Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-338/2022 29.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 11-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 28 sentyabr 2022-ci il tarixdə saat 13:40-radələrində sərxoş vəziyyətdə yaşadığı evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq küçə söyüşləri söyüb təhqir edərək ictimai qaydanı pozmuş, eyni zamanda həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşları Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün, zərərçəkmiş şəxsin izahatları, şahid ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri alınmış və Balakən şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 11 ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki,28 sentyabr 2022-ci il tarixdə günorta saatlarında sərxoş vəziyyətdə evə gələrək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş,mübahisə zamanı Samirə dözməyib evdən çıxıb gedərkən, M.Ə.Rəsulzadə küçəsində ictimai yerdə, Zərərçəkmiş şəxs qarşısına keçərək onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Bu zaman ərazidə olan polis əməkdaşları onlara yaxınlaşmış və onların mübahisəsini sakitləşdirməyə çalışmışlar. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz əməllərini davam etdirmişdir. Buna görə də polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Abilbəy qızı göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdə günorta saatlarında keçmiş əri Şəxs sərxoş vəziyyətdə evə gələrək onlarla mübahisə etməyə başlamışdır. O, buna dözməyərək evdən çıxıb gedərkən, M.Ə.Rəsulzadə küçəsində Arif onun qarşısını kəsərək nalayiq küçə söyüşləri ilə onu təhqir etmişdir. Buna görə də o, rayon Polis Şöbəsinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra Arifi nizam-intizama dəvət etmiş, lakin Arif onların tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları Arifi özləri ilə rayon Polis Şöbəsinə aparmışlar. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki,2019-cu ildən Balakən Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 28 sentyabr 2022-ci il tarixdə Şahid1 xidmətdə olmuşdur.Həmin gün günorta saatlarında təxminən saat 14 radələrində növbətçi hissədən məlumat verərək ünvan 1 ünvana yaxınlaşmış, orada bir qadınla kişinin mübahisə etdiyini, kişinin ucadan nalayiq söyüşlər söyərək ictimai qadanı pozduğunu görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra Arif adlı şəxsi sakitləşdirməyə, nizam-intizama dəvət etməyə çalışmış, lakin Arif sərxoş olduğuna görə onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini 10-15 dəqiqə davam etdirmişdir. Buna görə də onu avtomaşına mindirərək rayon polis şöbəsinə gətirmişlər. Bu səbəbdən həmin şəxsin barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 sentyabr 2022-ci il tarixdə saat 15:00-də inzibati qaydada tutulmuş,29 sentyabr 2022-ci il tarixdə saat 12:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 sentyabr 2022-ci il tarixli 250 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:55-də yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 sentyabr 2022-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş və 29 sentyabr 2022-ci il tarixə saat 12:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı bir gün ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 28 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə kimi inzibati qaydada tutulduğu 1(bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 07 ( yeddi ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən saat 16:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-338/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-338/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver