Məhkəmə qərarları › İş №3(019)-335/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-335/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-335/2024 12.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1991-ci ildə Türkiyə Respublikasının Mardin vilayəti, Yeşilli rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası,Mardin vilayəti, Yeşilli rayonu, Şirin evlər küçəsi, ev 9 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat –İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Türkiyə Respublikasının vətəndaşı Şəxs Türkiyənin “Sarp” gömrük postundakı mağazasından əldə etdiyi az miqdarda-ümumilikdə 840 manat dəyərində 120 qutu “PARLİAMENT PLATİNUM” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “SÇANİA” markalı 16AGK326/34LH5273 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasında, yəni sürücünün başı üzərindəki taxoqraf ilə əşyalar qoymaq üçün nəzərdə tutulmuş dobaçanın arasında olan boşluqda, sol qapının yuxarı hissəsindəki plastik örtüyün arxasındakı boşluqda və üst yataq yerinin arxa hissəsindəki örtüyün arxasındakı boşluqda gizlədərək xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “SÇANİA” markalı 16AGK326/34LH5273 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilərkən, nəqliyyat vasitəsinin kabinasında, yəni sürücünün başı üzərindəki taxoqraf ilə əşyalar qoymaq üçün nəzərdə tutulmuş dolabçanın arasında olan boşluqda, sol qapının yuxarı hissəsindəki plastik örtüyün arxasındakı boşluqda və üst yataq yerinin arxa hissəsindəki ortüyün arxasındakı boşluqda gizlədilmiş ümumilikdə 840 manat dəyərində 120 qutu “PARLİAMENT Platinium” markalı siqaretləri aşkar olunaraq götürülmüşdür. Şəxs malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında, yəni sürücünün başı üzərindəki taxoqraf ilə əşyalar qoymaq üçün nəzərdə tutulmuş dolabçanın arasında olan boşluqda,sol qapının yuxarı hissəsindəki plastik örtüyün arxasındakı boşluqda və üst yataq yerinin arxa hissəsindəki örtüyün arxasındakı boşluqda gizlətməklə 840 manat dəyərində 120 qutu “PARLİAMENT Platinium” markalı siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirtdiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə inzibati xəta haqqında icraat başlanmış və inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aprılan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinə verdiyi izahatında göstərmişdir ki,xx xxxxxxxx 1991-ci il tarixdə Türkiyə Respublikasının Mardin vilayəti, Yeşilli rayonunda doğulmuşdur,evlidir, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır. 2012-ci ildən hazırkı vaxtadək yük nəqliyyat vasitəsi sürücüsü işləyir. 2019-cu ildən "Özbağaç” yük daşıma şirkətində yük nəqliyyat vasitəsi sürücüsü işləyir. İdarə etdiyi “SCANİA" markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Özbağaç" yük daşıma şirkətinə məxsusdur. Qeyd edilən yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Tükiyə Respublikasından müxtəlif ölkələrə, o cümlədən Azərbaycan Respublikasına müxtəlif növ yüklərin daşınmasını həyata keçirir. 2024-cü ilin may ayının sonlarında Bakı şəhərinə gətirmək üçün idarə etdiyi “SCANİA" markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə neft-qaz sənayesi üçün boru yükü yükləndi və bundan sonra Türkiyə Respublikasından Bakı şəhəri istiqamətində yola düşmüşdür. 30 may 2024-cü il tarixdə Türkiyə Respublikasının “Sarp" gömrük postuna çatmışdır. “Sarp” gömrük postunda olduğu vaxt istifadə etdiyi "Parliament Platinium" markalı siqaretin qiymətinin ucuz olduğu və Bakı şəhərindən Türkiyə Respublikasından nə zaman geri qayıdacağını bilmədiyi üçun ümumilikdə 162 ABŞ dollarına 12 blok "Parliament Platinium” markalı siqareti almışdır. Bildirmək istəyir ki, uzun müddət ərzində səfərlərdə olduğu üçün siqaret çox istifadə edir. Aldığı siqaretlərin də çox hissəsini səfərdə olduğu müddətdə istifadə edir. Aldığı 12 blok "Parliament Platinium" markalı siqareti gömrük əməkdaşları aşkar etməsin deyə "SCANİA" markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonundasürücünün başı üzərindəki taxoqraf ilə əşyalar qoymaq üçün nəzərdə tutulmuş dolabçanın arasında olan boşluqda, sol qapının yuxarı hissəsindəki plastik örtüyün arxasındakı boşluqda və üst yataq yerinin arxa hissəsindəki örtüyün arxasındakı boşluqda gizlətmişdir. Bundan sonra 03 iyun 2024-cü il tarixdə, saat 18 radələrində olan ‘SCANİA' markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan istiqamətindən Balakən Gömrük İdarəsinin “Mazımqara" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olmuşdur. Gömrük nəzarətindən keçən zaman gömrük əməkdaşı onunla şifahi sorğu-sual aparmış, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olub-olmamasını ondan soruşmuşdur. O, da öz növbəsində idarə etdiyi avtomobildə bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmişdir. İdarə etdiyi "SCANİA” markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilmiş və kinolojı xidmət iti nəqliyyat vasitəsinin kabinəsinin sol qapısı açılarkən salona reaksiya vermişdir. Bundan sonra idarə etdiyi “SCANİA” markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi əsaslı yoxlanılmışdır.Əsaslı yoxlama zamanı idarə etdiyi "SCANİA" markalı, 16AGK326/34LH5273 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonundansürücünün başı üzərindəki taxoqraf ilə əşyalar qoymaq üçün nəzərdə tutulmuş dolabçanın arasında olan boşluqdan, sol qapının yuxarı hissəsindəki plastik örtüyün arxasındakı boşluqdan və üst yataq yerinin arxa hissəsindəki örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlətdiyi Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış, ümumi dəyəri 840 manat təşkil edən 120 qutu “Parlament Platinium” markalı tütün məmulatları-siqaretlər aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, o,da həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzası ilə təsdiq etmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli 3-16-16/2-7943-9/4639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adları və sayları cədvəl №1 də göstərilmiş tütün məmulatlarının kenfiyyət göstəriciləri standart tələblərinə uyğundur.Ekspertiza tədqiqatına təqdlim edlilmiş tütün məmulatlarının xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 840.00 manat müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, 120 qutu aksiz markası ilə markalanmamış “PARLİAMENT PLATİNUM” markalı siqaretlərin ekspert tədqiqatından sonra qalan 114 qutu siqaretlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində saxlanılır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, 3-33/1-030287/2024 nömrəli material üzrə CM-nin 206 və 213-1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 3-33/1-030287/2024 nömrəli materialdan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə material ayrılmış və ayrılmış material üzrə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsindən ötrü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsi Təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində saxlanılan, 840.00 manat dəyərində aksiz markası ilə markalanmamış 120 qutu siqaretlərdən ekspert tədqiqatından sonra qalan 114 qutu “PARLİAMENT PLATİNUM” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar