Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-332/2024 24.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 23 iyul 2024-cü il tarixdə saat 10:00 radələrində Balakən şəhəri R.Səmədov küçəsində şəxsi istehlak miqdarında-narkotik vasitə olan marixuana qəbul etmişdir. O, həmin vaxt ünvan 1 ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili , polis leytenantı Şahid2 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin ifadələri alınmış və Balakən rayonu Tülü kəndində yaşayan, xx.xx.1961-ci ildə anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. 23 iyul 2024-cü il tarixdə səhər evdən çıxaraq çay içmək üçün R.Səmədov küçəsi istiqamətində hərəkət edərkən yolun kənarında gözünə balaca bir büküm sataşmışdır. Həmin bükümlə maraqlanmış,açdıqda bükümün içərisindəki kütləni marixuanaya oxşatmışdır. Bükümün içərisində olan kütləni götürərək papirosa doldurmuşdur. Oradan bir qədər irəlilədikdən sonra təxminən saat 09.00 radələrində həmin papirosun hamısını çəkmişdir. Həmin papiorosu çəkən zaman yanında heç kim olmamışdır. Həmin papirosu heç kimə satmamış, pay verməmiş, ancaq özü çəkmişdir. Papirosu çəkdikdən bir qədər sonra polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu və ucadan unvansız nalayiq ifadələr danışdığını bildirərək onu şöbəyə dəvət etmişlər.O, narkotik vasitənin təsiri altında olduğundan ictimai qaydanı pozduğunu dərk etməmişdir Törətdiyi əməldən peşmandır.Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Balakən Rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o və RPŞ-ninin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ilə Balakən şəhəri R.Səmədov küçəsində xidmətdə olduqları vaxt bir nəfər şəxsin küçədə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Bu zaman həmin şəxsin narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişlər. Buna görə də həmin şəxsi özləri ilə rayon Polis Şöbəsinə gətirmişlər. Balakən Rayon Polis Şöbəsində olan zaman həmin şəxsin Balakən rayonu Tülü kənd sakini,xx.xx.1961-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Bundan sonra o, bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2024-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş, 24 iyun 2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş UĞUR MED tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli narko testdən görünür ki, Şəxs sidiyində marixuana (THC)- pozitiv aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Tülü kənd sakini xx.xx.1961-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Azəröbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafəisi Nazirliyinin Elektron informasiya Sistemi Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Balakən rayonu Tülü kənd sakini ,xx.xx.1961-ci il təvəllüdlü Şəxs İİİ-cü qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, İİİ qrup əlil olmasını, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Hesab edirəm ki, Şəxs barəsində cərimə tənbehi İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-332/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-332/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver