Məhkəmə qərarları › İş №3(019)-334/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-334/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-334/2024 12.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1991-ci ildə Türkiyə Respublikasının Mardin vilayəti, Yeşilli rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası,Mardin vilayəti, Yeşilli rayonu, Şirin evlər məhəlləsi, Kiraz küçəsi ev 17 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat –İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Türkiyə Respublikasının vətəndaşı Şəxs Türkiyənin “Sarp” gömrük postunda yerləşən “Duty Free” mağazasından əldə etdiyi, ümumilikdə 560 manat dəyərində 80 qutu “X2” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “X3” markalı 16KCM50/42ASB16 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasında, yəni yataq yerinin üzərindəki gecə işığının arxasındakı boşluqda gizlədərək xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “X3” markalı 16KCM50/42ASB16 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilərkən, nəqliyyat vasitəsinin kabinasında, yəni yataq yerinin üzərindəki gecə işığının arxasındakı boşluqda gizlədilmiş az miqdarda- ümumilikdə 560 manat dəyərində 80 qutu “X2” markalı siqaretləri aşkar olunaraq götürülmüşdür. Şəxs malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında, yəni yataq yerinin üzərindəki gecə işığının arxasındakı boşluqda gizlətməklə 560 manat dəyərində 80 qutu “X2” markalı siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirtdiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə inzibati xəta haqqında icraat başlanmış və inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aprılan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinə verdiyi izahatında göstərmişdir ki, Şəxs Türkiyə Respublikası, Mardin vilayətində ailəsi ilə birlikdə yaşayır, üç uşaq atasıdır.Uzun zamandır təxminən 14 ildir ki, sürücülük fəaliyyəti ilə məşğuldur. “Özbagaç Nakliyat Limited” şirkətində aylıq 1000 ABŞ dolları maaş qarşılığında sürücülük edir. Son zamanlar Türkiyə Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes- Benz Actros” markalı, 16KCM50/42ASB16 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yüklər gətirir. Sonuncu dəfə xx.xx.2024-cü ildə Azərbaycana gələrkən Sarp gömrük keçid məntəqəsində "Duty Free” mağazasından 80 qutu "X2” markalı siqaretlər almışdır. O, hər dəfə xarici ölkələrə gedərkən “Duty Free” mağazasından şəxsi istifadəsi üçün bu markadan siqaretləri alır. Çünki gedəcəyi ölkələrdə satılan tütün məmulatlarını istifadə edə bilmir, həm də siqaretlərin qiyməti ucuz olduğuna görə “Duty Free”mağazasından alıb istifadə edir. Bu siqaretləri idarə etdiyi nəqliyyat vasitəsinin kabinasındakı yataq yerinin üzərindəki gecə işığının arxasındakı boşluqda gizlətmişdir. Düşünmüşdür ki, siqaretləri gizlətməsə gömrük yoxlanması zamanı onu ondan alacaqlar. Daha sonra “Mazımqara” gömrük postuna daxil olmuş, burada ondan hər hansı malının olub olmadığını soruşdular, o, isə bəyan olunası və ya gizlətdiyi hər hansı malının olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşları videoqeydiyyat aparmaqla idarə etdiyi “Mercedes-Benz Actros” markalı, 16KCM50/42ASB16 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirtmişlər. Bu zaman nəqliyyat vasitəsinin kabinasındakı yataq yerinin üzərindəki gecə işığının arxasındakı boşluqda gömrük nəzarətindən gizlətdiyi 80 qutu “X2” markalı siqaretlər aşkar edilmiş, daha sonra sənədlər yazılmış və o, da onları imzalamışdır. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli 3-16-16/2-7943-9/4639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adları və sayları cədvəl №1 də göstərilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Ekspertiza tədqiqatına təqdim edlilmiş tütün məmulatlarının xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 560.00 manat müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, 80 qutu aksiz markası ilə markalanmamış “X2” markalı siqaretlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində saxlanılır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, 3-33/1-030260/2024 nömrəli material üzrə CM-nin 206 və 213-1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 3-33/1-030260/2024 nömrəli materialdan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə material ayrılmış və ayrılmış material üzrə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsindən ötrü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi Təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə,bu az miqdarda olduqda,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Bağaç Selahittin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində saxlanılan, 560.00 manat dəyərində aksiz markası ilə markalanmamış 80 qutu siqaretlərdən, ekspert tədqiqatından sonra qalan 75 qutu “X2” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar