Məhkəmə qərarları › İş №3(019)-336/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-336/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-336/2025 11.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 nümayəndəsi Nümayəndə2, barəsində X9 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi Nümayəndə1 iştirakları ilə, ünvan 1i ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icraatı başlanmış X9 işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli X9 protokol tərtib olunmuşdur ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetininin elektron sənəd formasına keçidlə bağlı 17 sentyabr 2025-ci il tarixli 425 nömrəli Qərarının təmin edilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 66824/2025 nömrəli icrası məcburi göstəriş məktubunu icra etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 nümayəndəsi Nümayəndə2 göstərdi ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi orta, kiçik və mikro sahibkalıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci ilin 1 iyul tarixindən gec olmayaraq müəyyən edilmişdir. Müvafiq icra prosesinin təmin edilməsi üçün Şəxsnə icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin müəssisə tərəfindən heç bir icra tədbiri görülməmişdir. Buna görə də hüquqi şəxs Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı 23440655 nömrəli X9 protokol tərtib edilmişdir. O, həmçinin göstərdi ki, hüquqi şəxs Şəxsn vəzifəli şəxsi Nümayəndə1 barəsində də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-cü maddəsi ilə X9 protokol tərtib olunmuş, lakin protokol üzrə qərar qəbul edilənədək Şəxs direktoru tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edildiyindən X9 iş üzrə icraata xitam verilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində X9 iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyytli Cəmiyyətin nümayəndəsi Nümayəndə1 özlərini təqsirli bilməyərək göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsaslandırılmış heç bir inzibati xətaya Cəmiyyət tərəfindən yol verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin elektron sənəd formasına keçidlə bağlı 17 sentyabr 2024-cü il 425 nömrəli qərarı "xxxx" MMC tərəfindən təmin edilmiş və bütün əmək müqavilələri elektron sənəd formasına keçirilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 66824/2025 nömrəli "İcrası məcburi göstəriş məktub"u onlara təqdim edilməmişdir. Eləcə də məhkəməyə təqdim edilmiş X9 MB № ******* saylı protokolun tərtib ediliyi barədə firmaya nə şifahi, nə də yazılı şəkildə heç bir məlumat verilməmişdir. Protokolun bir nüsxəsi də onlara təqdim olunmamamışdır. Protokolda onların təfərrüatlı şəkildə məhz hansı İnzibati xətaya yol verdikləri təsvir edilməmişdir. xx.xx.2025-ci il tarixində məsələni araşdırmaq məqsədi ilə protokolu tərtib edən X7 Ruslanla əlaqə saxlanılmış, onlara bildirilmişdir ki, 6 əmək müqaviləsində problem görünür. Nümayəndə2 bildirmişdir ki, onlar elektron sənəd formasına keçid zamanı Əmək Müqaviləsinə yox, Əmək Müqaviləsi " Bildirişinə " düzəliş etmişlər.Bildirişə yox,Əmək müqaviləsinin özünə düzəliş etməli idi. Firma tərəfindən bütün sistematik göstərişləri X5 Xidmətinin rəsmi “YouTube” kanalında paylaşdığı video təlimat əsasında etmişlər.17 nəfərin əmək müqaviləsi eyni qaydada elektron sənəd formasına keçirildiyi halda yalnız 6 nəfərdə bu problem yaranıb. Yəni prosesin yekununda bəzi müqavilələrdə sənədin tipi sütününda "bildiriş" sözünün olub, bəzilərində olmaması "xxxx" MMC-nin məsuliyyətində deyildir. Çünki dəyişiklik zamanı sənədin tipinə istifadəçilər tərəfində seçim hüququ yoxdur. Eləcə də əgər 6 nəfərin elektron sənədində problem yaranmışdırsa ,o zaman niyə sistem müqaviləni digər bütün müqavilələr kimi "Qüvvədir" statusuna alır. “XƏTA” yazılmır və ya icrada statusunda və ya tamamlanmayan digər statuslarda qalmır. Sistem onu düzgün kimi qəbul edib. Yekun olaraq bildirirlər ki, "xxxx" MMC tərəfindən bütün işçilər elektron sənəd formasına vaxtlı-vaxtında keçid edilmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən Şəxsn rəhbərliyinə ünvanlanmış 28 iyul 2025-ci il tarixli 3-17-5/2-66824/2025 nömrəli icrası məcburi göstəriş məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195/VİQD nömrəli Qanunun qüvvəyə minənədək bağlanmış, qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahbikarlıq subyekti olan , habelə sahibkarlıq subyekti olmayan işəgötürünlər üçün 2025-ci ilin 1 iyul tarixindən gec olmayaraq müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi vasitəsi ilə aparılan yoxlanış zamanı əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesinin tərəfindən yekunlaşdırılmadığı müəyyən edilmişdir.Odur ki,qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesini xx.xx.2025-ci il tarixədək icra edib nəticəsi barədə məlumat verməyiniz tələb olunur. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinin tələbinə əsasən Əmək Qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu məcəllənin və əmək qanunvericiliyinə dair normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər , habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Məktubda qeyd olunan tarixədən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tərəfinizdən təmin edilməzsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən barənizdə X9 icraata başlanılacaqdır” İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 MN № ******* nömrəli 29 avqust 2025-ci il tarixli X9 iş üzrə icraata xitam verilməsi haqqında Qərarından görünür ki, Şəxsn direktoru Nümayəndə1 Regional Şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/2-66824/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 539.1.1-ci maddəsi ilə icraat başlanmış işin icraatına xitam verilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə X9 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-cü maddəsi ilə MN seriyalı ******* nömrəli X9 protokol tərtib olunmuşdur ki,o, Azərbaycan Respublikası Nazirlər Kabinetininin elektron sənəd formasına keçidlə bağlı 17 sentyabr 2025-ci il tarixli 425 nömrəli Qərarının təmin edilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-66824/2025 nömrəli icrası məcburi göstəriş məktubunu icra etməmişdir. X9 materiala VMN” MMC-nin (VÖEN:**********) hüquqi ünvanı, məcburi göstərişin icra olunmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Əksinə iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 MN № ******* nömrəli 29 avqust 2025-ci il tarixli X9 iş üzrə icraata xitam verilməsi haqqında Qərarı ilə Şəxsn direktoru Nümayəndə1 Regional Şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/2-66824/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 539.1.1-ci maddəsi ilə icraat başlanmış işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1-ci maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X9 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində X9 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X9 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X9 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. X9 işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Məhkəmə işin hallarını, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinin tərkibinin olmasının sübuta yetməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) barəsində inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış X9 iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar