Məhkəmə qərarları › İş №3(019)-339/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-339/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-339/2023 08.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2023-cü il tarixli, MN 1062140№-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında protokolda göstərilir ki, Muquşov X15 Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən N.Ağacanovaya məxsus məxsus torpağın üstündəki evi sökməkdən və oradan çıxmaqdan imtina etmiş, beləliklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və X2, X8 isə inşa etdirdiyi tikilini öz hesabına sökməklə iddiaçı X6 mülkiyyətində olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0,1420 ha və 0,1787 ha torpaq sahələrindən çıxarılmalıdırlar. Şəxs tələbkar Naimə Ağacanovaya məxsus evi öz hesabına sökməklə orada çıxmaqdan imtina etmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və X2, X8 isə inşa etdirdiyi tikilini öz hesabına sökməklə iddiaçı X6 mülkiyyətində olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0,1420 ha və 0,1787 ha torpaq sahələrindən çıxarılmalıdırlar. İcra sənədi üzrə X16 borcludur. O, inzibati xəta haqqında iş üzrə subyekt deyildir. Belə ki, icra sənədində onun tələbkar qarşısında hər hansı öhdəlik daşıması, yəni onun tələbkara məxsus torpaq sahəsindən çıxması və orada inşa edilmiş evi öz hesabına sökməsi qeyd edilməmişdir. Ona görə də o, Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini icra etməli olan borclu deyildir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq zərərçəkmiş şəxs X13 məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər X1 və X2, X8 isə inşa etdirdiyi tikilini öz hesabına sökməklə iddiaçı X6 mülkiyyətində olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0,1420 ha və 0,1787 ha torpaq sahələrindən çıxarılmalıdırlar. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icraya yönəldilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, inzibati xətanın subyekti – inzibati xətanı törədən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış, anlaqlı fiziki şəxs (o cümlədən də vəzifəli şəxslər) və ya inzibati hüquq subyektliyinə malik olan hüquqi şəxsdir. İnzibati xəta subyektinin (fiziki şəxslərin) iki növü fərqləndirilir: Ümumi subyektlər - 16 yaşına çatmış, anlaqlı, fiziki şəxslərdir; Xüsusi subyektlər - yuxarıda göstərilən əlamətlərdən əlavə digər xüsusiyyətlərə malik olan fiziki şəxslərdir (vəzifəli şəxs, sürücü, hərbi vəzifəli şəxs). İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırki inzibati xəta haqqında iş üzrə inzibati xətanın subyekti deyildir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən və icra işinin materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclular X1, X2 və X16, tələbkar isə X9r. Muquşov X15 Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borcu deyildir, həmin icra sənədi üzrə ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Muquşov X15 Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə X8 inşa etdirdiyi tikilini öz hesabına sökmək, həmçinin iddiaçı X6 mülkiyyətində olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0,1420 ha və 0,1787 ha torpaq sahələrindən çıxmaq öhdəliyi daşımır. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsi, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübut olunmur. İşdə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-560/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu olması, həmin icra sənədində göstərilən hərəkətləri icra etməli olması və ya onun həmin icra sənədin icrasına hansısa hərəkətləri və ya hərəkətsizliyi ilə mane olmasını, icra sənədin icrasına hansısa hərəkətləri və ya hərəkətsizliyi ilə mane olmasının xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda əks olunmasını təsdiq edən hər hansı sübut yoxdur və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqan və həmin orqanın vəzifəli şəxsi tərəfindən də belə sübutlar məhkəməyə təqdim olunmamış, Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması sübut olunmamışdır. Halbuki bu vəzifə həmin orqanın və onun vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X17, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X14 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 105.1, 109.2, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X14 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar