Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-337/2022 07.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 21.00 radələrində yolayrıcını keçmə qaydasını pozmaqla yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə VAZ 2121 (Niva) markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxsnün sağlamlığına yüngül bədən xəsarəti yetirməsi əsası ilə Balakən rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada mənzil təmiri ilə məşğul olur. 29 avqust 2022-ci il tarixdə təxminən saat 20:30 radələrində Balakən şəhər sakini olan tanışı Xətai Allahyarov ona zəng edərək dayısı oğlu X18 bazarının yaxınlığında yerləşən “VAZ” avtotəmir sexinin yanındakı kafedə olduğunu, Elşənin içkili olduğunu demiş və gedib Elşənin avtomobilini sürüb evə aparmasını xahiş etmişdir. O, razılaşdıqdan sonra Xətai idarə etdiyi avtomobillə gedib onu yaşadığı evin yaxınlığından götürmüş və birlikdə Elşənin olduğu kafenin qarşısına getmişlər. Onlar “VAZ” avtotəmir sexinin qarşısına çatanda Elşənin orada onu gözlədiyini, Elşənə məxsus Lada" Vesta markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin də orada “VAZ” avtotəmir sexinin qarşısında olduğunu görmüşdür. Orada o, Elşənin avtomobilinin sükanı arxasına əyləşmiş, Elşən isə ön sərnişin oturacağında oturmuş, bundan sonra o, avtomobili Balakən şəhəri S.Vurğun küçəsi ilə idarə edərək Elşənin yaşadığı Hənifə kəndinə doğru hərəkət etməyə başlamışdır. Onlar S.Vurğun küçəsi ilə Ə.Əfəndiyev küçəsinin kəsişməsinə çatanda orada “STOP” nişanı olduğuna görə o, avtomobili saxlamışdır. Daha sonra sağdan və ya soldan avtomobil gəlib-gəlmədiyinə baxmaq üçün avtomobili bir qədər irəli sürən zaman Hənifə kəndindən üzü Balakən şəhəri istiqamətinə gedən qara rəngli Niva markalı avtomobil onun idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılaraq aşmışdır. Həmçinin zərbənin təsirindən onun idarə etdiyi avtomobil yolun ortasında çevrilərək, üzü gəldikləri yola tərəf dayanmışdır. Hadisə zamanı avtomobilin sükanında olan təhlükəszlik yastığının açılması nəticəsində o, sağ qolunun üst tərəfindən yanığa bənzər xəsarət almış, lakin Elşən heç bir xəsarət almamışdır. Hadisə zamanı Niva markalı avtomobilin sürücüsü yerə düşəndə o, sürücünün xəsarət aldığını görmüşdür. Həmçinin hadisə zamanı Niva markalı avtomobildən biri qadın, biri kişi olmaqla iki sərnişin yerə düşmüş, lakin o, həmin sərnişinlərin xəsarət alıb- almadıqlarını bilməmişdir. Bir neçə saniyə sonra hadisə yerinə xeyli sayda insanlar toplaşmış, həmin insanlar köməklik göstərib Niva markalı avtomobili qaldırmış, həmçinin köməklik göstərib Niva markalı avtomobilin xəsarət alan sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə gələn X20 Stansiyasının ekipajı yardım göstərib sərnişinləri xəstəxanaya aparmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gedərək ilkin araşdırma aparmağa başlamış və o, hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ona qarşı tələb və şikayəti yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində özünə məxsus olan, etibarnamə ilə idarə etdiyi VAZ 2121 (Niva) markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 65 km/saat sürətlə Balakən rayonu Hənifə kəndindən üzü Balakən şəhəri istiqamətinə gəlmişdir. Həmin vaxt onun tanışı, dostu olan Aslan və sonuncunun tanışı Nuray adlı qız onun idarə etdiyi avtomobildə olmuşlar. Aslan ön, Nuray isə arxa sərnişin oturacağında əyləşmişdir. O, Balakən şəhəri S.Vurğun küçəsi ilə kəsişməyə çatanda S.Vurğun küçəsindən sağ tərəfdən gələn ağ rəngli Lada markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil gözlənilmədən onun qarşısına çıxmış və avtomobillər toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobil aşmış və hər üçü xəsarət almışdır. Hadisə zamanı o, avtomobildən çıxıb digər avtomobilin sürücüsü olan Balakən şəhər sakini Nail adlı şəxsin və həmin avtomobilin sərnişini olan Balakən rayon sakini Elşən adlı şəxsin sağ-salamat olub-olmamasını yoxlamış və sonuncuların sağ-salamat olduqlarını görmüşdür. Daha sonra hadisə yerinə toplaşan insanlar yardım göstərmiş, onu taksi avtomobili ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə zamanı onun müxtəlif bədən xəsarətləri aldığı müəyyən edilmişdir. Hadisə zamanı o, spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. O, Elşən və Nail adlı şəxsləri Balakən şəhər sakinləri kimi tanıyır, sonuncularla hər hansı yaxın münasibəti və ya ədavəti yoxdur, Elşənin və Nailin yaxın qohum olduqlarını bilir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ona ödənilmişdir. Onun Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 202 nömrəli rəyindən görünür ki, Şəxs müəyyən edilmiş xəsarət - sağ saidin arxa səthində sıyrıq - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 29 avqust 2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik yastığının açılması nəticəsində sürtünməklə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 203 nömrəli rəyindən görünür ki, X1 müəyyən edilmiş xəsarətlər - burunda üst səthdə, sağ və sol baldırında sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 29 avqust 2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 204 nömrəli rəyindən görünür ki, X8 müəyyən edilmiş xəsarətlər - burunda üst səthdə, sağ gicgah nahiyəsində, sağ bazuda, sağ əlin 2-3-cü barmaqlarında sıyrıqlar- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 29 avqust 2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 205 nömrəli rəyindən görünür ki, X9 bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 206 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər - sağ alında yara, burnunda şişkinlik, sağ gözaltında qançır, sağ topuqda sıyrıq, baş- beyin silkələnməsi, burun sümüyünün qapalı sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 29 avqust 2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İşdə olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqi X10 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Lada Vesta markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərba can Respublikası CM-nin 263.1 və ya 263.1-1 -ci maddələrinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Lada Vesta markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Balakən RPŞ-nin DYPB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, LADA 21214 minik markalı, 99DC222 dövlət qeydiyyat nişanlı avtomobil X5 adına qeydiyyata alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, LADA VESTA minik markalı, 90TE600 dövlət qeydiyyat nişanlı avtomobil X9 adına qeydiyyata alınmışdır. İşdə olan etibarnamənin surətindən görünür ki, X3 Murad Eyvaz oğluna mülkiyyətində olan LADA 21214 minik markalı, 99DC222 dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə edilməsinə dair etibarnamə vermişdir. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 08 sentyabr 2022-ci il tarixli 232 nömrəli protokoldan görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam olaraq ona ödənilmişdir. Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. İşə əlavə olunmuş AA2475061 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və 26 avqust 2021-ci il tarixli AZ-İV 615067 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X15 və xx.xx.2021-ci il tarixdə doğulmuş X16 olmaqla Şəxs himayəsində 2 (iki) azyaşlı uşaq vardır. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzədə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 21.00 radələrində idarə etdiyi Lada" Vesta markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydasını pozmaqla VAZ 2121 (Niva) markalı **-DC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə VAZ 2121 (Niva) markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxsnün sağlamlığına yüngül bədən xəsarəti yetirməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatı, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatı, təhqiqat zamanı alınmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərarda əks olunmuş X9, X11, X2 və X4 izahatları, işdə olan 30 avqust 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 206 nömrəli rəyi, Balakən RPŞ-nin İB-nin baş müstəntiqi X10 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərarı və sair sübutlarla tam təsdiq olunur. İşin hallarını hüquq normalarının tələbləri əsasında hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşimançılığını,vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxsə könüllü sürətdə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə inzibati xəta törətməsini, hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan bədən xəsartləri almasını və himayəsində iki azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşimançılığı, vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxsə könüllü sürətdə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ilk dəfə inzibati xəta törətməsi, hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan bədən xəsartləri alması və himayəsində iki azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-337/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-337/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver