Məhkəmə qərarları › İş №3(019)-337/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-337/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-337/2021 24.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Şəxs Məhəmməd oğlunun (FİN xxxxxxx) dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan şifahi razılaşma əsasında istifadəsində olan Balakən şəhəri, dəmiryolu vağzalının yaxınlığında yerləşən fındıq bağının barını son 4 ildə satmaqla, illik 500 manat olmaqla-ümumilikdə 2000 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 19 oktyabr 2021-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 3(019)-337/2021 nömrəli 04 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin- 2000 manatın) iki misli miqdarında- 4000(dörd min) manat inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Balakən Rayon Məhkəməsinin 3(019)-337/2021 nömrəli 04 noyabr 2021-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 01.12.2021-ci il tarixli 3(107)-381/2021 nömrəli qərarına əsasən Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Balakən Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında iş materiallarına baxaraq hesab edirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən Şəxs Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin əsaslarını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsində qeyd edilir ki, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205,253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3,531,538-1.4-538-1.6,540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 saylı Fərmanın 32-ci bəndində qeyd edilir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 32.1. dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından–vergilər naziri, onun müavinləri, vergilər nazirinin müşavirləri, aparatın rəhbəri, onun müavinləri, aparatın departamentlərinin (idarə, şöbə və bölmələrinin) baş direktorları (direktorları), onların müavinləri, onların tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkilləri), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkilləri), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, əməliyyat müvəkkilləri), Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, onların tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş müvəkkil, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, xüsusilə mühüm işlər üzrə müstəntiq), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, müstəntiq, əməliyyat müvəkkili, müvəkkillər), Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının şöbə (bölmə) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar), böyük müstəntiqlər, müstəntiqlər, baş təhqiqatçılar, böyük təhqiqatçılar, təhqiqatçılar, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, İdarənin tərkibində şöbə (bölmə) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar), Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, onların tərkibində bölmə rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar); 32.2. lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə münasibətdə müvafiq sahə üzrə nəzarəti həyata keçirən dövlət orqanının adından – orqanın rəhbəri, onun müavini, aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini, sektor (bölmə) rəhbəri, baş məsləhətçi, böyük məsləhətçi; 32.3. lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə münasibətdə müvafiq sahə üzrə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxs adından – publik hüquqi şəxsin direktoru, sədri, Direktorlar Şurasının sədri, onların müavinləri, baş icraçı direktor (icraçı direktor), Aparatın rəhbəri, onların müavinləri, İdarə Heyətinin üzvləri, departament (idarə, şöbə) rəhbərləri, onların müavinləri, sektor müdiri, məsləhətçilər (mütəxəssislər, hüquqşünaslar) tərtib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində isə protokol tərtib edilmədən, prokuror tərəfindən inzibati xətanın törədilməsi barədə qərar qəbul oluna biləcək maddələr sırasında İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi qeyd edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19.10.2021-ci il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti ilə bağlı toplanılmış materialda vəzifəli şəxsin xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsində qeyd olunmuş cinayət tərkibi mövcud olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkib əlamətləri olduğundan torplanılmış materiallar inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün ayrılmışdır. Beləliklə müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat 19.10.2021-ci il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında başlanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə inzibati xəta haqqında protokolun tərtib edilib-edilməməsi məsələsinin həll edilməsi üçün iş materialları aidiyyəti üzrə müvafiq orqana (Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi) göndərilməli olduğu halda, qanunun tələblərinə zidd olaraq 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 54.1-54.6, 100 və 109.1.6 maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar