Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-334/2020 30.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektoru, polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə xx xxxxxxx 2020-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə həmin Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına halına (hallarına) yol verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektorupolis serjantı X2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəmki, Şəxs əməlində ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta olmadığından, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs izahatında göstərir ki, xx.xx.2020-ci il tarixdə o, səfərbərlikdən evə qayıdan zaman ailələrinə məxsus bir baş iri buynuzlu heyvanın hansısa avtomaşın tərəfindən vurulduğunu bilmişdir. Həmin iribuynuzlu malın hansı tarixdə vurulduğundan xəbəri olmamışdır. Üzərindən 3 gün keçdikdən sonra qapılarına polis işçiləri gəlib onların mallarının vurulması barədə məlumat vermişlər. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində bu Məcəllənin 338.4 - 338.6cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsində velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə, Azərbaycan Respublikası İXM-nin 338.5-ci maddəsində at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, Azərbaycan Respublikası İXM-nin 338.6-ci maddəsində bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, hazırki işdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən ona məxsus mal-qara yolda nəzarətsiz qoyulmalı, malqara asfalt və sement-beton örtüklü yollarla ötürülməli, həmçinin mal-qara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməlidir. Burada mal-qaranın yolda nəzarətsiz qoyulması,mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, həmçinin mal-qaranın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi həmin xətanın obyektiv cəhətinin mütləq tərkib elementlərindən birini təşkil edir. Yəni qanun normasında o cümlədən mal-qaranın yolda nəzarətsiz qoyulması, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, həmçinin mal-qaranın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. xx xxxxxxx 2020ci il tarixli protokolda və ona əlavə edilmiş sənədlərdə bir baş iribuynuzlu heyvanın Şəxs məxsus olmasını, onun tərəfindən həmin heyvanın yolda nəzarətsiz qoyulması, asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, həmçinin bu malın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsini göstərən heç bir sübut yoxdur. İşdəki heç bir sübutla bir baş iribuynuzlu heyvanın Şəxs məxsus olması və onun İXM-nin 338.7-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri etməsi sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bir baş iribuynuzlu heyvanın onların ailələrinə məxsus olduğunu bildirmişdir. Həmin heyvanın ailələrinə məxsus olması ifadəsi heç də həmin heyvanın məhz Şəxs məxsus olmasını, yəni onun mülkiyyətində olmasını ehtiva etmir. Şəxs iş üzrə verdiyi izahatında həmin heyvanın məhz ona məxsus olduğunu, yəni onun mülkiyyətində olduğunu bildirməmişdir. Həmin malın məhz Şəxs məxsus olması barədə işdə heç bir sübut yoxdur və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Ən əvvəl nəzərə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Azərbaycan Respublikasının tərəfdər çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi və Avropa Məhkəməsinin Enqel və başqaları Niderlanda qarşı işində müəyyən edilmiş Enqel meyarlarına görə (1) daxili hüquqda təsnifat; 2) hüquqpozmanın xarakteri; 3) tətbiq edilən və mümkün cəzanın ağırlığı) inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda isə həmin inzibati xəta haqqında protokol əslində şəxsə göstərilən maddə ilə ittiham verilməsini özündə ehtiva edir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xətanın törədildiyi vaxtın və xətanın mahiyyətinin dəqiq müəyyən edilməsi iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsi üçün xüsusi önəm daşıyır. Bu xüsusda inzibati xəta haqqında protokolda göstərilən vaxtda İXM-nin qeyd olunan maddəsilə şəxsə istinad olunan əməlin törədilməməsi həmin şəxs haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İş materialları ilə də Şəxs tərəfindən belə bir inzibati xətanın törədilməsi sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs tərəfindən Şəxs məhz öüzən məxsus mal-qaranı yolda nəzarətsiz qoymasını,asfalt və sement-beton örtüklü yollarla ötürülməsini, həmçinin bu malın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 12.28-də Balakən rayonu Qazbinə kəndi ərazisində özünə məxsus mal-qaranı yolda nəzarətsiz qoyması, asfalt və sement-beton örtüklü yollarla ötürməsi, bu malın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi və həmin vaxt bu əməlin törədilməsində təqsiri sübut olunmadığından, onun əməlində xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunan törədilməsi ona istinad olunan İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respubdlikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, yuxarıda göstərilən əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə istinad edib, Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 110-118 və 128-133-cü maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-334/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-334/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver