Məhkəmə qərarları › İş №3(019)-329/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-329/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-329/2021 27.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Balakən rayonu Katex kəndində yerləşən “Nilay market” sahibkarlıq obyektində fəaliyyət göstərən Balakən rayonu Katex kəndində qeydiyyatda olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vəzifəli şəxs Şəxs (VÖEN **********) Balakən rayonu Katex kəndində yerləşən “Nilay market” sahibkarlıq obyektində 2,45 kv/m ölçüdə fasad reklamını və 2,52 kv/m ölçüdə ayrıca dayaqlı reklam qurğularını müvafiq icazə sənədləri olmadan yerləşdirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsinin ifadəsi və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Şəxs (VÖEN **********) Balakən rayonu Katex kəndində yerləşən “Nilay market ” sahibkarlıq obyektində 2,45 kv/m ölçüdə fasad reklamı və 2,52 kv/m ölçüdə dayaqlı reklam qurğularını müvafiq icazə sənədləri olmadan yerləşdirmiş və yaymışdır.O, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona qanun pozuntusunun aradan qaldırılması barədə məcburi göstəriş göndərilmiş, lakin o, hal-hazıradək sözügedən qanun pozuntusunu aradan qaldırmamışdır.Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur . Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gədməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan 23 sentyabr 2021-ci il tarixli İRY 001534 nömrəli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmişdir ki, Şəxs Balakən rayonu Katex kəndində yerləşən “Nilay market” sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq açıq məkanda 0,5kv/m x 2kv/m 1 ədəd,1kv/m, 0,5 kv/m x 2,9 kv.m 1 ədəd =1,45 kv/m ölçüdə fasad reklamları və 0,9 kv/m x 1,4 kv/m x 2 tərəfli x1 ədəd =2,52 kv/m ölçüdə ayrıca dayaqlı reklam qurğularını icazəsiz yerləşdirmişdir. İşdə olan 23 sentyabr 2021-ci il tarixli İMG 001534 nömrəli “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan Göstərişdən görünür ki, Şəxs Balakən rayonu Katex kəndində yerləşən 2,45 kv/m ölçüdə fasad reklamı və 2,52 kv/m ölçüdə reklam qurğularını sahibkarlıq obyektindən 23 sentyabr 2021-ci il tarixli İRY 001534 nömrəli müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmiş qanun pozuntularının 5 gün müddətində aradan qaldırılması tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün beş min manatdan on min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar