Məhkəmə qərarları › İş №3(019)-33/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-33/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-33/2021 28.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X5 tərəfindən Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru X2 xx xxxxxx 2020-ci il tarixli, AP N-0174618 saylı qərarından və protokolundan verilmiş şikayət ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X1 Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru X2 xx.xx.2020- ci il tarixli qərarının və protokolunun ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-də inzibati xəta haqqında protokoldan şikayət verilməsi və protokolun ləğv edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda X5 barəsində inzibati xəta haqqında qərarın özü şikayət ərizəsinə əlavə edilməmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru X6 tərəfindən X5 barəsində xx xxxxxx 2020-ci il tarixli, AP N-0174618 saylı ptorokol tərtib edilsə də, X5 barəsində inzibati xəta haqqında qərarın qəbul edilib-edilməməsi aydın deyildir. X5 barəsində inzibati xəta haqqında iş üzrə qərar olmadan bu şikayətə baxmaq qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair x xxx 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Ona görə də X3 Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru X2 xx.xx.2020- ci il tarixli qərarının və protokolunun ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılmalıdır. O da qeyd edilməlidir ki, X5 barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan qanunda müəyyən edilmiş müddət daxilində məhkəməyə şikayət vermək hüququna malikdir. Şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, onun vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: X3 Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru X2 xx.xx.2020- ci il tarixli qərarının və protokolunun ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. X4 barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan qanunda müəyyən edilmiş müddət daxilində məhkəməyə şikayət vermək hüququ və şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, bu müddətin bərpası üçün vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar