Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-334/2025 19.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-27904529 nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-27904529 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29349607 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X5i idarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29349607 nömrəli "inzibati tənbeh vermə haqqında" qərarına əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.5-ci (il ərzində inzibati tənbeh almış şəxs tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini əsas gətirilərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29349607 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Tərəfindən qeyd edilən inzibati xəta törədilməmişdir və idarə etdiyi yük avtomobilinə yükün çəkisi yol verilən icazə həddinə olmuşdur. Belə ki, idarə etdiyi yük avtomobilinə dəmir materiallar Bakı şəhərində yerləşən “BM SUPPLY” LLC-də yükləndikdən sonra xx.xx.2025-ci il tarixdə saat 23:21-də tərəzidə avtomobilin çəkisi yoxlanılmış və avtomobilin yüklə birlikdə ümumi çəkisinin 38360 kq olması, yəni icazə verilən kütlə parametrləri həddində olması müəyyən olunmuşdur. Bu barədə tərəzi qəbzi şikayətə əlavə edilmişdir. Həmçinin bildirir ki, idarə etdiyi yük avtomobili Şabran rayonu, Mollakamallı kəndi ərazisinədək iki yerdə və “Samur” gömrük postunda bir dəfə elektron tərəzi üzərindən keçərkən avtomobilin nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütləsi yoxlanmış, hər hansı qayda pozuntusu qeydə alınmamışdır. Bakı şəhərindən Rusiya Federasiyası istiqamətində hərəkət etmiş, tərəfindən törədilməsi iddia edilən inzibati xətanın törədilmə yerinə çatanadək bir neçə elektron tərəzidən keçmiş, daha sonra Rusiya Federasiyası ilə dövlət sərhəddini Samur sərhəd-buraxılış məntəqəsi ilə keçərkən avtomobiin çəkisi yoxlanılmış, avtomobilin yüklə birlikdə çəkisi icazə verilən kütlə parametrləri həddində olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələriinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXMnin 61.3-cü maddəsinə əsasən işə X1 və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 xx.xx.2025-ci il tarixində, saat 19:47-də M-1 avtomobil yolunun Şabran rayonu, Mollakamallı kəndi Quba istiqamətində, yolun 129-cu kilometrliyində özünə məxsus “DAF” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “irirqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu əməlinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin əməkdaşları tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ-29349607 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar ilə 1200 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 həmin qərardan Balakən Rayon Məhkəməsinə şikayət verərək, barəsində Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X5i idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 29349607 nömrəli nömrəli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.O, artıq inzibati xəta haqqında cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi xətasının il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində inzibati məsuliyyət müəyyən edilmişdir. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 şikayətində qeyd etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməməsini, onun artıq 1200 manat cərimə məbləğini ödəməsini nəzərə alaraq hesab edirəm ki, şikayətin dəlilləri əsassızdır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-27904529 nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-27904529 nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 şikayəti əsassız olduğundan təmin edilməsin; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-27904529 nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-334/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-334/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver