Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-338/2021 11.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə X2 Balakən Rayon Polis Şöbəsinin 28.09.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X4 məhkəməyə şikayət ərizəsi verərək, Balakən RPŞ-nin 28.09.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 məhkəməyə ərizə verərək şikayətini dəqiqləşdirərək Balakən Rayon Polis Şöbəsinin rəisinin 28.09.2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Polis Şöbəsinin 28.09.2021ci il tarixli ******* nömrəli qərarı ilə tibbi maskadan düzgün istifadə etmədiyi göstərilərək, 100 manat inzibati cərimə edilmişdir. Qərarda göstərilən tarixdə işdən evə dönərkən marşrutda maskadan istifadə etmiş, marşrut durduqdan sonra enən zaman maskanı cixarmişdır. Eyni zamanda marşrutda ondan basqa sərnişin olmamışdır. Marşrutdan endikdən sonra polis əməkdaşı ona yaxınlaşaraq nəyə görə maska taxmadığını soruşmuş, cavab olaraq bildirmişdir ki, maskanı enən zaman çıxarmışdır və marşrutda ondan başqa sərnişin yoxdur. Polis əməkdaşları bununla bağlı başqa heç nə deməmişlər. Polis əməkdaşları ona cərimə olunacağı ilə bağlı heç bir xəbərdarlıq etmədən 100 manat inzibati cərimə etmişlər. Yalnız ASAN paydan qeydiyyatdan keçən zaman cərimə olunduğu barədə məlumatı olmuşdur. Balakən Rayon Polis Şöbəsi qərarın sürətini 01.10.2021-ci il tarixli ərizəsi əsasında 13.10.2021-ci il tarixdə ona göndərmişdir. Marşrutun hərəkəti zamanı maskanın taxılı olmasını, marşrutda başqa sərnişin olmamasını nəzərə alıb 100 manat cərimə olunması ilə bağlı Balakən Rayon Polis Şöbəsinin 28.09.2021-ci il tarixli ******* nömrəli qərarının ləvğ edilməsini və əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəisi X5 X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi ilə bağlı 28 sentyabr 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53.0.2-ci maddəsinə əsasən X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin sahə rəisi polis baş leytenantı X1 tərtib etdiyi 28 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Şikayətə əlavə olunmuş Balakən Rayon Polis Şöbəsinin rəisi X5 28.09.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 28.09.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə o,100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, X4 barəsində 28 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsilə tərtib olunmuş, bu zaman inzibati xəta haqqında protokolda X3 istinad olunan həmin inzibati xətanın törədildiyi yer, vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 izahatı göstərilməmiş, inzibati xəta haqqında protokolun surəti X3 təqdim edilməmiş, X3 Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, həmin protokol X4 tərəfindən imzalanmamış, bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair Azərbaycan Respublikası İXM-nin 100.1.4,100.1.7, 100.1.10, 100.2, 1003 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. X4 şikayətindən və məhkəmədə verdiyi izahatından görünür ki, o, 28 sentyabr 2021-ci il tarixdə Balakən şəhərində ictimai nəqliyyatda olarkən tibbi qoruyucu maskada olmuş, yalnız ictimai nəqliyyatdan endikdən sonra küçədə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitəni çıxarmış, hər hansı hüquqpozmalara yol verməmişdir. İşdəki sübutlarla X4 tərəfindən həmin vaxt, yəni 28.09.2021-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması müəyyən olunmamışdır. Göstərilənlər də 28 sentyabr 2021-ci il tarixdə X2 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmadığını göstərir. Bu hal isə şəxs haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxslər tərəfindən X4 tərəfindən 28.09.2021-ci il tarixdə Balakən şəhəri ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərinin və həmin xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim olunmamış və Zeynəddin Hacızadənin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə bu vəzifə həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Lakin işin bütün faktiki halları araşdırılmadan, gəlinən nəticə işin faktiki hallarına uyğun olmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, qanun norması düzgün tətbiq edilmədən Balakən Rayon Polis Şöbəsi tərəfindən 28.09.2021-ci il tarixli, MN 0664944saylı inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də sözügedən 28 sentyabr 2021-ci il tarixli qərar ləğv olunmalı və əməlində inzibati xətanın tərkibi olmadığı üçün X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə 26 may 2021-ci il tarixli 151 nömrəli qərarına əsasən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:…135.1.5-bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X2 şikayəti əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəisinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 şikayəti təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin rəisi X5 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-338/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-338/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver