Məhkəmə qərarları › İş №3(019)-333/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-333/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-333/2022 20.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Balakən rayonu Hənifə kənd sakini Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq müəyyənetdim Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən rayonu Hənifə kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-274 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" QSC-nə olan 22427.08 ABŞ dolları məbləğində borc üzrə icra sənədini icra etməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: -protokolun tərtib edildiyi tarix və yer; -protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; -inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; -inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; -olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; -inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; -inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; -inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs barəsində 20 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-274 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədini icra etməkdən imtina etdiyi göstərilmiş,halbuki Balakən Rayon Məhkəməsinin 2(019)-274 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi mövcud deyildir. Şəxs digər borclularla birlikdə müştərək qaydada Balakən Rayon Məhkəməsinin 2(019)-274/2016 nömrəli xx.xx.2016ci il tarixli icra sənədinə əsasən "xxxx" QSC-nə 22427.08 ABŞ dolları məbləğində borcu ödəməlidir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən: 8.1.İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş,Balakən Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(019)-274/2016 nömrəli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X1 və X4 müştərək qaydada 17749,50 ABŞ dolları məbləğində kredit borcu, 2677,58 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə-cəmi 22427.08 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" QSC-nə, 10 manat isə dövlət xeyrinə ödənilməlidlir.Həmin icra sənədinin Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata qəbul edilməsi, könüllü icra barədə bildiriş verilməsi barədə sübut inzibati xəta haqqında protokola əlavə edilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin qərarla Balakən Rayon Məhkəməsinin 2(019)-876/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. Həmçinin İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında bildlirişdən görünür ki, borclular Şəxs, X3, X8, X9 və X5 Balakən Rayon Məhkəməsinin 2(019)-274/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, həmin akt ilə Balakən Rayon Məhkəməsinin 2(019)-274 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs evinə baxış keçirilməsi barədə akt tərtib edilmişdir. Beləliklə iş materiallarından görünür ki, inzibati xəta haqqında protokolla yanaşı ona əlavə edilmiş sənədlərin də heç biri qanunamüvafiq tərtib olunmamışdır. Bundan başqa Balakən Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(019)-274/2016 nömrəli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X1 və X4 müştərək qaydada 17749,50 ABŞ dolları məbləğində kredit borcu, 2677,58 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə-cəmi 22427.08 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" QSC-nə, 10 manat isə dövlət xeyrinə ödənilməlidlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Balakən Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(019)-274/2016 nömrəli icra vərəqəsinə əsasən tələbkar Access Bank” QSC-nə 22427.08 ABŞ dolları məbləğində vəsaiti borclular Şəxs, X6 və X10 müştərək qaydada ödəməlidirlər.Yəni icra sənədi üzrə borc tam ödənilənə kimi Şəxs , X6 və X10 birgə məsuliyyət daşıyırlar. X2 borcdan 1383 ABŞ dolları ödəməsi, yaxud X7 digər icra sənədinə görə borc ödəməsi onların hazırkı icra sənədi üzrə borcu ödəmək məsuliyyətindən azad etmir. Odur ki, Balakən Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(019)-274/2016 nömrəli icra sənədinin icra edilməməsinə görə yalnız Şəxs barəsində deyil, birgə borcluların hamısı barəsində eyni vaxtda tədbir görülməlidir. Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən işin qeyd edilən halı da nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar