Məhkəmə qərarları › İş №3(019)-339/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-339/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-339/2021 22.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-in direktoru işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 22.10.2021-ci il tarixdə saat 11:00 radələrində Balakən rayonu Mahamalar ( Qazbinə) kəndi ərazisində, ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahid ifadəsi və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi X3 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin İTB XÜ baş inspektoru Şahid icraatında Qobustan rayonu Sündü kənd sakini X1 18.10.2021-ci il tarixli müraciəti əsasında HK-2/2987 saylı material olmuşdur. Həmin materialla əlaqədar Şahid RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Vüsal Bayramov ilə birlikdə 22.10.2021-ci il tarixdə saat 11 radələrində Şəxs yaşadığı Qazbinə kəndində yerləşən onun evinə getmişlər. Həmin vaxt Şəxs küçəyə çıxaraq ünvanlı və ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Balakən rayonunu Mahamalar kəndində yaşayır. Evlidir,himayəsində üç yaşında azyaşlı uşağı vardır. 22.10.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən iki nəfər polis əməkdaşı onun evinə gəlmişlər. Həmin polis əməkdaşları ona barəsində olan şikayətlə əlaqədar izahat verməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə küçəyə çıxmış, həmin vaxt əsəbi olduğuna görə polis əməkdaşları ilə mübahisə etmişdir. Buna görə də onu özləri ilə birlikdə rayon Polis Şöbəsinə gətirmişlər.Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən Rayon Polis Şöbəsinin İTB XÜ baş inspektoru Şahid izahatında göstərdi ki, Qobustan rayonu Sündü kənd sakini X1 18.10.2021-ci il tarixli müraciəti əsasında icraatına HK-2/2987 saylı material daxil olmuşdur. Həmin materialın icrası ilə əlaqədar barəsində şikayət olunan Şəxs izahatını almaq üçün dəfələrlə onun işlətdiyi mobil telefona zəng etmiş, lakin Şəxs rayon polis şöbəsinə gələrək izahat verməkdən imtina etmişdir. Bu səbəbdən o, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Vüsal Bayramov ilə 22.10.2021-ci il tarixdə saat 11 radələrində Aypara Dadayevanın yaşadığı Qazbinə kəndində yerləşən onun evinə getmişlər. Həmin vaxt Şəxs küçəyə çıxaraq ünvanlı və ünvansız nalayiq söyüşlər işlədərək ictimai qaydanı pozmuşdur. O, Ayparəni sakitləşdirməyə çalışaraq ondan şikayətlə əlaqədar izahat almaq üçün gəldiyini izah etməsinə baxmayaraq o, ucadan nalayiq ifadələr işlətməkdə davam etmişdir. Buna görə də Şəxs özləri ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22.10.2021-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.10.2021-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, 22.10.2021-ci il tarixdə saat 16:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar