Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-333/2024 25.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu,Balakən rayonu Poştbinə kəndində qeydiyyatda olan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq müəyyənetdim Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən rayonu Poştbinə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-727/2019 nömrəli 29.07.219-cu il tarixli icra sənədi üzrə yaranmış 14.400 manat aliment borcunu tələbkar X1 ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; -inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; -inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs barəsində tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda Şəxs barəsində məlumatlar qeyd edilməmişdir.Tərtib edilmiş protokoldan da görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunduqda vəzifəsi, vətəndaşlığı,doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi,hüquqi şəxsin adı, təşkilatı hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilməlidir. Lakin Şəxs barəsində tərtib olunmuş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda bu məlumatlar göstərilməmişdir. Bundan başqa işdə olan Balakən Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(019)- 727/2019 nömrəli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən xx.xx.2018ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə doğulmuş X2 və xx.xx.2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-727/2019 nömrəli icra sənədi üzrə icraat başlanmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(019)-55/2021 nömrəli qərardaddan görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq tələbkar X1 olan aliment borcu ödənilənədək məhdudlaşdırılması qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu,xx.xx.1974-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan Balakən Rayon Polis Şöbəsi tərəfindən Akif Mahmudova ünvanlanmış xx.xx.2021-ci il tarixli 109-19451-1221 nömrəli məktubda göstərilmişdir ki,Sizin xx.xx.2021ci il tarixli 115450/20xx-xx-1009 nömrəli məktubunuza əsasən Balakən rayonu Gərəkli kənd sakini Şəxs tutularaq sizə təqdim olunması məqsədi ilə barəsində 320315 №li axtarış işi açılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-127/2019 nömrəli xx.xx.2019-cu il tarixli işin icrası olaraq Şəxs evinə baxış keçirilmiş, baxış zamanı evdə və həyətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərinə həbs qoyulası əmlak və ya əşya aşkar olunmamışdır. İşdə olan Şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli 115450/2019-46-1 və xx.xx.2021-ci il tarixli 115450/2019-46-1-008 nömrəli xəbərdarlıqlardan görünür ki,Şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Balakən rayon İcra və Probasiya şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayaydək inzibati həbs) maddəsini rəhbər tuturaq barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 3(019)-34/202021 nömrəli qərarından görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-727/2019 nömrəli 29.07.219-cu il tarixli icra sənədi üzrə yaranmış 6200 manat aliment borcunu tələbkar X1 ödəməkdən imtina etdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Sözügedən qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Beləliklə işdə olan sənədlərdən görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-727/2019 nömrəli icra sənədini icra etmədiyindən o,Balakən Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 3(019)-34/202021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs olunmuş, lakin bundan sonra da icra sənədini icra etməkdən qərəzli olaraq imtina etmiş, hətta qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırkı İXM-nin 528.1-ci maddəsi)maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 201-ci il tarixli qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə qətnaməsini icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs yenidən qərəzli olaraq icra sənədini icra etmirsə onun əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibini yaradır. Bu halda şəxs yenidən inzibati məsuliyyətə cəlb oluna bilməz. Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-727/2019 nömrəli icra sənədini qərəzli olaraq icra etmədiyindən onun əməlində CM-nin 306.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-333/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-333/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver