Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-337/2025 24.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPB-nin xx.xx.2025-ci il tarixli, EQ-29988661 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPB-nin xx.xx.2025-ci il tarixli,EQ-29988661 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPB-nin EQ- 29988661 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati qərarın araşdırılması və ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixdə Qaraməryəm- İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 37-ci km-yində DYP-nin yol patrul avtomobili ilə İP radar vasitəsi ilə onun avtomobilini İXM-nin 328.3 -cü maddəsinə əsasən yolda müəyyən edilmiş sürət həddinin 41-60 km/saat həddini aşmağa görə 3 bal 200 manat məbləğində inzibati protokol tərtib olumuşdur.Belə ki, həmin magistiral yolda yol tikintisi getdiyindən sürət həddi barəsində heç bir nişan və yaxud da sürət həddini qadağan edən müvəqqəti sürət həddi barədə məlumat lövhəsi qoyulmamışdır. Bildirmək istəyir ki həmin ərazi yaşayış məntəqəsi olmadığı və sürət həddi nişanı olmadığı üçün sürət həddini özü müəyyən edərək irəliləmişdir.İnzibati protokolda həmin ərazidə sürət həddinin maksimal həddi 50 km/saat olduğu qeyd olunmuşdur. Lakin o, həmin sürət həddindən heç bir məlumatı olmadığı üçün maksimal sürət həddini aşmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ-29988661 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddələrinin tələblərini pozduğuna görə həmin maddə ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilmişdir. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə saat 18:18 radələrində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 38-ci km-də “Mersedes-Benz Viano” minik markalı, 90ZS230 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətinin 41-60 km/saat həddində aşmağa görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ-29988661 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinə əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Məhkəmə iclasında X3 özünün izahatından aydın oldu ki, Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 38-ci km-i, yol tikinti işlərinin aparıldığı yol sahəsidir. Bu səbəbdən də həmin ərazidə sürət həddi 50 km/saat müəyyən olunmuşdur. X4 da həmin yolda sürət həddini aşaraq saatda 94km/saat sürəti ilə hərəkət etmişdir. X3 xx.xx.2025-ci il tarixdə saat 18:18-radələrində “X7” minik markalı, 90ZS230 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 41-60 km/saat həddində aşması iş materialları ilə təsdiq olunduğundan hesab edirəm ki, onun əməli İXM-in 328.3-cü maddəi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh düzgün tətbiq olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, şikayətin dəlilləri əsassızdır, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ-29988661 nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ-29988661 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti təmin edilməsin; Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ- 29988661 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-337/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-337/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver