Məhkəmə qərarları › İş №3(019)-33/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-33/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-33/2023 02.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (filialının) nümayəndəsi X1 iştirakı ilə, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk küçəsi, ev 30/B olan «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Türkiyə Respublikasının vətəndaşı Öztürk Abdullahın idarə etdiyi «Mersedes Benz» markalı 61K14950/61K4080 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikası Konya vilayəti, Selcuklu rayonu, Maltepe mehellesi, Fetih küçəsi 6 ünvanında yerləşən «X6 İnşaat Ticaret» şirkəti tərəfindən həmin şirkətin Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk küçəsi, ev 30/B ünvanında yerləşən filialına göndərilən və xx.xx.2022-ci il tarixli, ALY**********031 saylı invoys sənədi əsasında ölkəyə idxal olunan «ikinci əl sökülmüş kran hissələri» yükünə «Mazımqara» gömrük postunda stasionar rentgen aparatında vizual baxış keçirilərkən invoys sənədində göstərilən mallara uyğun olmayan predmetlərin olduğu müşahidə edilmiş, «Mazımqara» gömrük postunun terminalında «Mersedes-Benz» markalı, 61K14950/61K4080 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə keçirilən gömrük yoxlaması zamanı sözügedən yüklərin içərisindən mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd üzərində «Liebherr Motoroil 5w-30 20 L» markalanma yazısı olan motor yağı, 2 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 20 L» markalanma yazısı olan radiator qoruyucusu, 1 ədəd üzərində «Liebherr Hydraulic 37 20L» markalanma yazısı olan hidrovlik yağı, 1 ədəd üzərində «X9 90 EP 20 L» markalanma yazısı olan avtomobil yağlama maddəsi, dəmir qablarda qablaşdırılmış 1 ədəd üzərində «Liebherr Universalfett 9900 25 kq» markalanma yazısı olan sürtkü yağı, 1 ədəd üzərində «Liebherr Hydraulic 37 210 L» markalanma yazısı olan hidrolik yağ, 1 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 210 L» markalanma yazısı olan radiator qoruyucusu və 1 ədəd üzərində «X5 30 L» markalanma yazısı olan montaj materialı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 16 yanvar 2023-cü il tarixli, 11000-4207/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (filialının) nümayəndəsi X4 «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini (filialını) Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, həqiqətən də onlar üçün yük gətirən «Mersedes-Benz» markalı, 61K14950/61K4080 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə keçirilən gömrük yoxlaması zamanı digər yüklərin içərisindən mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd üzərində «Liebherr Motoroil 5w-30 20 L» markalanma yazısı olan motor yağı, 2 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 20 L» markalanma yazısı olan radiator qoruyucusu, 1 ədəd üzərində «Liebherr Hydraulic 37 20L» markalanma yazısı olan hidrovlik yağı, 1 ədəd üzərində «X9 90 EP 20 L» markalanma yazısı olan avtomobil yağlama maddəsi, dəmir qablarda qablaşdırılmış 1 ədəd üzərində «Liebherr Universalfett 9900 25 kq» markalanma yazısı olan sürtkü yağı, 1 ədəd üzərində «Liebherr Hydraulic 37 210 L» markalanma yazısı olan hidrolik yağ, 1 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 210 L» markalanma yazısı olan radiator qoruyucusu və 1 ədəd üzərində «X5 30 L» markalanma yazısı olan montaj materialının olduğunu və aşkar edildiyini, səhvləri üzündən həmin malların gömrük nəzarətinə bəyan edilmədiyini, lakin həmin malların şirkət üçün çox önəmli olduğunu bildirərək, hüquqi şəxs barəsində cərimə tənbehinin tətbiq edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Türkiyə Respublikasının vətəndaşı Öztürk Abdullahın idarə etdiyi «Mersedes Benz» markalı 61K14950/61K4080 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikası Konya vilayəti, Selcuklu rayonu, Maltepe mehellesi, Fetih küçəsi 6 ünvanında yerləşən «X6 İnşaat Ticaret» şirkəti tərəfindən həmin şirkətin Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk küçəsi, ev 30/B ünvanında yerləşən filialına göndərilən və xx.xx.2022-ci il tarixli, ALY**********031 saylı invoys sənədi əsasında ölkəyə idxal olunan «ikinci əl sökülmüş kran hissələri» yükünə «Mazımqara» gömrük postunda stasionar rentgen aparatında vizual baxış keçirilərkən invoys sənədində göstərilən mallara uyğun olmayan predmetlərin olduğunun müşahidə edilməsi, «Mazımqara» gömrük postunun terminalında «Mersedes-Benz» markalı, 61K14950/61K4080 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə keçirilən gömrük yoxlaması zamanı sözügedən yüklərin içərisindən mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd üzərində «Liebherr Motoroil 5w-30 20 L» markalanma yazısı olan motor yağı, 2 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 20 L» markalanma yazısı olan radiator qoruyucusu, 1 ədəd üzərində «Liebherr Hydraulic 37 20L» markalanma yazısı olan hidrovlik yağı, 1 ədəd üzərində «X9 90 EP 20 L» markalanma yazısı olan avtomobil yağlama maddəsi, dəmir qablarda qablaşdırılmış 1 ədəd üzərində «Liebherr Universalfett 9900 25 kq» markalanma yazısı olan sürtkü yağı, 1 ədəd üzərində «Liebherr Hydraulic 37 210 L» markalanma yazısı olan hidorlik yağ, 1 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 210 L» markalanma yazısı olan radiator qoruyucusu və 1 ədəd üzərində «X5 30 L» markalanma yazısı olan montaj materialının aşkar edilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «Mazımqara» gömrük postunun rəisinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavininə ünvanladığı xx.xx.2022-ci il tarixli raportu, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol, «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (filialının) direktor müavini X3 izahatı, xx.xx.2023-cü il tarixli 9/8477 nömrəli əmtəəşünaslıq ekspertizasının rəyi, 16 yanvar 2023-cü il tarixli 11000-4207/22 nömrəli inzibati xəta haqqında protokol və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallaırnda olan əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8477 nömrəli rəyindən görünür ki, qərardadad göstərilən 8 adda malların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 4476,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsin əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin Qeyd hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Həm də «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (filialının) əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (filialının) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) təqsirli bilindiyi İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməlidir. Həmçinin hazırki qərar qüvvəyə mindikdən sonra «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (filialına) məxsus olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda saxlanılan 1) 1 ədəd üzərində «Liebherr Motoroil 5w-30 20 L» markalanma yazısı olan motor yağı, 2) 2 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 20 L» markalanma yazısı olan radiator qoruyucusu, 3) 1 ədəd üzərində «Liebherr Hydraulic 37 20L» markalanma yazısı olan hidrovlik yağı, 4)1 ədəd üzərində «X9 90 EP 20 L» markalanma yazısı olan avtomobil yağlama maddəsi, 5) dəmir qablarda qablaşdırılmış 1 ədəd üzərində «Liebherr Universalfett 9900 25 kq» markalanma yazısı olan sürtkü yağı, 6) 1 ədəd üzərində «Liebherr Hydraulic 37 210 L» markalanma yazısı olan hidrolik yağ, 7) 1 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 210 L» markalanma yazısı olan radiator qoruyucusu və 8) 1 ədəd üzərində «X5 30 L» markalanma yazısı olan montaj materialı «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (filialına) qaytarılmalıdır. Eyni zamanda iş üzrə iş üzrə 100 manat ekspertiza xərci «X6 İnşaat Ticaret» şirkətindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin SAP (XİİS) hesabı X2 Kodu 210005 VÖEN ********** Müxbir thesab AZ41NABZ******************** SVVİFT BİK CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:115.4.1.dövriyyədən çıxarılmış sənədlər və y əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların 4476,00 manat dəyərinin qırx faizi-1790,4 manat məbləğində cərimə edilsin. Hazırki qərar qüvvəyə mindikdən sonra «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (filialına) məxsus olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda saxlanılan 1) 1 ədəd üzərində «Liebherr Motoroil 5w-30 20 L» markalanma yazısı olan motor yağı, 2) 2 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 20 L» markalanma yazısı olan radiator qoruyucusu, 3) 1 ədəd üzərində «Liebherr Hydraulic 37 20L» markalanma yazısı olan hidrovlik yağı, 4)1 ədəd üzərində «X9 90 EP 20 L» markalanma yazısı olan avtomobil yağlama maddəsi, 5) dəmir qablarda qablaşdırılmış 1 ədəd üzərində «Liebherr Universalfett 9900 25 kq» markalanma yazısı olan sürtkü yağı, 6) 1 ədəd üzərində «Liebherr Hydraulic 37 210 L» markalanma yazısı olan hidrolik yağ, 7) 1 ədəd üzərində «Liebherr Antifreeze OS Mix 210 L» markalanma yazısı olan radiator qoruyucusu və 8) 1 ədəd üzərində «X5 30 L» markalanma yazısı olan montaj materialı «X6 İnşaat Ticaret» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (filialına) qaytarılsın. İş üzrə iş üzrə 100 manat ekspertiza xərci «X6 İnşaat Ticaret» şirkətindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin SAP (XİİS) hesabı X2 Kodu 210005 VÖEN ********** Müxbir thesab AZ41NABZ******************** SVVİFT BİK CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar