Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-329/2020 15.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, protest vermiş Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi X11 iştirakı ilə Balakən rayon prokuroru, ədliyyə müşaviri X12 Balakən RPŞ-nin rəisi, polis polkovnik- leytenantı X21 xx xxxxxxxx 2020-ci il tarixli, MN-0178870 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi protestə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokuroru, ədliyyə müşaviri X5 RPŞ-nin rəisi, polis polkovnikleytenantı X21 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Balakən rayon prokuroru, ədliyyə müşaviri X28 protestini onunla əsaslandırmışdır ki, X7 xx.xx.2020-ci il tarixdə Balakən rayon prokurorluğuna şikayəti daxil olmuşdur. İsfəndiyar Qurbanov şikayətində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qızı X6 işlətdiyi mağazada rəfiqəsi ilə birlikdə olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs mağazaya daxil olub, qızının və rəfiqəsinin çay içərkən mobil telefon vasitəsilə şəkillərini çəkmiş, 8 sentyabrda mağazada foto çəkiliş aparılsa da, 2 nəfər polis işçisi xx.xx.2020- ci il tarixdə mağazaya gəlib, hər biri 100 manat olmaqla cərimə protokollarına qol çəkmələrini tələb etmiş, mülki geyimdə olan 2 nəfər şəxsin bu günə qədər polis əməkdaşları olub-olmalarını bilməmiş və bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, 2019- cu ilin dekabr ayından Balakən şəhəri H.Əliyev prospektində yerləşən ‘'Tarz” qadın geyim mağazasını işlədir. Onun rəfiqəsi arada gəlib ona köməklik edir. 2020-ci ilin sentyabr ayının 8-də, saat 17 radələrində mağazada olarkən rəfiqəsiylə birlikdə çay içmək istəmişlər. Onun maskası əlində, rəfıqəninmaskası isə ağzında olmuşdur. Birdən 2 nəfər mülki geyimdə olan şəxs mağazaya daxil olmuş və telefonu yuxarıya qaldırıb, «çəkdik, çəkdik» demişlər. O, həmin şəxslərdən kim olduqlarını soruşduqda, onlar polis işçiləri olduqlarını bildirmişlər. Onlardan vəsiqələrini təqdim etmələrini tələbetsədə, onlar vəsiqələrini təqdim etməmişlər. Onlara polis işçisidirlərsə, nəyəgörə vəsiqələrini təqdim etmədiklərini, bəlkə oğru olduqlarını bildirmişdir. Onlar axşam rəisin qabağına bu şəkilləri qoyacaqlarını, rəisin adamları olduqlarını və onu çağırıb, 3000-5000 alacaqlarını demişlər. Onlar daha sonra ondan telefon nömrəsini verməsini istədikdə, ərinin olduğunu və ərinin telefon nömrəsini deyib, onlara versə də, onlar bunu götürməmişlər. Ərinə zəng edib, telefonu onlara vermişdir ki, danışsınlar, amma onlar telefonu götürüb, danışmamışlar. Həmin vaxt ona heç bir polis əməkdaşı tərəfindən cərimə yazılmamış, o da tez atası İsfəndiyar Qurbanovu yığıb, mağazaya gəlməsinixahişetmiş, atası gələndə onlar artıq getmişlər. Bu hadisə ona çox pis təsir etmiş və 2 gün özünə gələ bilməmişdir. Çünki əgər o, qanunu pozmuşsa, cəriməni yazsınlar. Lakin onlar onunla çox kobud rəftar etmişlər. Ona görə də atası 2020-ci ilin sentyabr ayının 11-də müvafiq dövlət orqanlarına müraciət etmişdir ki, 2 nəfər mülki geyimdə olan və özünün polis olduğunu deyən şəxslər onun işlətdiyi mağazaya daxil olub, onun və rəfiqəsinin şəklini çəkib ona rəisin adamı olduqlarını və axşam şöbəyə çağırıb 3000-5000 alanda ağlının başına gələcəyini bildirmişlər. Onlardan adını soruşduqda biri Hüseyn olduğunu demiş, digəri adını deməmişdir. Onlar onu şantaj etmişlər ki, şəkilləri aparıb rəisin qabağına qoyacaqlar. xx.xx.2020- ci il tarixədək onun barəsində və rəfiqəsi barədə heç bir cərimə yazılmamışdır. Amma xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində şöbənin adlarını bilmədiyi polis əməkdaşları işlətdiyi mağazaya gəlmiş, o, körpə uşağı olduğuna görə evə getmiş və rəfiqəsi mağazada dayanmışdır. Onlar rəfiqəsinə protokol yazmaq istədiklərini və onun harada olduğunu soruşduqda, rəfiqəsi ona zəng edib, bunları demişdir. O da bildirmişdir ki, nəyə görə cərimə yazılır, əgər protokol tərtib edilsə, o, imzalamayacaq, çünki ona nəyəgörə protokol yazılmalıdır, yazsalar, o da imzalamasın. Rəfiqəsi onlara onun dediyini söyləmişdir. Onlar problem yoxdu deyib, telefon nömrələrini mağazada qoyub getmişlər. Daha sonra o, atasını yığıb bunları demiş, atası həmin nömrəyə zəng etmişdir. Telefona cavab verən şəxs özünün Elnur olduğunu demiş, atası ondannəpozuntuolduğunusoruşmuş, Elnur dacavabında atasına demişdir ki, sentyabr ayının 8-də olan hadisədir. Atası da demişdir ki, niyə həmin vaxtı cərimə yazılmamışdır və qanunda varmı ki, 10 gün sonra cərimə yazılmalıdı. Elnur da cavabındabildirmişdirki, yox, belə bir şey yoxdur. Atası da Elnura demişdir ki, rayon prokuroruna gedib bunu bildirəcəkdir, nə üçün özünü təqdim etməyən 2 nəfər şəxs qızının işlətdiyi mağazaya daxil olur, özünü təqdim etmədən onu qorxudur. Xahişi ondan ibarətdir ki, bu məsələ aydınlaşdırılsın. Çünki əgər sentyabr ayının 8-də qızına cərimə yazılmalıydısa, nəyəgörə yazılmayıb və 10 gün sonra yazılıb. Araşdırma müddətində X18 qızı X4 izahatına uyğun oxşar məzmunlu məlumatları izahatında təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış Balakən RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyən X29 bildirmişdir ki, koronavirusla mübarizə aparmaq üçün rayonun ərazisində reydlər keçirmişlər. xx.xx.2020ci il tarixdə xidmətdə olduğu zaman təxminən saat 18 radələrində şöbənin təchizatının sürücüsü, polis nəfəri, polis serjantı Sənan Əliyevlə birlikdə Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Tarz” qadın geyim mağazasına daxil olmuşlar. Mülki formada xidmət etmişlər. Mağazaya daxil olduqda orada 2 nəfər qadının maskasız olduğunu görmüş və həmin qadınlardan biri sonradan maskasını tez taxmışdır. Maskasız olan qadının adı Yeganə İbrahimova, digərinin adı Madina İbrahimova olmuşdur. X24 nə üçün maskasız olduğunu soruşduqda, Yeganə İbrahimova demişdir ki, allergiyası olduğuna görə taxmamış və onlara narazılığını bildirmişdir. Mağazadan çıxıb rəhbərliyə məruzə etmiş, sonradan hadisə baş verməsi barədə məlumat daxil olduğundan, onlar hadisə yerinə getmişlər. Mağazaya daxil olduqda mülki formada olmuşlar. Həmin mağazaya daxil olmaqda məqsədi koronavirus pandemiyasına qarşı mübarizə aparmaq olmuşdur. X4 göstərdikləri yalandır. Yeganə İbrahimova onlardan vəsiqə təqdim etmələrini istəməmiş, onlar özlərinin polis əməkdaşı olduğunu demiş, amma xidməti vəsiqələrini təqdim etməmişlər. Yeganə İbrahimovaya axşam rəisin qabağına bu şəkilləri qoyacaqlarını, rəisin adamları olduqlarını və Yeganə İbrahimovam çağırıb ondan 3000-5000 manat alacaqlarını deməmişlər. Çünki maska taxmamağa görə cərimə inzibati qanunvericiliyə görə 200 manatdır. X3 onun barəsində inzibati protokol tərtib olunacağı üçün telefon nömrəsini istəsələr də, sonuncu telefon nömrəsini verməmiş, ərinə zəng etdiyini deyib telefonu onlara versə də, telefonu götürməyib, bildirmişlər ki, onların telefonla danışmağa icazələri yoxdur. Həmin vaxt rəhbərliyə məlumat verilsə də, hadisə baş verdiyindən hadisə yerinə getmişlər. Onlar həmin qadınla kobud rəftar etməmişlər. Onlar həmin şəkli İTB-nin əməkdaşına göndərmişlər ki, onun barəsində inzibati protokol tərtib edilsin. X4 izahatında qeyd etdiyi xx.xx.2020-ci il tarixdə baş verən xüsusatlarla bağlı məlumatı yoxdur. Raportu xx.xx.2020-ci il tarixdə yox, xx.xx.2020-ci il tarixdə yazmış, xx.xx.2020-ci il tarixdə yenidən reyd keçirdikləri üçün ‘'Moda dünyası” dərzi mağazasında tibbi qoruyucu maskadan istifadə edilmədiyini aşkar edib, həmin tarixdə də raportu yazmışdır. Raportun xx.xx.2020ci il tarixdə qeydiyyata alınması barədə heç nə deyə bilmir. Video çəkiliş aparmaqda məqsədi vətəndaş etiraz bildirdikdə, ona təqdim etmək olmuşdur. Araşdırma müddətində izahatı alınmış Balakən RPŞ-nin təminat hissəsi polis nəfəri-sürücü, polis serjantı vəzifəsində işləyən Əliyev Sənan Rövşən oğlu X13 izahatında göstərdiyi bəzi xüsusatları təsdiq etməyərək bildirmişdir ki, Yeganə İbrahimovadan nəyəgörə maskasız olduğunu soruşduqda, Yeganə İbrahimova onlara çay içdiyini, ona görə maska taxmadığını demiş, hətta səhv etmirsə, Yeganə İbrahimovanın qarşısında çay stəkanı da olmuşdur. X8rdan vəsiqə təqdim etmələrini və baxmağını istədikdə, onlar Yeganə İbrahimovaya onun baxmaq səlahiyyətinin olmadığını demişlər. Hüseyn Hüseynovun video çəkiliş aparmaqda məqsədi sübut olması üçün olmuşdur. Araşdırma müddətində Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı vəzifəsində işləyən X9 izahat verərək, bildirmişdir ki, koronavirusla mübarizə aparmaq üçün rayonun ərazisində reydlər keçirirmişlər. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Balakən RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Hüseyn Hüseynov və şöbənin təchizat sürücüsü, polis nəfəri, polis serjantı Sənan Əliyevlə birlikdə xidmətdə olduqları zaman Balakən şəhəri, H.Əliyev prospektində yerləşən "Tarz'' qadın geyim mağazasına daxil olmuşlar. Onlar mülki formada xidmət etmişlər. Mağazaya daxil olduqda orada 2 nəfər qadının olduğunu və mağazanı işlədən Yeganə İbrahimovanın maskasız olduğunu görmüşlər. Çünki ona təqdim edilən raportda yalnız Yeganə İbrahimovanın adı qeyd edilmişdi. Onlar ondan nə üçün maskasız olduğunu soruşduqda, Yeganə İbrahimova mağazada müştəri olmadığına görə maskadan istifadə etmədiyini demişdir. Hüseyn Hüseynov xx.xx.2020-ci il tarixdə raportla Balakən RPŞ-nin rəisinə həmin hadisəni məruzə etmiş, xx.xx.2020-ci il tarixdə raport qeydiyyatdan keçmiş və xx.xx.2020-ci il tarixdə o, kitaba qol çəkərək, raportu təhvil almışdır. O, xx.xx.2020-ci il tarixdə isə inzibati cərimə protokolunu tərtib etmiş və həmin gün də Yeganə İbrahimovanın Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə olunması barədə Balakən RPŞ-nin rəisi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hüseyn Hüseynov və Sənan Əliyev mağazaya daxil olduqda hansı formada olmalarını bilməmiş, yəqin ki, onlar oradan keçdikdə qadının maskasız olduğunu görüb, həmin mağazaya daxil olmuşlar. Onların özlərini Yeganə İbrahimova xidməti vəsiqə göstərməklə təqdim etmələri barədə məlumatı yoxdur. Amma əgər polis əməkdaşı mülki formadadırsa, polis haqqında qanuna əsasən xidməti vəsiqəsini təqdim etməklə özünü təqdim etməlidir. Yeganə İbrahimova və adları çəkilən polis əməkdaşları arasında baş verən danışıqlar barədə məlumatı olmamışdır. X2 onun barəsində inzibati protokol tərtib olunacağı üçün telefon nömrəsini istəmiş, amma sonuncu telefon nömrəsini verməmiş və onlara ərinin telefon nömrəsini versə də, onlar götürməmişlər. Çünki inzibati protokol onların barəsində tərtib olunacağı üçün Yeganə İbrahimovadan onun nömrəsini istəmişlər. Yeganə İbrahimovanın ərinə zəng edib telefonu onlara verməsi, onların Yeganə İbrahimova ilə kobud rəftar etməsi barədə məlumatı olmamışdır. Raport ona təqdim edildikdə onun arxasında şəkil olmuşdur. Sahə rəisi Elnur Göylərovla oraya xx.xx.2020-ci il tarixdə yox, xx.xx.2020-ci il tarixdə getmiş, mağazada olan adını bilmədiyi bir nəfər qadın Yeganə İbrahimovanın orada olmadığını demişdir. Həmin qadına bildirmişlərki, Yeganə İbrahimova barəsində inzibati protokol tərtib olunacaqdır. Həmin qadın Yeganə İbrahimovaya zəng etməmiş və Elnur Göylərova məxsus mobil telefon nömrəsini (***-***-**-**) orada qoyub çıxmışlar. X35 Göylərova zəng edib, nə məsələ olduğunu soruşduqda, Elnur ona demişdir ki, onun barəsində inzibati cərimə protokolu tərtib olunacaqdır. Lakin X35a protokol tərtib olunsa, imzalamayacağını, protokolla tanış olmayacağını bildirmişdir. Daha sonra Yeganə İbrahimovanın atası da Elnura zəng edərək, nə məsələ olduğunu soruşmuşdur. Elnur Göylərov və Yeganə İbrahimovanın atası arasında baş verən danışıqlardan isə xəbəri yoxdur. Hüseyn X1 xx.xx.2020-ci il tarixdə tibbi qoruyucu maskadan istifadə etməməsi barədə tərtib olunan raportun nə üçün xx.xx.2020-ci il tarixdə yox, 6 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə daxil olması barədə suala cavab olaraq heç nə deyə bilmir. Hüseyn Hüseynovun video çəkiliş aparmaqda məqsədi vətəndaşın maskasız olduğunu sübut etmək olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb Balakən RPŞ-nin əməkdaşı Hüseyn Hüseynovun tərtib etdiyi raport və şəkil olmuş, raportu xx.xx.2020-ci il tarixdə təhvil almışdır. Yeganə İbrahimova barəsində MN ******* saylı inzibati xəta haqqında protokolu xx.xx.2020-ci il tarixdə tərtib etmişdir. Yeganə İbrahimovaya hüquq və vəzifələri izah olunmamış, çünki sonuncu özü iştirak etməmişdir. Yeganə İbrahimova həmin protokolun surətini almaqdan imtina etmiş və bu barədə protokolda qeyd etmişdir. Araşdırma müddətində izahatı alınmış Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı vəzifəsində işləyən Göylərov X38 Tarıverdiyevin izahatında göstərdiyi bəzi xüsusatları təsdiq etməyərək, bildirmişdir ki, mağazaya öz maşınıyla Həmidlə birlikdə xx.xx.2020-ci il tarixdə yox, xx.xx.2020-ci il tarixdə getmişlər. Həmid ondan xahiş etmişdir ki, onu oraya aparsın. Mağazada adını bilmədiyi bir nəfər qadın Yeganə İbrahimovanın orada olmadığını demişdir. Onlar həmin qadına demişlər ki, Yeganə İbrahimova barəsində inzibati protokol tərtib olunmuş, Həmidin telefonunun zaryadkası qurtardığı üçiin özünə məxsus mobil telefon nömrəsini orada qoymuşdur ki, onlar ona zəng edəndə «Yeganə İbrahimovanın barəsində artıq protokol yazılıb, onun protokolu imzalaması lazımdır» desin. Onlar protokol yazılacaq deməmişlər. Yeganə İbrahimova ona zəng etməmişdir. Daha sonra onun atası da ona zəng edərək, nə məsələ olduğunu soruşmuş və şöbənin qarşısına gəlmiş, o, onun atasına izah etmişdir ki, onun qızı barəsində artıq protokol tərtib edilmiş, lakin onlar ora protokol tərtib etmək üçün yox, protokola qol çəkilməsi üçün getmişlər. Atası prokorurluğa gedib Hüseyn və Sənandan şikayət edəcəyini bildirmişdir. X16 İbrahimova barəsində MN ******* saylı inzibati xəta haqqında protokolu hansı tarixdə tərtib etməsi, Yeganə İbrahimovaya onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməsi və MN ******* saylı inzibati xəta haqqında protokolu Yeganə İbrahimovaya təqdim etməsi barədə məlumatı yoxdur. İşdə olan Balakən RPŞ-yə xx.xx.2020-ci il tarixdə daxil olmuş Hliseyn Hüseynov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olduğu zaman saat 18 radələrində Balakən şəhəri, H.Əliyev prosoektində yerləşən “Tarz” geyim mağazasında işləyən X4 və xx.xx.2020-ci il tarixdə Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Moda Dünyası” dərzi yerində işləyən X19 tibbi qoruyucudan istifadə etməyərək, fəaliyyət göstərməsi müəyyən edilmişdir. Həmin raportda tarix olmadığı üçün nə vaxt tərtib edildiyi müəyyən olunmamışdır. İşdə olan MN ******* saylı inzibati xəta haqqında protokolda X4 xx.xx.2020-ci il tarixdə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 109-21362-1220 saylı məktubdan görünür ki, X6 “Tarz” geyim mağazasında xüsusi karantin qaydalarını pozaraq tibbi qoruyucu maskadan istifadə etmədiyinə görə xx.xx.2020-ci il tarixdə barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, 100 manat cərimə edilmişdir. İş materiallarından görünür ki, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X32 tərəfindən X4 xx.xx.2020-ci il tarixdə işlətdiyi “Tarz” geyim mağazasında tibbi maskadan istifadə etməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarından həmçinin görünür ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, eyni zamanda, adları çəkilən polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Balakən RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Hüseyn Hüseynov və şöbənin təminat hissəsinin sürücüsü-polis nəfəri, polis serjantı Sənan Əliyev mülki formada mağazaya daxil olmuşlar. Onlar polis əməkdaşları olduqlarını desələr və vətəndaş Yeganə İbrahimova onlardan xidməti vəsiqə təqdim etmələrini tələb etsə də, onlar "Polis haqqında" Azərbaycan Rekspublikası Qanununun 13.3-cli bəndinin tələblərini kobud surətdə pozaraq, Yeganə İbrahimovaya müraciət edərkən adını, soyadını, rütbəsini bildirməklə və xidməti vəsiqəsini göstərməklə özlərini təqdim etməli halda, təqdim etməmişlər. Bundan başqa toplanmış materialdan göründüyü kimi, Yeganə İbrahimova çay içdiyi üçün maskasız olmuşdur. AzərbaycanRespublikası Konstitusiyasının 63-cli maddəsinə görə ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Belə ki, X37 haqqında qanunun tələblərinə əməl etməyərək, özünü təqdim etmədən Yeganə İbrahimovanın şəklini çəkməsi və orada video çəkiliş aparması Konstitusiyanın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) tələblərinin pozulmasına gətirib çıxarmışdır. Hüseyn Hüseynov raportla Balakən RPŞ-nin rəisinə müraciət etsə də, xx.xx.2020-ci il tarixdə inzibati hüquq pozuntusu müəyyən etməsinə baxmayaraq sonuncu tərəfindən tərtib edilmiş raport 6 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə daxil olmuş və icra olunması həmin tarixdə sahə rəisi Həmid Tanrıverdiyevə həvalə edilmişdir. Həmid Tanrıverdiyev izahatında sahə rəisi Elnur Göylərovla birlikdə xx.xx.2020-ci il tarixdə həmin mağazaya gedərək, orada olan Madina X10 barədə protokol yazılacağını göstərmişdir. Halbuki toplanmış materiallardan göründüyü kimi, Həmid Tanrıverdiyev sahə rəisi Elnur Göylərovla birlikdə protokolu tərtib etdiyi xx.xx.2020-ci il tarixdən 1 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə həmin mağazaya getmiş, İXM-nin 100 və 101-ci maddələrinin tələbləri kobud surətdə pozmaqla raport xx.xx.2020-ci il tarixdə icra olunması üçün Həmid Tanrıverdiyə həvalə edilsə də, sonuncu inzibati xəta haqqında protokolu inzibati xətanın törədilməsi faktını aşkar etdikdən dərhal sonra yox, xx.xx.2020-ci il tarixdə tərtib etmiş, Yeganə İbrahimovanın iştirakı olmadan onun barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilməmiş, protokolun surəti Yeganə İbrahimovaya təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən protokolun surəti Yeganə İbrahimovaya təqdim edilməli olduğu halda, protokol tərtib edildikdən 2 gün sonra sonuncunun ünvanına onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 100 maant cərimə olunması barədə məktub göndərilmiş, eləcə də, protokol tərtib edildikdən 1 gün sonra protokolu imzalaması üçün Yeganə İbrahimvanın işlədiyi mağazaya getmişdir. Qeyd olunan xüsusat Yeganə İbrahimovanın İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olur ki, bununla da, Yeganə İbrahimova barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında iştirak etməli olduğu halda iştirak edə bilməmişdir. X17 X10 barəsində protokol tərtib olunacağını deməsi və Yeganə İbrahimovanın protokolun niyə tərtib olunduğunu, tərtib olunduğu təqdirdə protokolu imzalamayacağını bildirməsi artıq onun barəsində tərtib edilmiş protokolun onun iştirakı olmadan tərtib edilməsində və onun barəsində inzibati tənbeh vermə haqqında qərarın baxılmasında onun imtina etməsi kimi qiymətləndirilə bilməz. Çünki inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, X30 Göylərovla birlikdə həmin mağazaya xx.xx.2020ci il tarixdə gedərək, Yeganə İbrahimova barəsində protokol tərtib edildiyini bildirmişdir. Yeganə İbrahimovanın iştirakı olmadan işə o halda baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda sonuncu iştirak etməsin. Bununla yanaşı, Yeganə İbrahimovanın iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqınd qərar qəbul edilmiş və həmin qərar sonuncuya 2 gün müddətində təqdim edilməmişdir. Qeyd olunanlarla bərabər, İXM-nin 8.3-cii maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Yeganə İbrahimovanın əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən sübutlar Azərbaycan Respublikası Konstitusiyası və Polis haqqında qanunun tələblərinə zidd olaraq toplanılmaqla və Yeganə İbrahimovanın konstitusion hüquq və azadlıqları məhdudlaşdırılmaqla onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X21 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi X22 protesti müdafiə edərək, ona uyğun izahat verərək, protestin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən protestin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 iştirakı olmadan hazırki protestə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə protest verən şəxsin nümayəndəsini dinləyib, protestin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, protest əsaslı olduğundan təmin edilməlidir. Hal-hazırda prokuror tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərarla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı X21 xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X32 tərəfindən X4 oğlunun Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati xəta haqqında iş üzrə icraat zamanı X4 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin kifayət qədər sübuta yetirilməməsi nəzərə alınmamış, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Balakən RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Hüseyn Hüseynov və şöbənin təminat hissəsinin sürücüsü-polis nəfəri, polis serjantı Sənan Əliyev mülki formada mağazaya daxil olmuş, onlar polis əməkdaşları olduqlarını desələr və vətəndaş Yeganə İbrahimova onlardan xidməti vəsiqə təqdim etmələrini tələb etsə də, onlar "Polis haqqında» Azərbaycan Rekspublikası Qanununun 13.3-cli bəndinin tələblərini kobud surətdə pozaraq, Yeganə İbrahimovaya müraciət edərkən adını, soyadını, rütbəsini bildirməklə və xidməti vəsiqəsini göstərməklə özlərini təqdim etməli halda, təqdim etməmişlər. Bundan başqa toplanmış materialdan göründüyü kimi, Yeganə İbrahimova çay içdiyi üçün maskasız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cli maddəsinə görə ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Lakin polis əməkdaşı X42 haqqında qanunun tələblərinə əməl etməyərək, özünü təqdim etmədən Yeganə İbrahimovanın şəklini çəkmiş və orada video çəkiliş aparmış, bununla da Konstitusiyanın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) tələblərini pozmuşdur. X31 raportla Balakən RPŞ-nin rəisinə raportla müraciət etsə də, xx.xx.2020-ci il tarixdə inzibati hüquq pozuntusu müəyyən etməsinə baxmayaraq, tərtib edilmiş raport 6 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-yə daxil olmuş və icra olunması həmin tarixdə sahə rəisi Həmid Tanrıverdiyevə həvalə edilmişdir. Həmid Tanrıverdiyev izahatında sahə rəisi Elnur Göylərovla birlikdə xx.xx.2020-ci il tarixdə həmin mağazaya gedərək, orada olan Madina X10 barədə protokol yazılacağını göstərmişdir, halbuki toplanmış materiallardan göründüyü kimi, Həmid Tanrıverdiyev sahə rəisi Elnur Göylərovla birlikdə protokolu tərtib etdiyi xx.xx.2020-ci il tarixdən 1 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə həmin mağazaya getmiş, İXM-nin 100 və 101-ci maddələrinin tələbləri kobud surətdə pozmaqla raport xx.xx.2020-ci il tarixdə icra olunması üçün Həmid Tanrıverdiyə həvalə edilsə də, o, inzibati xəta haqqında protokolu inzibati xətanın törədilməsi faktını aşkar etdikdən dərhal sonra yox, xx.xx.2020-ci il tarixdə tərtib etmiş, Yeganə İbrahimovanın iştirakı olmadan onun barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilməmiş, protokolun surəti Yeganə İbrahimovaya təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən protokolun surəti Yeganə İbrahimovaya təqdim edilməli olduğu halda, protokol tərtib edildikdən 2 gün sonra onun ünvanına onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 100 maant cərimə olunması barədə məktub göndərilmiş, eləcə də, protokol tərtib edildikdən 1 gün sonra protokolu imzalaması üçün Yeganə İbrahimvanın işlədiyi mağazaya getmişdir. Qeyd olunan xüsusat Yeganə İbrahimovanın İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olur ki, bununla da, Yeganə İbrahimova barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Bundan başqa X17 X10 barəsində protokol tərtib olunacağını deməsi və Yeganə İbrahimovanın protokolun nəyə görə tərtib olunduğunu, tərtib olunduğu təqdirdə protokolu imzalamayacağını bildirməsi artıq onun barəsində tərtib edilmiş protokolun onun iştirakı olmadan tərtib edilməsində və onun barəsində inzibati tənbeh vermə haqqında qərarın baxılmasında onun imtina etməsi kimi qiymətləndirilə bilməz. Çünki inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, X30 Göylərovla birlikdə həmin mağazaya xx.xx.2020-ci il tarixdə gedərək, Yeganə İbrahimova barəsində protokol tərtib edildiyini bildirmişdir. Yeganə İbrahimovanın iştirakı olmadan işə o halda baxıla bilərdi ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda o, iştirak etməsin. Laikn belə bir hal aşkar edilməmişdir. Bununla yanaşı, Yeganə İbrahimovanın iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqınd qərar qəbul edilmiş və həmin qərar sonuncuya 2 gün müddətində təqdim edilməmişdir. Qeyd olunanlarla bərabər, İXM-nin 8.3-cii maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Yeganə İbrahimovanın əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən sübutlar Azərbaycan Respublikası Konstitusiyası və Polis haqqında qanunun tələblərinə zidd olaraq toplanılmaqla və Yeganə İbrahimovanın konstitusion hüquq və azadlıqları məhdudlaşdırılmaqla onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yeganə İbrahimovanın əməlində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi əlamətlərinin olub-olmaması istiqamətində heç bir araşdırma aparılmamışdır. X4 əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən heç bir mötəbər sübut olmadan onun müraciət etmək hüququ məhdudlaşdırılmaqla, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X4 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X4 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) X44 Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşdəki sübutlardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Balakən RPŞ-nin rəisi polis polkovnik-leytenantı X21 xx xxxxxxxx 2020-ci il tarixli, MN-0178870 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də həmin qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə X6 barəsində İXM-nin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, Balakən rayon prokuroru, ədliyyə müşaviri X12 protesti əsaslı olduğundan təmin edilməli, Balakən RPŞ-nin rəisi polis polkovnik-leytenantı X21 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Balakən rayon prokuroru, ədliyyə müşaviri X12 protesti təmin edilsin. Balakən RPŞ-nin rəisi polis polkovnik-leytenantı X21 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-329/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-329/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver