Məhkəmə qərarları › İş №3(019)-333/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-333/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-333/2025 22.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi mənzil 72-də yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2019 nömrəli,xx.xx.2019-cu il tarixli, Balakən Rayon Notariat Kontorunun 8İ-7741 nömrəli, xx.xx.2023-cü il tarixli, Balakən Rayon Məhkəməsinin e-2(019)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərini icra etməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs tələbkarlara olan borcunu ödəməmiş, borcun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qullquçusu Nümayəndə göstərdi ki, borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 31769.66 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Balakən Rayon Notariat Kontorunin 8İ-7741 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 25 manat və 574 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "TSE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə, Balakən Rayon Məhkəməsinin e-2(019)-488/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2249.1 manat əsas, 337.3 manat cərimə olmaqla, cəmi 2586.4 manat borc və ödənilmiş 45.90 manat məbləğində dövlət rüsumu tutulub tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə, Balakən Rayon Məhkəməsinin e-2(019)-574/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2538 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOLİTON LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə, Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 25 manat, 755 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. Şəxs borcları ödəməmiş, xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Əksinə qaçıb gizlənmiş,barəsində axtarış elan olunmuşdur. O, bu gün saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, ondan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 31769.66 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Balakən Rayon Notariat Kontorunin 8İ-7741 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 25 manat və 574 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "TSE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə, Balakən Rayon Məhkəməsinin e-2(019)-488/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2249.1 manat əsas, 337.3 manat cərimə olmaqla, cəmi 2586.4 manat borc və ödənilmiş 45.90 manat məbləğində dövlət rüsumu tutulub tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə, Balakən Rayon Məhkəməsinin e-2(019)-574/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2538 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOLİTON LTD" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin xeyrinə, Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 25 manat, 755 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. O, kommersiya ilə məşğul olmuş, ziyana düşmüşdür. Bu səbəbdən borclarını ödəyə bilməmişdir. O, hazırda işləməyə başlamışdır. Hissə-hissə borclarını ödəyəcəkdir. O,qaçıb gizlənməmiş, bu gün saat 16 radələrində özü polis əməkdaşlarının çağırışına getmiş, polis əməkdaşları onu saxlayaraq Balakən Rayon İcra və Probasiya Şöbəsinə gətirmişlər. Himayəsində azyaşlı uşağı, xəstə anası vardır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədidən görünür ki, borclu Şəxs 31769.66 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən Rayon Notariat Kontorunin 8İ-7741 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 25 manat və 574 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "TSE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-488/2022-004 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 2249.1 manat əsas, 337.3 manat cərimə olmaqla, cəmi 2586.4 manat borc və ödənilmiş 45.90 manat məbləğində dövlət rüsumu alınıb tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-488/2022-004 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-574/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki,borclu Şəxs 2538 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOLİTON LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlkidir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-574/2022-004 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 25 manat, 755 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli bir neçə icra işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi, Balakən Rayon Notariat Kontorunin 8İ-7741 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi, Balakən Rayon Məhkəməsinin e-2(019)-488/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Balakən Rayon Məhkəməsinin e-2(019)-574/2022 nömrəli,xx.xx.2022ci il tarixli icra sənədi və Balakən Rayon Notariat Ofisinin 8İ-14250 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 22 avqust 2025-ci il saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar