Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-330/2022 14.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) sahə rəisi, polis mayoru X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta təhsilli, evli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə saat 00.00 radələrində Balakən rayonu Tülü kəndində təmiz çəkisi 0.92 qram olan narkotik vasitə qurudulmuş marixuananı əynindəki idman şalvarının sağ cibində qanunsuz saxlamışdır. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 sentyabr 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, arvadı Alimə və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. 1 ilə yaxındır ki, narkotik vasitə marixuana çəkir. Onun narkotik vasitə qurudulmuş marixuana çəkməyindən arvadı Alimənin xəbəri yoxdur. Təxminən 10 gün əvvəl yolda bir ədəd sellofan bükümdə narkotik vasitə marixuana taparaq, onu üzərində gəzdirməyə başlamışdır. Həmin narkotik vasitə olan bükümün onun üzərində olduğundan arvadı Alimənin xəbəri olmamışdır. Onun həmin bükümü üzərində saxlamaqda məqsədi özü çəkmək olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Balakən rayonu Tülü kəndi ərazisində polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə olmaqda şübhəli olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısından seçdiyi vəkil X3 və digər iştirakçıların iştirakları ilə ona hüquq və vəzifələri elan edildikdən sonra şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman o, üzərində olan idman şalvarının sağ cibindən təxminən 10 gün əvvəl yoildan taparaq üzərində saxladığı sellofan bükümdə olan narkotik vasitə marixuananı çıxararaq təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1.17 qram təşkil etmiş, həmin bir ədəd selofan bükümdə olan narkotik vasitə marixuana bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. O, 04 sentyabr 2022-ci il tarixdə, saat 01.05 radələrində polis əməkdaşları tərəfindən tutularaq, polis şöbəsinə gətirilmiş, 04 sentyabr 2022-ci il tarixdə saat 21.30-da azad edilmişdir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00.00 radələrində Balakən rayonu Tülü kəndində təmiz çəkisi 0.92 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki idman şalvarının sağ cibində qanunsuz saxlamışdır. Bu barədə işdə kifayət qədər sübutlar olduğundan Şəxs barəsində Azçərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 04 sentyabr 2022-ci il tarixli, 17/702 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət. Şəxs üzərindən aşkar edilmiş…» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0.92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi- 0,92 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,90 qram. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1-640 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi, həmçinin 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış maddi sübutun RPŞ- nin saxlananda saxlanılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və Şəxs göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən 01 iyun 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 429035 nömrəli və 16 iyul 2014ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 364288 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 22 aprel 2010-ci il tarixdə doğulmuş X8 və 08 iyul 2014-ci il tarixdə doğulmuş X9 olmaqla Şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarından həmçinin Şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 01.05-da tutulmuş və 04 sentyabr 2022-ci il tarixdə saat 21.30-da Balakən RPŞ-nin MSY-dən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, Şəxs 5 qramdan az miqdarda, yəni 0.92 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı üstündə gəzdirmiş və daşımışdır. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində iki azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi və himayəsində iki azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs 04 sentyabr 2022-ci il saat 01.05-dan 04 sentyabr 2022-ci il saat 21.30-dək bir gün tutulması inzibati qaydada tutulma kimi nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin qanunun tələblərinə istinad edərək, hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınaraq Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 0,92 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təkil edən 0,90 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll edilərkən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X6, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun 04 sentyabr 2022-ci il saat 01.05-dən 04 sentyabr 2022-ci il saat 21.30-dək bir gün tutulması nəzərə alınmaqla Şəxs üzərində qəti olaraq 200 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Balakən Rayon Polis Şöbəsinin maddi sübutlanın saxlanc anbarında otağında saxlanılan 0,92 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təkil edən 0,90 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-330/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-330/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver