat nişanlı, VAZ 21093 minik markalı avtomobilini idarə edərkən Balakən RPŞ DYPB-nin yol patrul xidməti tərəfindən saxlanılmış, alkotestdən keçirilmiş və alkotestr müayinəsi zamanı onda 0,432 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmçinin bu alkotestr cihazının məlumatı ilə razılaşmayan X12 həkim narkoloqun müayinəsindən keçirilməsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanaına aparılmış və tibbi müayinədən sonra onda 0,432 promili alkoqol sərxoşluğu müəyyən edilərək, bu barədə xx.xx.2022-ci il tarixli, 182 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, 182 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə X6 0,432 promili alkoqol sərxoşluğunun olması təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə və həkim müayinəsi ilə X6 alkoqolun konsentrasiyasının 0,3 promilindən artıq olması (0,432 promili) müəyyən edildiyi üçün onun həmin vaxt avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi faktoloji hal olaraq müəyyən olunmuşdur. Ona görə də X12 haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, daha ciddi xəta sayılan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X4 vaxtda işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaması və alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməməsi və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə əsassız olaraq 400 manat məbləğində cərimə olunması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. X3 göstərilən vaxt alkoqol sərxoşluğu vəziyyətində olmamasını şahidlərin təsdiq etməsi barədə bildirdikləri də məhkəmə tərəfindən qəbul olunmur. Belə ki, qanunvericiliyin tələbinə əsasən (İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsi) şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması xüsusi texniki cihazın göstəricilərinə əsasən və ya həkim müayinəsi ilə müəyyən olunur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əsasən şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması alkotestrdən keçmə yolu və ya həkim-narkoloqun tibbi müayinəsinin nəticələri ilə müəyyən edilir. İşdə olan alkotestr məlumatı və həkim-narkoloqun tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 182 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə X5 həmin vaxt avtomaşını idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Hər hansı şahid izahatı isə şəxsin alkoqol sərxoşluğu vəziyyətində olmasını müəyyən edən xüsusi texniki cihazın göstəricisi və bu hal üzrə həkim-narkoloqun tibbi müayinə nəticəsi deyildir. Ona görə onda həmin vaxt alkoqol sərxoşluğunun olmamasının şahidlər tərəfindən təsdiq edilməsi barədə X5 bildirdikləri tamamilə əsassızdır və hazırki 25 avqust 2022-ci il tarixli inzibati xəta haqında qərarın ləğvi üçün faktoloji hal və hüquqi əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X9 X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsinin faktoloji və hüquqi baxımdan əsaslı olması tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X5 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Polis X22 Polisi Bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X9 X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli TP5234897 nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 şikayəti təmin edilməsin. Balakən Rayon Polis X22 Polisi Bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X9 X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli TP5234897 nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-327/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-327/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver