Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-339/2025 03.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X6 qızının katibliyi , inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Rasul oğlunun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Zaqatala rayonunun Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1xxxxxxx, subay, orta təhsilli,işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış,Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olan, Balakən rayonu Yeni Şərif kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15-radələrində Balakən rayonu Yeni Şərif kəndində yaşadığı, X2 məxsus evdə sonuncuya məxsus əl çantasından 400 manat pulu gizli yolla oğurlamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam təsdiq olundu. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin TB-nin təhqiqtçısı, polis baş leytenantı Kənan Dopbuyevin raportu əsasında Zaqatala rayonu Danaçı kənd sakini Şəxs Balakən rayonu Yeni Şərif kənd sakini X1 evindən 400 manat pulun oğurlanması ilə bağlı törətdiyi inzibati xəta haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü Zaqatala rayonu Danaçı kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Zaqatala rayonu Danaçı kəndində qeydiyyatdadır. Təxminən iki ay olar ki, Balakən rayonu Yeni Şərif kəndində yaşayan Xacay Xattayevanın evində qalır, Xacay Xattayeva yaşlı qadın olduğundan ona qulluq edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Xacaya məxsus evdə olarkən Xacaydan xəbərsiz, ona demədən onun çatnasında olan 400 manat pulu gizli olaraq götürmüşdür. Pulu ehtiyacı olduğundan götürmüş və məqsədi özünə paltar və ərzaq almaq olmuşdur. Sonra Xacayın bundan xəbəri olmuş və Polis Şöbəsinə şikayət etmişdir. Əməlindən peşmandır.27 sentyabr 2025ci il tarixdə pulu qaytaracaqdır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, o,Balakən rayonunun Yeni Şərif kəndində yaşayır. Şəxs tanıyır.Zeynəb onun tanışının qohumudur. 2 ay olar ki, o, evdə tək yaşadığı üçün Zeynəb onun yanında qalır, ev işlərində ona köməklik edir. xx.xx.2025-ci il tarixdə Zeynəb evdə olmamış, özü evdə tək olmuş və həyətdə olan yarım tikilini səliqəyə salmışdır. Həmin vaxt o, stolun üstündə olan çantanı götürmüş, çantanın içərisinə qoyduğu 400 manat pulunun çantadan oğurlandığını görmüşdür. Bundan sonra o, bacısı qızı Arzunu çağıraraq pulunun oğurlandığını demiş və bu barədə polis şöbəsinə müraciət etmişlər. Şəxs pulunu tələb edir.Qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Balakən rayonu Yeni Şərif kənd sakini X1 müraciəti əsasında toplanılmış HK-1-71 saylı materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən rayon PŞ-nin Qabaqçöl PB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Danaçı kənd sakini, xx.xx.1996-cı il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadəvə ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və üç ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə , inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar , onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə ictimai işlər tənbehi tətbiq edilməlidir. Həmin Məcəllənin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Tərəflərin ziyanın ödənməsi ilə bağlı razılığa gəlmələrini nəzərə alaraq hesab edirəm ki, həmin məsələyə hazırda baxılmamalıdır. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 200 (iki yüz) saat ictimai işlər tənbehi tətbiq edilsin. Qərarın icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X2 izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-339/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-339/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver