Məhkəmə qərarları › İş №3(019)-335/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-335/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-335/2025 29.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Şəxs barəsində Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq müəyyənetdim Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X3 tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs məxsus Balakən şəhəri H,Əliyev prospektində yerləşən mebel satıcı salonunda forvalaçan tullantı sularının kənara təyinatsız axıdılması aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X3 tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-сü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəməyə ünvanlanmış məktubda xx.xx.2025-ci il tarixli 0013 nömrəli sərəncamın xx.xx.2025-ci il tarixli 002422 saylı aktın surətinin, xx.xx.2025-ci il tarixli 0018 nömrəli qarşı tərəfin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolun , qarşı tərəfə aid sənədlərin, izahatın materiala əlavə edilməsi qeyd olunsa da bu sənədlər materiala əlavə edilməmiş, xx.xx.2025-ci il tarixli 0013 nömrəli sərəncamın xx.xx.2025-ci il tarixli 002422 saylı aktın surətinin, xx.xx.2025-ci il tarixli 0018 nömrəli qarşı tərəfin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolun , qarşı tərəfə aid sənədlərin, izahatın materiala əlavə edilməsi qeyd olunsa da bu sənədlər materiala əlavə edilməmiş, İş materiallarına xx.xx.2025-ci il tarixli 0009 nömrəli sərəncamın surəti, xx.xx.2025-ci il tarixli 002420 saylı aktın surəti , vəzifəli şəxs X2 aid sənədlər əlavə edilmişdir. Göstərilən sübutlar olmadan isə işə baxılması mümkün deyildir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında material natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X3 tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X1 qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qəraraaldım: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X3 tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X1 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar