Məhkəmə qərarları › İş №3(019)-337/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-337/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-337/2023 23.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1983-cü ildə Türkiyə Respublikasının Bolu şəhəri, Kıbrıscık rayonunda anadan olmuş, Türkiyə Respublikasının Bolu şəhəri, Kıbrıscık rayonu, Taşlık kəndi ünvanında daimi pasport qeydiyyatında olan və yaşayan, pasport:TUR № U29277176 seriyalı, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, evli, orta təhsilli Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixdə, saat 02.10 radələrində «Mazımqara» gömrük postunun yaxınlığında quraşdırılmış stasionar rengen qurğusunun konteynerinə daxil olan Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi «RENAULT PREMİUM 430» markalı, 34GU5018/34GU8155 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin daxili konstruksiyasına nəzarət üçün «Mazımqara» gömrük postunun texniki balansında olan «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemi vasitəsi ilə vizual baxış keçirilmiş, yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda vizual baxış keçirilən zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilmiş və nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının yataq yerinin üzərindəki tünd boz rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 70 qutu (7 blok) «PARLİAMENT Silver Blue» markalı siqaretlər aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Balakən Gömrük İdarəsi tərəfindən 07 avqust 2023-cü il tarixli, 00500-00079/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. xx.xx.2023-cü il tarixdə, saat 02.10 radələrində gömrük yoxlaması zamanı «Mazımqara» gömrük postunda Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi «RENAULT PREMİUM 430» markalı, 34GU5018/34GU8155 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının yataq yerinin üzərindəki tünd boz rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 70 qutu (7 blok) «PARLİAMENT Silver Blue» markalı siqaretlərinin aşkar edilməsi iş materiallarında olan Balakən Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin rəisinin həmin idarənin rəisinə ünvanladığı xx.xx.2023cü il tarixli raportu, yoxlama və götürmə haqqında 16 iyul 2023-cü il tarixli protokol, yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda vizual baxış keçirilən zaman qurğunun monitorunda şübhəli cizgilərin şəkilləri, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli 9/5616 nömrəli rəyi, 07 avqust 2023-cü il tarixli 00500-00079/23 nömrəli inzibati xəta haqqında protokol və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXMnin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Balakən Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin rəisinin həmin idarənin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan və yoxlama və götürmə haqqında 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 02.10 radələrində «Mazımqara» gömrük postunun yaxınlığında quraşdırılmış stasionar rengen qurğusunun konteynerinə daxil olan Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi «RENAULT PREMİUM 430» markalı, 34GU5018/34GU8155 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin daxili konstruksiyasına nəzarət üçün «Mazımqara» gömrük postunun texniki balansında olan «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemi vasitəsi ilə vizual baxış keçirilmiş, yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda vizual baxış keçirilən zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilmiş və nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının yataq yerinin üzərindəki tünd boz rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 70 qutu (7 blok) «PARLİAMENT Silver Blue» markalı siqaretlər aşkar edilmiş və protokol əsasında götürülmüşdür. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs gömrük yoxlaması zamanı idarə etdiyi «RENAULT PREMİUM 430» markalı, 34GU5018/34GU8155 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının yataq yerinin üzərindəki tünd boz rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 70 qutu (7 blok) «PARLİAMENT Silver Blue» markalı siqaretlərin aşkar edilməsini, həmin siqaretlərin ona məxsus olmasını və onları özü çəkmək üçün gömrük nəzarətindən gizlətdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023cü il tarixli 9/5616 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş 1 blok (10 qutu) «PARLİAMENT Silver Blue» markalı siqaretin xx.xx.2023cü il tarixə olan bazar qiyməti 1 blokunun qiyməti 70,00 (10 qutu x 7 man) manat, 70 blokunun qiyməti isə 490,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 28 iyul 2023-cü il tarixli, 9/5616 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsində saxlanılan 7 blok (70 qutu) «PARLİAMENT Silver Blue» markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlət mülkiyyətinə keçirilsin); iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar